Ölümünə səbəb olduğu qızın qardaşına ərə getdi


Kriminal 16 Apr 2023 14:00:00 186 0

Ölümünə səbəb olduğu qızın qardaşına ərə getdi

Son.az Kulis.az-a istinadən Xalq artisti Rübabə Muradova haqqında maraqlı faktları təqdim edir.

Rübabə Muradova 1933-cü il martın 22-də Güney Azərbaycanın Ərdəbil şəhərində anadan olub. Sabirabad Dövlət Dram Teatrında işləyib. Aktyor Ələsgər Ələkbərov onu təsadüfən həmin teatrda görür və Bakıya Filarmoniyada işləməyə dəvət edib. Asəf Zeynallı adına Bakı Musiqi Məktəbində Seyid Şuşinskinin sinfində təhsil alıb. 1954-cü ildən ömrünün sonuna kimi Azərbaycan Dövlət Opera və Balet Teatrında əvvəlcə solist, sonra məşqçi-pedaqoq olub.

Rübabə Muradovanın on altı yaşı olanda atası inqilab məhbusu kimi həbs olunur. Zindan rəisi işləyən Xəlilağaya yalvarır ki, onun ailəsini İrandan çıxartsın. Xəlilağa gecə ilə onun ailəsini Arazın bu tayına keçirir və özü də bu tayda qalır. Bir müddət sonra isə olduqca yaraşıqlı kişi olan Xəlilağa on altı yaşlı Rübabəyə aşiq olur. Rübabənin atası ailəsini ölümdən xilas etdiyi üçün qızını ona ərə verir.

Evlənəndən sonra Rübabə Muradovanın əri ali təhsil almaq üçün Gəncəyə gedir. Rübabə Muradova isə Qulu Əsgərovla səhnəyə çıxıb oxumağa başlayır. Bundan qəzəblənən həyat yoldaşı bir övladları olandan sonra ona deyir: Rübabə, mənimlə səninki tutmayacaq. Mən müğənni arvad istəmirəm. Müğənnilik səbəbindən onun ailəsi dağılsa da, o, heç kimə qulaq asmayıb, hətta qardaşlarını da dinləmədən səhnələrə çıxmağa, oxumağa davam edir.

Xanəndə Bakıya gələndən sonra Tələt adlı bir tacirlə ailə qurur. Qızı Qəmər xanım müsahibələrinin birində belə deyir: "O kişidən bacım Şahnaz doğulub. Onların tanışlıq tarixçəsi bir az kədərli əhvalata söykənir; Tələt çox sərt adam olub. Onun bacısı bir dəfə anamın konsertinə gedib. Qardaşı da onu güdüb. Qayıdanda deyib, haradan gəlirsən? Cavab verib ki, Rübabənin konsertindən. O vaxtlar da "Kubinka"da, İçərişəhərdə belə şeylər ağır məsələlər idi. Tələt bacısına birinci dəfə xəbərdarlıq edib. İkinci dəfə getdiyindən xəbər tutanda isə onu döyüb. Bundan sarsılan bacısı özünü asıb. Tələt də deyib ki, Rübabənin üstündə oldu, onun vurğunu idi. Bundan sonra anama qarşı marağı yaranır, tanış olur və ona vurulur. Evlənib İçərişəhərdə qız qalasının yanında bir evdə qalırlar. Ancaq iş elə gətirir ki, nikahları uzun müddət çəkmir. İkinci həyat yoldaşı da çox qısqanc idi, səhnəyə çıxmasını, oxumasını istəmirdi. Belə olan halda anam ondan ayrılıb hökumətin ona bağışladığı evə köçüb."

Ərdəbildəki evlərinin həsrətini çox çəkir, gələndən-gedəndən Ərdəbili, ordakı evlərini soruşurmuş. Bağında həyətini Ərdəbildəki evlərinin həyətinə bənzədir, ordakı ağaclardan həyətlərində əkdirir. Deyilənə görə, bir dəfə Astaraya qastrola gedəndə, sərhəddin kənarından dayanıb o taya baxıb və birdən qəfildən bir nalə çəkib, möhkəmdən ağlayır. Yaxınlıqdakı adamlar onu uzun müddət sakitləşdirə bilmirlər.

