Afaq Bəşirqızını Söylü “silah”ı ilə vururlar...


Şou-biznes 18 Apr 2023 11:03:00 233 0

Afaq Bəşirqızını Söylü “silah”ı ilə vururlar...

Görmüşük ki, adamın hansısa pis işi, bir nöqsanı, xoşagəlməz əməli olanda başına qaxsınlar.

Növbəti səhvində onun üzünə etdiyi pislikləri vursunlar. Adətən, belə olur da. Heç kimin üzünə yaxşılıqlarını vurmurlar ki... Dalaşanda, hansısa fikrini bəyənməyəndə demirlər ki, ay qardaş, filan şeyi nə yaxşı etmişdin.

Son.az olay-a istinadən xəbər verir ki, belədir. Ən azından son dövrlər etdiyim müşahidələrə qədər mən belə bilirdim. Amma birdən ayılıb, gözünü açıb ətrafa nəzər gəzdirəndə, statusları oxuyanda, insanları tanıyanda görürsən ki, yox. Bəzən istisnalar yaşanır. Adamın tək pis əməlləri yox, həm də gördüyü yaxşı işlər, hətta oynadığı obrazlar da başına qaxınc olur. Məsələn, Afaq Bəşirqızına hər dəfə Söylü rolunu xatırlatdıqları kimi. Fikirləşməyin ki, hər zaman Afaq xanımın bu obrazını yaxşı mənada onun üzünə vururlar. Yox, vallah.

Arada olur ki, Bəşirqızı gündəm olan açıqlamalar verir. Onun demək olar hər çıxışı gündəmi dəyişir. Təbiidir ki, insanların hər fikri qəbul edilmir. Tək Afaq Bəşirqızının yox, hər kəsin özünəməxsus düşüncə tərzi var. Bunu hamı qəbul edəcək deyə bir şey yoxdur. Razılaşmaya bilərlər.

Ona əks çıxış edərlər, sonra tənqidi şərhlər yazarlar, bəzən əndazəni aşıb təhqirə keçərlər. Sosial şəbəkələrdir, artıq hər sözə, hər reaksiyaya öyrəşmişik. Olur. Amma bir məsələ var, mən də onu qəbul edə bilmirəm. Bu lap əvvəldə də qeyd etdiyim Söylü obrazı ilə əlaqəlidir.

Afaq xanımın "Bəxt üzüyü" filmində canlandırdığı Söylünü ona qarşı istifadə edirlər. Söylünü aşağılayırmış kimi, deyirlər ki, o, elə həmin obrazındadır.

Çox təəssüf. Söylüyə nə olmuşdu ki? Vaqif Səmədoğlu, ondan da sonra Ramiz Əzizbəyli, Orxan Fikrətoğlu sözün əsl mənasında qazaxlı bir xanımı bütün detalları, ləhçəsindən tutmuş yeriyişinə, oturuşuna, düşüncə tərzinə qədər yazıb. Afaq Bəşirqızı da bu rolu layiqincə oynayıb.

O zonanın adamı kimi Bakıda dünyaya gələn Bəşirqızının qazaxlı ola biləcəyinə inanacaq qədər yaratdığı obrazı sevmişəm. İndi də Qazaxa getsəz, Söylü kimi səmimi, ailəsinə, övladlarına bağlı, zəhmətkeş xanımlarla qarşılaşa bilərsiz.

Yəni o, bir aşağılama, təhqir predmeti olmamalıdır. Mən bunu qəbul etmirəm. Sizin gündə yüz dəfə rayonlu-şəhərli söhbəti edən cahillərdən bir fərqiniz yoxdur. Əgər Söylü və onun kimi qadınlarımız kimisə aşağılamaq məqsədilə istifadə edilirsə, bu vəziyyət gülməli deyil, ağlamalıdır.

Nə olsun ki, Afaq Bəşirqızı həmin obrazı ilə tanınıb? Hamının bir rolu populyar olur da. Məsələn, Rasim Balayevin Nəsimisi, Fəxrəddin Manafovun Zauru, Ramiz Novruzun Həzi Aslanovu, Nəsibə Zeynalovanın Cənnət qayınanası... Çox misal gətirmək olar. Burda Afaq Bəşirqızının günahı nədir? Onu populyarlaşdıran obrazının kənddə doğulan, gözü ailəsindən, ərindən başqa heç nə görməmiş, necə deyim, cahil qadın olmağı? Yəni, ona görədir ki, onun hansısa çıxışını bəyənməyəndə Söylü deyib təhqir etməyə çalışırsınız?!

