Arvadının yad kişilərlə şəkillərini gördü: "Yarıçılpaq video və şəkilləri vardı"


Kriminal 16 Apr 2023 13:00:00 321 0

Arvadının yad kişilərlə şəkillərini gördü: "Yarıçılpaq video və şəkilləri vardı"

Bakının Nizami rayonunda 1989-cu il təvəllüdlü Sərxan həyat yoldaşı Nəsibəni (adlar şərti verilib - red.) qətlə yetirib.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, Sərxanın rəsmi nikahda olduğu arvadı Nəsibə faktiki olaraq ondan ayrılıb və nənəsi ilə birlikdə yaşayıb. O, 2022-ci ilin sentyabrın 2-də saat 22-23 radələrində birgə nikahdan olan oğlan övladını anasına təhvil vermək üçün həmin ünvana gətirib.

Sərxan Nəsibəni mənzildə tapmayıb. Nəsibənin nənəsindən onun açıq-saçıq geyinməklə mütəmadi olaraq gecə saatlarında evdən getməsi barədə məlumat alıb. Bir qədər sonra Nəsibənin avtomobildən düşüb, mənzilə gəldiyini görüb. Ondan istifadəsində olan "İphone" markalı mobil telefonu alıb və telefona yüklənmiş vatsap sosial şəbəkəsinə baxıb.

Bu zaman Nəsibənin başqa kişilərlə yazışmasına dair mesajları, yarıçılpaq vəziyyətdə fotoşəkil və videogörüntüləri görüb. Mübahisə zamanı qısqanclıq zəmnində ona fiziki zor tətbiq edib. Nəsibənin saçından tutaraq mənzildən çıxarıb, onu binanın həyətinə düşürüb və bir qədər əvvəl gəldiyi avtomobili göstərməsini tələb edib. Nəsibə onun ünvanına qarşı nalayiq ifadələr işlətdikdə bıçaqla qadına zərbələr vurub. Qadın aldığı xəsarətlərdən vəfat edib.

"Xəbərsiz münasibət saxladım"

İstintaq orqanı tərəfindən Sərxanın barəsində Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) və 228.4-cü (qanunsuz olaraq qaz silahını, soyuq silahı, o cümlədən soyuq atıcı silahı əldə etmə, satma və ya gəzdirmə) maddələri ilə ittiham elan edilib.

Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Sərxan ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, 2010-2020-ci illərdə Nərgizlə rəsmi nikah münasibələrində olub və 2 övladı dünyaya gəlib:

"Nərgizlə nikah münasibətlərində olduğumuz dövrdə, 2017-ci ildə Nəsibə ilə təsadüfən Nərimanov rayonunda paltar mağazasında tanış oldum. Nəsibədən xoşum gəldiyini bildirdim. Müsbət cavabdan sonra onunla qeyri-rəsmi ər-arvad münasibətlərində yaşamağa başladıq.

Həmin dövrdə Nərgizlə rəsmi nikahda olduğumdan bir müddət ondan xəbərsiz Nəsibə ilə münasibət saxladım".

"Mənə irad bildirdi"

Təqsirləndirilən şəxsin sözlərinə görə, Nəsibə dünyaya gəldikdən sonra atasını, 17 yaşında isə anasını itirdiyindən yaşlı nənəsi ilə birlikdə yaşayırmış:

"Nəsibəyə köməklik etmək istədim, ona bağlandım. O da eyni formada mənə hörmət edirdi. Bir-birimizə qarşı istəklərimiz qarşılıqlı idi. Bir müddət sonra Nəsibə ilə münasibətlərimiz barədə həmin dövrdə nikahda olduğum Nərgiz xəbər tutdu, mənə irad bildirdi.

Aramızda ciddi problemlər yaranmağa başladı. Nəsibədən ayrılmağımı tələb etsə də, ayrılmadım".