***

1975-ci ilin sonunda rejissor Mehdi Məmmədovun quruluşunda hazırlanan "Leyli və Məcnun" tamaşasındakı "Şam" səhnəsində Rübabə necə nalə çəkirsə, tamaşaçılar ağlayır. O, özü də onlara qoşulub ağlayır. Deyilənə görə, Rübabə o qədər təbii oynayırdı ki, onun ağlaması üçün heç bir kimyəvi vasitədən istifadə olunmurmuş...

Hindistandan məşhur "Cənab 420" adlı hind filminin yaradıcı heyəti Bakıya gələndə, Rübabəni görən hind aktyorları heyrətə gəlmişdi ki, necə gözəl qadındır. Onlar Rübabəni hind qızlarına oxşatmışdılar.

***

Deyilənə görə sənət camiəsindən, yaxın insanlardan paxıllığını çəkənlər çox olub. Öz dövrünün qadın xanəndələri belə onun paxıllığını çəkir, ona qarşı nankorluq edirdilər. Hətta onun barəsində rəsmi orqanlara gizlin şikayətlər də olurmuş.

Bir neçə il əvvəl Bakı küçələrinin birində 55 yaşlı Nailə Muradova adlı dilənən qadın peyda olur. Həmin qadın özünü Rübabə Muradova və Süleyman Rüstəmin qızı kimi təqdim edir. Lakin Rübabə xanımın ailəsi bu məsələnin heç bir həqiqətə uyğun olmadığını deyirlər.

***

Çox hirsli və əsəbi adam olub. Hətta bir dəfə böyük qızı Qəmərin Əlibaba Abdullayevin rəqs ansamblına yazılma xəbərini eşidəndə bərk əsəbiləşib. Qızı dərsdən evə gələndə onun saçından yolaraq başını soyuducuya soxub.

Deyilənə görə spirtli içkilərə meylli adam olub. Toylara gedəndə özü ilə termosda xüsusi içki aparırmış. Lakin övladları onun şərabı sevdiyini qeyd edərək, deyilənlərin yalan olduğunu vurğulayıblar.

***

Rübabə xanımın hələ gəncliyində sevdiyi oğlanın olduğu deyilir. Hətta o müğənni olduğu üçün oğlanın ailəsi onu almaq istəməyib. Oğlan da ailəsindən acıq çıxmaq üçün heç vaxt evlənməyib. Ancaq xanəndənin qızlarının dediyinə görə bu söz-söhbətlər yazıçı Anarın Rübabə Muradovaya həsr etdiyi "Qaragilə" adlı əsərinin çapından sonra yaranmağa başlayıb. Əsərdə göstərilir ki, çayxanada oturan bir oğlan radionu yandırır və görür müğənni "Qaragilə" mahnısını oxuyur. Oxuyanı işarə edərək deyir, bu sevgilim olub, indi oxuyandır. Həmin əsər çap olunandan sonra Rübabə Muradova haqqında şayiələr yayılır.

Şəkər xəstəsi olduğundan şirniyyata və şirin meyvələrə həsrət qalır. Ölənə yaxın dodaqları parça-parça olur, heç nə yeyə bilmir, ancaq su içir. Xanəndə ölümündən bir neçə ay əvvəl dəhşətli dərəcədə arıqlayır. Görənlər onu tanıya bilmir. 1983-cü il avqustun 28-də Rübabə Muradova 50 yaşında serroz xəstəliyindən dünyasını dəyişir.

Ölməzdən iki şey vəsiyyət edir. Ərdəbildən torpaq gətirib məzarına səpsinlər və dəfn olunanda Habil Əliyev onun məzarı üstünə ifa etsin. Habil Əliyev isə onun bu vəsiyyətini yerinə yetirmir. Bunun səbəbini ondan soruşanda isə deyir: Ürəyim gəlmədi, çala bilmədim.

