Erməni nazir müavini: Ermənistan DÇ keçirmək hüququndan məhrum edilə bilər
Siyasət 15 Apr 2023 21:13:00 390 0
İrəvanda keçirilən Avropa çempionatının açılış mərasimində Azərbaycan bayrağının yandırılması ilə bağlı Ermənistan, ağır atletika üzrə dünya çempionatına ev sahibliyi etmək hüququndan məhrum edilə bilər.
Bu xəbəri də oxu: Qərbi Azərbaycan İcması Ermənistanın baş nazirini dialoqa çağırdı
Mlli.Az APA-ya istinadən xəbər verir ki, bunu "Sputnik Armenia"ya müsahibəsində təhsil, elm, mədəniyyət və idman nazirinin müavini Karen Qiloyan deyib.
"Ən acınacaqlısı odur ki, biz, dünən, hadisədən əvvəl 2024-cü il Dünya çempionatına ev sahibliyi etmək hüququ qazanmışıq. Bu, bizim üçün müstəsna bir fürsət oldu", - deyə o bildirib.
Qiloyanın sözlərinə görə, erməni tərəfi beynəlxalq tərəfdaşlarla danışıqlar aparır və idmançıların təhlükəsizliyi ilə bağlı heç bir problemin olmadığını sübut etməyə çalışırlar. O, Ermənistan tərəfinin Azərbaycan idmançılarının təhlükəsizliyini təmin etdiyini, hadisənin bununla heç bir əlaqəsi olmadığını vurğulayıb.
"Biz vəziyyəti yumşaltmaq üçün hər şeyi etməyə çalışırıq. İstərdik ki, nəticələr ağır olmasın", - Qiloyan bildirib.
Eyni zamanda nazir müavini bildirib ki, hadisə zamanı zalda Avropa Ağır Atletika Federasiyasının prezidenti Antonio Konflitti də olub.
Qiloyan və Antonio Konflitti Azərbaycan nümayəndələri ilə söhbət edib.
Xızı rayonunun Yaşma qəsəbəsində partlamamış sursatın işə düşməsi
Riyazi model insanların 140 ilə qədər yaşamağa başlayacağını proqnozla
Tanınmış aparıcı Nanə Ağamalıyeva sosial mediada paylaşım edib.
Xartum Beynəlxalq Hava Limanında Sudan ordusu ilə Çevik Reaksiya Qüvvələr
Ən məşhur içkilərdən bəziləri şəkərlə çox yükləndiyi üçün zama
Türkiyənin milli müdafiə naziri Hulusi Akar Azərbaycanın müdafiə naziri
Təqaüdə çıxmaq gəncliyinizdə vaxtımız olmayan hər şeyi etmək üçün
Ermənistan Parlamentinin üzvü Hovik Ağazaryan İrəvanda keçirilən ağır
Türkiyəli aktrisa Nilsu Berfin Aktaşın həyat yoldaşı Serdar Sertçelikin
Yağ bir çox mətbəxin vacib tərkib hissəsidir, lakin o, həm də sağlam ol
Bu gün Şuşadan keçən Xankəndi-Laçın yolunda Rusiya sülhməramlılarına
Türkiyənin məşhur aktrisası Serenay Sarıkaya etirafı ilə diqqət çəkib
Almaniyada müalicə alan, Vətən müharibəsində hər iki ayağını itirmiş
Yolların yaxınlığında yaşayan insanlar yüksək təzyiqdən daha çox əzi
Türkiyə yeni dövrə başlayır. Türkiyənin ötən yüz ili təkcə bizim yo