"Bunlarla razılaşmadı"

Təqsirləndirilən şəxs qeyd edib ki, 2019-cu ilin avqustunda Nəsibə ilə olan qeyri-rəsmi münasibətlərindən oğul övladı dünyaya gəlib: "Nərgiz bütün bunlarla razılaşmadı. Mənimlə nikaha son verilməsi üçün məhkəməyə müraciət etdi, rəsmi surətdə boşandıq.

Bundan sonra Nəsibə ilə daha çox vaxt keçirdim. Nəsibənin də könüllü istəyi, razılığı əsasında 2021-ci ilin yaz-yay aylarında rəsmi nikaha daxil olduq. O, soyadını dəyişdirib, mənim soyadımı qəbul etdi. Bir müddət ona məxsus mənzildə övladımızla birlikdə yaşadıq. Rəsmi nikaha daxil olmazdan əvvəl birlikdə yaşamağımız üçün Xətai rayonunda "Blue Residence" adlanan MTK-dan ev aldıq.

Bir neçə ay əvvəl Nəsibə ilə yaşadığımız mənzili həm Xətai rayonunda onun adına aldığımız evin təmirinə xeyli pul sərf olunduğundan, həmçinin işimdə yaranmış problemlərə görə satdıq. Nəsibəni azyaşlı övladımla birlikdə nənəsin əvvəllər yaşamış olduğu mənzilə köçürdüm".

"Ayrı yaşadıq"

Təqsirləndirilən şəxs bildirib ki, Nəsibə təxminən 6-7 ay həmin ünvanda, o da Suraxanı rayonu, Ramana qəsəbəsində ata-anası ilə yaşayıb: "Azyaşlı övladım da Nəsibə ilə birlikdə qalırdı. Ara-sıra onunla görüşürdüm.

Ayrı-ayrı yaşadığımız dövrdə münasibətlərimiz kəskin formada pisləşdi. Nəsibənin hansı səbəbdən mənə qarşı soyuq davranmasını başa düşmədim. Dəfələrlə ondan bunun səbəbini soruşdum. Nəsibə bunu aramızdakı keçmiş mübahisələrlə əlaqələndirdi. Bəhanələr gətirdi, məndən ayrılmaq istədiyini bildirdi.

Nəsibə hadisədən bir neçə ay əvvəl rəsmi qaydada ayrılmaq üçün Nizami rahyon Məhkəməsinə müraciət etdiyini bildirdi. Hətta dedi ki, Nizami rayon məhkəməsində işə baxılır. Lakin sonradan öyrəndim ki, Nəsibə bunu sadəcə sözlə deyib, məhkəməyə müraciət etməyib. Beləliklə, münasibətimiz daha da pisləşdi və ayrı yaşamağa davam etdik".

"Evdə olmamasından şübhələndim"

Sərxan bildirib ki, sentyabrın 2-də səhər saatlarında Nəsibə vatsapda mesaj yazıb və oğlunu nənəsi ilə birlikdə yaşadığı mənzilə gətirməsini istəyib: "Oğlumu həmin gün günorta həmin ünvana apardım. Oğlumu maşından düşürdüm, Nəsibəyə vatsapda zəng edərək aşağıya düşüb, oğlumu məndən təhvil almasını bildirdim. O, uşağı özüm yuxarı qaldırmağımı, nənəsinə təhvil verməyimi istədi.

Nəsibədən şübhələndim, israrla aşağıya düşməsini tələb etdim. Aşağıya düşmədikdə, onun evdə olmamasını başa düşdüm. Əsəbləşərək oğlumu Suraxanıda yaşadığımıız ünvana geri qaytardım. Oğlum təbiətcə mənə çox bağlı olduğundan, Nəsibə ilə yox, geri qayıdaraq mənimlə qalacağına sevindi".

Priqojin müharibəni niyə dayandırmağa çağırdı? like
  • 16 Apr 12:51  
Dünya Priqojin müharibəni niyə dayandırmağa çağırdı?