İndi də nəyə ilişib qalıblar. Nədi-nədi Afaq xanım Teatr Forumunda deyib ki, aktyorlar üçün qəbiristanlıq yaradılsın. Bu təklifi də çoxu bəyənməyib. Mürəbbəyə yığılan qarışqa kimi tökülüblər şərh bölməsinə. Söylünün adı da düşüb dillərinə, elə ancaq yazırlar. Amma gerisini düşünmürlər, başqa sözləri yadlarına gəlmir.

Burada gülməli, ya da absurd nəsə yoxdur. Birinci Fəxri Xiyabanda demək olar yer qalmayıb. İkinci də də get-gedə sıxlıq yaranır. Nəticədə qalır "Qurd qapısı" adlanan qəbiristanlıq. Orada da bir ərazidə Xalq artistləri Ramiz Əzizbəyli, Rafiq Hüseynov (Rəmiş), Arif Quliyev, Ramiz Novruz, Əməkdar artistlər Tünzalə Əliyeva, Yaqub Zurufçu, "SOY" prodakşının rəhbəri Oqtay Əliyev dəfn olunub.

Afaq xanım da deyir ki, hansısa bir aktyor vəfat edəndə, yer tapmaqda çətinlik çəkilir, bir müddət xəbər gözlənilir. Bir ərazi olsa, dəqiq yer bilinər. Əslində, məntiqsiz təklif deyil. Həyat davam edir, yaşamaq kimi ölmək də var. İllər ötdükcə istəsək də, istəməsək də, sənətkarları itirmək məcburiyyətində qalacağıq. Ona görə Bəşirqızı təklif edib, yeni bir ərazi olsun ki, aktyorlar orada dəfn edilsinlər.

Demirəm ki, mən bu fikirlə razıyam, ya da A. Bəşirqızını müdafiə edirəm. Heç onun mənim müdafiəmə ehtiyacı da yoxdur. Sadəcə türklər demiş, yarğısız infaz etməyin.

İndiyə qədər teatrdakı problemlərin aradan qaldırılması, aktyorların ev dərdinin həlli, maaşlarının artırılması, dolanışıqlarının yaxşılaşması üçün dəfələrlə çıxışlar edib. Nələrəsə nail olub da. Elə həmin forumda dedi ki, aktyorlara evlər tikilsin, maaşlar artırılsın. Qadının evi olmasa, deyərik ki, özü üçün istəyir. Yox axı. Gənc, yaşlı, bütün həmkarlarını düşünür. Deyir, evləri olsun. Nəyi pisdir?

Nə isə... Çox sözü uzatmayım.

Amma bu məsələni nəzərə alın. Afaq xanımla razılaşdız, ya razılaşmadız. Bu önəmli deyil. Sadəcə əlinizdəki Söylü "silahı"nı bir kənara qoyun. Onu canlandırdığı qazaxlı, gücsüz bir qadınla vurmayın. Qoyun, bizim yadımıza Söylü düşəndə üzümüz gülsün, sözlərini zarafatla yada salaq, "Bəxt üzüyü"nü izləyəndə kefimiz açılsın.

Həm bu məmləkətin Söylülərə də ehtiyacı var. Onlar da bir rəng, gözəllik qatır yurdumuza.

Bir də çox yaxşı qurud hazırlayırlar, xəngəl, qatlama bişirirlər, fətir yayırlar, arada şeir deyirlər, ötəndən-keçəndən danışırlar. Onları incidib, bizim də ağzımızın dadını pozmayın.