Son.az 

Almaniya atom enerjisindən imtina edir like
  • 16 Apr 13:51  
Dünya Almaniya atom enerjisindən imtina edir

Almaniyanın cənub-qərbindəki Nekkarvesthaym stansiyasının sonuncu nüvə r

arrow Ətraflı
Hər gün 1 portağal yesəniz, möcüzəni görəcəksiniz like
  • 16 Apr 13:40  
Digərləri Hər gün 1 portağal yesəniz, möcüzəni görəcəksiniz

Portağalda C vitaminin olduğu hər kəsə məlumdur. Bəs, onun faydaları nə

arrow Ətraflı
Bakıda gənc oğlan parkda dava zamanı bıçaqlanıb like
  • 16 Apr 13:31  
Kriminal Bakıda gənc oğlan parkda dava zamanı bıçaqlanıb

Bakının Nərimanov rayonunda bıçaqlanma hadisəsi baş verib.

arrow Ətraflı
Həftənin ilk iş gününün HAVAsı like
  • 16 Apr 13:27  
Digərləri Həftənin ilk iş gününün HAVAsı

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
İlham Əliyev və Mehriban Əliyeva İrəvanda uğur qazanan türkiyəli idmançıları təbrik ediblər like
  • 16 Apr 13:21  
Siyasət İlham Əliyev və Mehriban Əliyeva İrəvanda uğur qazanan türkiyəli idmançıları təbrik ediblər

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehri

arrow Ətraflı
Həm qısa, həm də uzun saçlar üçün hörgü saç modelləri like
  • 16 Apr 13:20  
Digərləri Həm qısa, həm də uzun saçlar üçün hörgü saç modelləri

Hər hansı bir yerə tələsəndə saçlarınızı yığmaq əvəzinə müxtəl

arrow Ətraflı
Almaniyada bomba həyəcanı: 15 min sakin təxliyə edildi like
  • 16 Apr 13:11  
Dünya Almaniyada bomba həyəcanı: 15 min sakin təxliyə edildi

Almaniyanın Drezden şəhərində 15 min insanın təxliyəsinə səbəb olan �

arrow Ətraflı
Arvadının yad kişilərlə şəkillərini gördü: "Yarıçılpaq video və şəkilləri vardı" like
  • 16 Apr 13:00  
Kriminal Arvadının yad kişilərlə şəkillərini gördü: "Yarıçılpaq video və şəkilləri vardı"

Bakının Nizami rayonunda 1989-cu il təvəllüdlü Sərxan həyat yoldaşı N�

arrow Ətraflı
Priqojin müharibəni niyə dayandırmağa çağırdı? like
  • 16 Apr 12:51  
Dünya Priqojin müharibəni niyə dayandırmağa çağırdı?

İşğalçı müharibə başlayandan bu yana Priqojinin açıqlamalarını və m

arrow Ətraflı
Qarın nahiyəsindəki yağları əridir, like
  • 16 Apr 12:40  
Digərləri Qarın nahiyəsindəki yağları əridir,

Artıq çəkidən əziyyət çəkənlər idman və pəhrizlə yanaşı bədənd�

arrow Ətraflı
Cənubi Koreya və ABŞ hərbi hava qüvvələri təlimlərinə başlayacaq like
  • 16 Apr 12:31  
Dünya Cənubi Koreya və ABŞ hərbi hava qüvvələri təlimlərinə başlayacaq

Koreya Respublikası və ABŞ sabah 110-a yaxın təyyarə və 1400-ə yaxın ə

arrow Ətraflı
Bu ilin dəbdə olan döymə modelləri like
  • 16 Apr 12:20  
Digərləri Bu ilin dəbdə olan döymə modelləri

Döymə modelləri hər il yeni üslublarla dəbdə olur.

arrow Ətraflı
İlon Mask yeni şirkət yaradıb: like
  • 16 Apr 12:11  
Dünya İlon Mask yeni şirkət yaradıb:

İlon Mask süni intellekt sahəsində araşdırmalarla məşğul olacaq X.AI ş

arrow Ətraflı
Daha bir ölkədən Ukrayna ilə bağlı qadağa like
  • 16 Apr 11:51  
Dünya Daha bir ölkədən Ukrayna ilə bağlı qadağa

Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını müvəq

arrow Ətraflı