Yeni eranın başlanğıcı: Azərbaycan və İsrail iqtisadi əlaqələrini və regionda nüfuzunu gücləndirir
Siyasət 18 Apr 2023 11:20:00 258 0
Son otuz il ərzində Azərbaycanla İsrail arasında dövlətlərarası dostluq münasibətləri əksər beynəlxalq məsələlər üzrə qarşılıqlı anlaşmaya əsaslanmış strateji ittifaq səviyyəsinə çatıb. Müdafiə sahəsindən tutmuş enerji sektorunadək möhkəm əlaqələr yaradılıb. Bu gün iki ölkə müxtəlif sahələr üzrə ticarəti və əməkdaşlığı keyfiyyət baxımından yeni səviyyəyə çıxarmaq üçün bütün səyləri göstərirlər.
Bu xəbəri də oxu: Aİnin sərhədimizdəki missiyasının müddətinin uzadılması təklif olunur
Son.az Trend-ə istinadən bildirir ki, 2022-ci ilin noyabrında Bakı Təl-Əvivdə Azərbaycan səfirliyi açmaq barədə tarixi qərar qəbul etdi. Diplomatik missiyanın açılması qərarı iki ölkə arasında münasibətlərin dərinliyini əks etdirir və möhkəm diplomatik körpülərin salınması üzrə səylərin nəticəsidir.
İsrailin xarici işlər naziri Eli Koenin 18-19 aprel tarixlərində Azərbaycana planlaşdırılan səfəri sürətlə inkişaf edən ikitərəfli münasibətlərin daha bir sübutudur.
2023-cü ilin yanvar-fevral aylarında Azərbaycanla İsrail arasında əmtəə dövriyyəsi 334,1 milyon dollar təşkil edib ki, bu da ötən ilin analoji dövrü ilə müqayisədə 26,36 faiz çoxdur. Azərbaycanın əmtəə dövriyyəsində bu ölkənin payı 4,66 faiz təşkil edib. Bununla belə, İsrailin Azərbaycandakı səfiri Corc Dikin sözlərinə görə, Azərbaycanla İsrail arasında əmtəə dövriyyəsinin bu il ikiqat artacağı gözlənilir.
Yüksək inkişaf potensialına malik sahələrdən biri yüksək texnologiya sənayesidir. 2022-ci ilin iyulunda Azərbaycanın investisiya şirkəti və İsrailin kraudfandinq kapitalı üzrə aparıcı qlobal platforma olan "OurCrowd" şirkəti investisiya sazişi imzaladılar. Bu ilin fevralında Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi Azərbaycan tərəfindən o cümlədən, İsrailin sənaye məhsullarının hazırlanması üzrə ixtisaslaşmış "LARGIX" startapına artıq 1 milyon dollar dəyərində ilk investisiyaların həyata keçirildiyini bildirib.
İnnovasiyalar və İT sahəsində Azərbaycan-İsrail tərəfdaşlığı böyük potensiala malikdir və gələcəkdə ekosistem startaplarının yaradılmasına, ixtisaslaşmış inkubasiya mərkəzlərinin və texnologiya parklarının inkişafına, kibertəhlükəsizlik və bir çox digər sahələrə yönəlmiş birgə layihələr çərçivəsində genişləndiriləcək.
İki ölkə arasında enerji sahəsində əməkdaşlıq münasibətlərin uğurlu inkişafının daha bir əsasını təşkil edir. İsrail özünün neft tələbatının üçdə birini Azərbaycandan idxal hesabına qarşılayır. Neft-qaz sahəsində böyük təcrübəyə malik Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) İsraildə bu sahənin inkişafına böyük töhfə verə bilər.
Təbii ki, yaşıl enerji sahəsində əməkdaşlıq mühüm istiqamətlərdən biridir və yaxın gələcəkdə hər iki ölkə diqqətini bu sahənin inkişafına cəmləyəcək. Bərpa olunan enerji sahəsində böyük təcrübəyə malik olan İsrail dəfələrlə Qarabağda və ya Azərbaycanın digər hissələrində yaşıl enerji layihələrinin reallaşdırılmasında iştirak etməyə hazır olduğunu bildirib.