Əsgərlərimizə təcili baş çəkilməli, onların vəziyyəti ilə bağlı məlumat verilməlidir like
  • 18 Apr 10:57  
Digərləri Əsgərlərimizə təcili baş çəkilməli, onların vəziyyəti ilə bağlı məlumat verilməlidir

Azərbaycan əsgərinin əlverişsiz hava şəraiti və görmə məsafəsinin m�

arrow Ətraflı
Reza Pəhləvi İsraildə Netanyahu ilə görüşüb like
  • 18 Apr 09:57  
Dünya Reza Pəhləvi İsraildə Netanyahu ilə görüşüb

İranın sonuncu şahının böyük oğlu Reza Pəhləvi İsrailə səfər edib,

arrow Ətraflı
Azərbaycanlı keçmiş aparıcının oğlu like
  • 18 Apr 09:28  
Digərləri Azərbaycanlı keçmiş aparıcının oğlu

Aparıcı Qənirə Ataşovanın böyük oğlu Fərhad Amerikanın 8 universiteti

arrow Ətraflı
AB yeni böyük böhranla üzüzə like
  • 18 Apr 08:59  
Dünya AB yeni böyük böhranla üzüzə

Avropa Birliyi yeni böyük miqrasiya böhranına məhəl qoymur.

arrow Ətraflı
Rusiyaya nüvə müharibəsi ilə bağlı çağırış like
  • 18 Apr 08:49  
Dünya Rusiyaya nüvə müharibəsi ilə bağlı çağırış

G7 ölkələri Rusiyanı həm sözdə, həm də əməldə nüvə müharibəsinin

arrow Ətraflı
"Heç kim hazırlıqsız əkshücuma başlamayacaq" like
  • 18 Apr 08:44  
Dünya "Heç kim hazırlıqsız əkshücuma başlamayacaq"

Heç kim hazırlıqsız əks-hücuma başlamayacaq.

arrow Ətraflı
"Rusların elit qoşunları artıq məhv edilib" like
  • 18 Apr 08:25  
Dünya "Rusların elit qoşunları artıq məhv edilib"

Rus qoşunları Baxmut bölgəsinə ən çox təlim keçmiş bölmələri, xüsu

arrow Ətraflı
"Hakimiyyətin antimilli siyasəti nəticəsində diaspor ölkədən uzaqlaşdırılır" like
  • 18 Apr 08:20  
Dünya "Hakimiyyətin antimilli siyasəti nəticəsində diaspor ölkədən uzaqlaşdırılır"

"Ermənistan hakimiyyətinin antimilli siyasəti nəticəsində diaspor öl

arrow Ətraflı
Ən cazibədar 5 bürc like
  • 18 Apr 07:53  
Digərləri Ən cazibədar 5 bürc

Ətrafımızdakı bəzi insanlar çox çəkici olur. Onların təbii bir cazibə

arrow Ətraflı
Azərbaycanda daha bir Qum yetirməsi həbs edildi like
  • 18 Apr 07:48  
Kriminal Azərbaycanda daha bir Qum yetirməsi həbs edildi

Azərbaycanda İranın casus şəbəkəsinə qarşı əməliyyatlar davam etdiri

arrow Ətraflı
Təyyarənin şassisində meyit tapıldı like
  • 18 Apr 07:27  
Dünya Təyyarənin şassisində meyit tapıldı

Kanadadan Amsterdam Şiphol hava limanına uçan təyyarənin eniş şassisində

arrow Ətraflı
“Rusiya müharibənin tezliklə başa çatmasında maraqlıdır”  Lavrov like
  • 18 Apr 07:21  
Dünya “Rusiya müharibənin tezliklə başa çatmasında maraqlıdır” Lavrov

"Rusiya Ukraynadakı müharibənin tezliklə başa çatmasında maraqlıdı

arrow Ətraflı
Bu diplomatlar Rusiyadan qovulacaqlar  Zaxarova like
  • 18 Apr 07:16  
Dünya Bu diplomatlar Rusiyadan qovulacaqlar Zaxarova

ABŞ, Böyük Britaniya və Kanadanın Rusiya cəmiyyətində nifaq və düşmə

arrow Ətraflı
Türkiyədə avtomobil atəşə tutuldu, ölənlər var like
  • 18 Apr 07:11  
Dünya Türkiyədə avtomobil atəşə tutuldu, ölənlər var

Türkiyənin İstanbul şəhərində yol kənarında dayanan avtomobil atəşə

arrow Ətraflı