Priqojin müharibəni niyə dayandırmağa çağırdı?
Dünya 16 Apr 2023 12:51:00 283 0
İşğalçı müharibə başlayandan bu yana Priqojinin açıqlamalarını və müxtəlif məsələlərə reaksiyasını izləyirəm və gəldiyim qənaət budur ki, bu şəxsin başkəsənlərin lideri kimi Ukrayna torpaqlarının işğalında və qətliamlarda rolu olsa da, zaman-zaman mövcud durumu bəzəmədən deyənlərdən biridir.
Bu xəbəri də oxu: Bu ölkədə körpələr narkotik aludəçisi kimi doğulur Şok statistika
Son.az Axar.az-a istinadən xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu Rusiyanın "Vaqner" muzdlu hərbi qruplaşmasının rəhbəri Yevgeni Priqojinin Ukraynada müharibənin dayandırılmasıyla bağlı geniş yazısı haqda qeyd edib.
O bildirib ki, Kremlin ruporları televiziya kanallarında müharibədə "uğurlardan" danışarkən, Ukrayna ordusunu aşağılayarkən, Priqojin "qarşı tərəf zəif deyil, müqaviməti güclüdür" deyirdi, indi isə müharibəni dayandırmaq lazım olduğunu bildirir:
"Priqojinin məntiqi sadədədir: "Rusiya Donbasın böyük hissəsini ələ keçirib, Ukrayna parçalanıb, xeyli itki verib, Azov dənizinə çıxış nəzarətə götürülüb, Krıma quru yolumuz var, bəsimizdir, olanı qorumaq lazımdır". Priqojin bəlkə də savaşda iştirak edən rusiyalı generalların açıq deyə bilmədiyini səsləndirib. Priqojin və onunla həmfikir olan generallar anlayırlar ki, müharibənin davamı Rusiyanın itkilərini artıracaq, ortada isə real nəticə olmayacaq.
Priqojin onu da anlayır ki, Rusiya müharibənin dayandırıldığını elan etsə belə, Ukrayna dayanmayacaq. Çünki Kiyev müharibənin dayandırılmasını deyil, Rusiya ordusunun Ukrayna ərazisini tərk etməsini istəyir. Priqojinin təkliflərində isə işğal ərazilərini tərk etmək cümləsi yoxdur. Priqojin Ukraynanın Rusiyanın təklifinə razılaşmayacağı halda hadisələrin iki variantda inkişaf edəcəyini proqnozlaşdırıb: "Ya Ukrayna ordusu əks-hücuma keçərək hansısa ərazilərin azad etdikdən sonra müqavimət gücü zəifləyəcək, ya da onların əks-hücumu nəticə verməyərək, biz onları Polşa sərhədinə qədər qovmağa başlayacağıq". Ancaq Priqojin yazısında muzdluların və Rusiya ordusunun Ukrayna ordusunu Polşa sərhədinə qədər qovacaq enerjisinin və potensilanın qalmadağına da işarə edib".
Politoloq Priqojinin yazısından aşağıdakı nəticələrin çıxdığını vurğulayıb:
Artıq çəkidən əziyyət çəkənlər idman və pəhrizlə yanaşı bədənd�
Koreya Respublikası və ABŞ sabah 110-a yaxın təyyarə və 1400-ə yaxın ə
İlon Mask süni intellekt sahəsində araşdırmalarla məşğul olacaq X.AI ş
Son.az Kulis.az-a istinadən Azərbaycan kino tarixinin şedevrlərindən sayıl
Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını müvəq
Viruslar artdıqca insanlar tez-tez xəstələnməyə başlayır. İmmunitet zə
2023-cü ilin yanvar-mart aylarında "Azərenerji" ASC 2 milyard 406 m
Dünya azərbaycanlıları əsgərlərimizin əsir götürülməsi ilə bağlı
Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsində yerləş�
Samux rayonunda 1990-cı il təvəllüdlü Sərdar qısqanclıq zəminində tan�
"Forsaj" filmlərinin qəhrəmanı aktyor Pol Uokerin "Nissan Sky
Ermənistanda hər düşünülməmiş "qəhrəmanlıq" addımı xoşag
Xalq artisti Röya Ayxan yaşadığı evinin içərisində restoranının olmas