Hazırda son məlumatlara əsasən təqribən 10-15 İsrail şirkəti İsrailin Azərbaycandakı səfirliyi vasitəsilə Qarabağdakı layihələrdə iştirak üçün müraciət edib. Azərbaycanın işğaldan azad olunmuş ərazilərinin bərpasına öz töhfəsini vermək istəyən şirkətlərin faktiki sayı daha yüksəkdir. Bu baxımdan İsrailin yaşıl enerji ilə yanaşı su resurslarının idarə olunması, kənd təsərrüfatı, səhiyyə, innovasiyalar və ya "ağıllı şəhərlər" kimi bir neçə sahədə təklif edə biləcəyi bir çox şey var.
İkitərəfli əməkdaşlığın çox perspektivli və sürətlə inkişaf edən daha bir sferası kənd təsərrüfatıdır. Artıq İsrailin özəl kənd təsərrüfatı sektoru ilə reallaşdırılma mərhələsində olan bir neçə layihə var. Buraya taxılın saxlanması və heyvandarlıq sahəsi üzrə layihələr, süd fermaları ilə əlaqədar layihələr, səhləb çiçəyi yetişdirilməsi və s. daxildir. Bu yaxınlarda Bakıda "Kənd təsərrüfatı və təhsil" mövzusundan keçirilən Azərbaycan-İsrail innovasiya forumu bu əməkdaşlığın hər iki ölkə üçün nə qədər vacib olduğunun daha bir sübutudur. İsrail özünün innovasiya texnologiyaları sayəsində Azərbaycanda kənd təsərrüfatı istehsalı və ixracın artırılmasına öz töhfəsini verəcək.
Həqiqətən, hər iki ölkə çoxdandır öz regionlarında əsas oyunçuya çevriliblər. Baxmayaraq ki, Azərbaycan və İsrail coğrafi cəhətdən o qədər yaxın deyillər, hər iki ölkə bəzən heç ən yaxın qonşuların belə qura bilmədikləri bu cür möhkəm və uğurlu əlaqələr qurmağa nail olublar. Hazırda nəqliyyat əlaqəsi və ya enerji təhlükəsizliyi kimi qlobal məsələlərə gəldikdə Azərbaycan ön sıralarda yer alır. Məhz burada İsrailin təcrübə və texnologiyaları həyati əhəmiyyət daşıyır. İki ölkə qarşılıqlı əlaqələri möhkəmləndirməklə yeni imkanlardan bütün region ölkələrinin rifahı üçün yararlanaraq yeni üfüqlər aça bilər.
Görmüşük ki, adamın hansısa pis işi, bir nöqsanı, xoşagəlməz əməli
Azərbaycan əsgərinin əlverişsiz hava şəraiti və görmə məsafəsinin m�
Fəaliyyətində daim sosial yönümlü layihələrə xüsusi önəm verən Zira
İranın sonuncu şahının böyük oğlu Reza Pəhləvi İsrailə səfər edib,
Aparıcı Qənirə Ataşovanın böyük oğlu Fərhad Amerikanın 8 universiteti
G7 ölkələri Rusiyanı həm sözdə, həm də əməldə nüvə müharibəsinin
Rus qoşunları Baxmut bölgəsinə ən çox təlim keçmiş bölmələri, xüsu
"Ermənistan hakimiyyətinin antimilli siyasəti nəticəsində diaspor öl
Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam etdiri
Kanadadan Amsterdam Şiphol hava limanına uçan təyyarənin eniş şassisində
"Rusiya Ukraynadakı müharibənin tezliklə başa çatmasında maraqlıdı
ABŞ, Böyük Britaniya və Kanadanın Rusiya cəmiyyətində nifaq və düşmə