Ermənistanın təbliğat maşını özünü ifşa etdi:
Siyasət 12 Apr 2023 00:50:00 291 0
Ermənistan mətbuatı və sosial şəbəkələri erməni silahlı bölmələrinin bu gün Laçın istiqamətində şərti sərhəddə törətdiyi təxribatla bağlı ziddiyyətli məlumatlar yayır.
Bu xəbəri də oxu: Ceyhun Bayramov rusiyalı həmkarı ilə təyyarə qəzasını müzakirə edib
Son.az APA-ya istinadən xəbər verir ki, erməni təbliğat ruporu bununla haqsız olduqlarını özləri ortaya qoyur.
Ermənistan mediası və sosial şəbəkələrinin erməni seqmenti təxribatla bağlı yaydığı ilk məlumatda Ermənistan ordusunun xüsusi təyinatlı korpusunun komandiri Armen Gözəlyanın Azərbaycan hərbçiləri ilə danışıqlar apardığı yer alıb.
Bildirilib ki, həmin vaxt guya azərbaycanlı hərbçilər danışıqlar üçün gələn erməni hərbçilərə atəş açıblar. Nəticədə atışma baş verib, ölən və yaralananlar olub həmçinin Gözəlyan da yaralanıb.
Bundan az sonra isə erməni təbliğat maşını növbəti məlumatı uydurub.
Erməni mənbələrinin həmin məlumatında isə Azərbaycan hərbçilərinin ermənilərlə danışıqlar aparmaq üçün şərti sərhəddə mühəndis-istehkam işləri aparılan əraziyə gələrək atəş açdığı qeyd olunur. Eyni mənbənin yaydığı iki məlumatın bir-birinə zidd olması onu göstərir ki, Ermənistan mediası yalan tirajlamaqla məşğuldur. Məqsəd baş vermiş təxribata görə məsuliyyəti üzərindən atmaqdır.
Lakin təkcə elə bu ziddiyyətli məlumatların yayılması təxribatın məhz Ermənistan tərəfindən törədildiyini, Azərbaycan Ordusunun isə buna adekvat cavab verdiyini göstərir.
Azərbaycan Ordusunun baş vermiş təxribatla heç bir əlaqəsi olmadığı açıq-aydın görünür. Bu hadisə isə həm də erməni mediasının yalan maşınının hələ də işlək olduğuna işarədir.
İsmayıllı rayonunda 1998-ci il təvəllüdlü Əsəd sosial şəbəkədə tan
"Allahdan şəhidlərimizə rəhmət, qazilərimizə şəfa diləyirəm! Az
Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın təşəbbüsü ilə ap
"Allah dünyamızı müharibəsiz, ölüm-itimsiz etsin, Allah heç bir val
Fransanın "Le Figaro" qəzeti Türkiyənin ilk pilotsuz uçan aparat
"Bu gün baş verənlər bir daha onu göstərir ki, Ermənistan və ona ha
Bəşəriyyət güc balansının dəyişdiyi kritik bir dövr yaşayır. Genişm
Şəkərli içkilər eyni kalorili içkilərdən daha təhlükəlidir.
Xəzər rayonu, Türkan qəsəbəsi, Üzümçülük Savxozunda yerləşən "
3 saylı Uşaq Evində baş verənlər aktual olaraq qalır.
Kökəlməyin ən böyük səbəbləri çox karbohidrat istehlak etmək, oturaq
Qax rayonunda 17 yaşlı bacısı Albina Papiaşvilini qətlə yetirməkdə itti
Baş ağrısı ən çox görülən sağlamlıq problemlərindən biridir. Baş a
Zaman beynəlxalq layihələrindir və buna görə İkinci Qarabağ müharibəsi
İnsanların əksəriyyəti böyrək xəstəliklərindən əziyyət çəkir. Bö