İşğalçı müharibə başlayandan bu yana Priqojinin açıqlamalarını və m

arrow Ətraflı
Qarın nahiyəsindəki yağları əridir, like
  • 16 Apr 12:40  
Digərləri Qarın nahiyəsindəki yağları əridir,

Artıq çəkidən əziyyət çəkənlər idman və pəhrizlə yanaşı bədənd�

arrow Ətraflı
Cənubi Koreya və ABŞ hərbi hava qüvvələri təlimlərinə başlayacaq like
  • 16 Apr 12:31  
Dünya Cənubi Koreya və ABŞ hərbi hava qüvvələri təlimlərinə başlayacaq

Koreya Respublikası və ABŞ sabah 110-a yaxın təyyarə və 1400-ə yaxın ə

arrow Ətraflı
Bu ilin dəbdə olan döymə modelləri like
  • 16 Apr 12:20  
Digərləri Bu ilin dəbdə olan döymə modelləri

Döymə modelləri hər il yeni üslublarla dəbdə olur.

arrow Ətraflı
İlon Mask yeni şirkət yaradıb: like
  • 16 Apr 12:11  
Dünya İlon Mask yeni şirkət yaradıb:

İlon Mask süni intellekt sahəsində araşdırmalarla məşğul olacaq X.AI ş

arrow Ətraflı
Daha bir ölkədən Ukrayna ilə bağlı qadağa like
  • 16 Apr 11:51  
Dünya Daha bir ölkədən Ukrayna ilə bağlı qadağa

Macarıstan Ukraynadan kənd təsərrüfatı məhsullarının idxalını müvəq

arrow Ətraflı
Soyuqdəyməniz varsa, like
  • 16 Apr 11:40  
Digərləri Soyuqdəyməniz varsa,

Viruslar artdıqca insanlar tez-tez xəstələnməyə başlayır. İmmunitet zə

arrow Ətraflı
Azərbaycan elektrik enerjisi ixracından gəlirlərini dörd dəfə artırıb like
  • 16 Apr 11:31  
Digərləri Azərbaycan elektrik enerjisi ixracından gəlirlərini dörd dəfə artırıb

2023-cü ilin yanvar-mart aylarında "Azərenerji" ASC 2 milyard 406 m

arrow Ətraflı
Dünya azərbaycanlıları əsgərlərimizin əsir götürülməsi ilə bağlı like
  • 16 Apr 11:29  
Siyasət Dünya azərbaycanlıları əsgərlərimizin əsir götürülməsi ilə bağlı

Dünya azərbaycanlıları əsgərlərimizin əsir götürülməsi ilə bağlı

arrow Ətraflı
Yaşlanmaq tarix olacaq like
  • 16 Apr 11:20  
Digərləri Yaşlanmaq tarix olacaq

Qırışlar, incə xətlər, tünd ləkələr qocalmanın ən bariz əlamətlər

arrow Ətraflı
Bakıda qanunsuz ağac kəsimi aşkarlanıb like
  • 16 Apr 11:11  
Digərləri Bakıda qanunsuz ağac kəsimi aşkarlanıb

Səbail rayonu, Badamdar qəsəbəsi, S.İbrahimxəlilov küçəsində yerləş�

arrow Ətraflı
Dostugildə məclis qurdu, onun arvadına intim mesajlar yazdı: "Mənimlə..." like
  • 16 Apr 11:00  
Kriminal Dostugildə məclis qurdu, onun arvadına intim mesajlar yazdı: "Mənimlə..."

Samux rayonunda 1990-cı il təvəllüdlü Sərdar qısqanclıq zəminində tan�

arrow Ətraflı
Pol Uokerin avtomobili hərraca çıxarılacaq like
  • 16 Apr 10:54  
Dünya Pol Uokerin avtomobili hərraca çıxarılacaq

"Forsaj" filmlərinin qəhrəmanı aktyor Pol Uokerin "Nissan Sky

arrow Ətraflı
Arutyunyan: Bayrağın yandırılması uğursuzluğa işarədir like
  • 16 Apr 10:43  
Dünya Arutyunyan: Bayrağın yandırılması uğursuzluğa işarədir

Ermənistanda hər düşünülməmiş "qəhrəmanlıq" addımı xoşag

arrow Ətraflı