Azərbaycan İranın 4 diplomatını niyə ölkədən çıxarır?


Siyasət 06 Apr 2023 22:55:00 223 0

Azərbaycan İranın 4 diplomatını niyə ölkədən çıxarır?

Azərbaycan İran səfirliyinin 4 əməkdaşına diplomatik statusa uyğun olmayan fəaliyyət göstərdiklərinə görə ölkədən çıxmaq üçün 48 saat vaxt verdi.

Son.az axar.az-a istinadən bildirir ki, İranın casus şəbəkəsinə qarşı əməliyyatlarn getdiyi vaxt 4 iranlı diplomatın "persona-non-qrata" elan edilməsinin bir mümkün səbəbi ola bilər:

- Bakıdakı səfirlik İranın Azərbaycan daxilində həyata keçirmək istədiyi planların mərkəzi rolunu oynaya bilər və istisna deyil ki, "arzuolunmaz şəxs" elan edilən 4 diplomatın bu addımları idarə edəcək fiqurlar olduğuna dair kəşfiyyat məlumatları olub.

Ötən ilin noyabrında DTX-nın keçirdiyi əməliyyat da İran səfirliyinin bu kimi fəaliyyətinə dair faktları ortaya çıxardı. Rəsmi məlumatda bildirilirdi ki, İran kəşfiyyatının azərbaycanlılardan ibarət yaratdığı silahlı qruplaşmanın üzvləri Azərbaycana lazım olan təbliğat vasitələrini çatdırmaq üçün İran səfirliyinin avtomobilindən istifadə ediblər.

Bu fakt İranın Bakıdakı səfirliyi və əməkdaşlarının casusluq, eləcə də digər fəaliyyətlərdə mərkəz və icraçı rolunu oynayacağı ehtimalını artırır:

1. İran şəbəkəsinə qarşı genişmiqyaslı əməliyyatlar onların əl-qolunu bağladığı üçün bu situasiyada diplomatik toxunulmazlığı olan səfirliyin daha "effektiv" fəaliyyət göstərmək imkanları var;

2. Səfirliyin əməkdaşları İran şəbəkəsinin koordinasiya edilməsini, əlaqələrin qurulmasını təmin edə bilərlər;

3. Diplomatik toxunulmazlığa görə yoxlanılmayan səfirlik avtomobillərindən casusların ölkədən çıxarılması, yaxud ölkəyə daxil edilməsi, o cümlədən, İran şəbəkəsinin təchizatının həyata keçirilməsi üçün istifadə oluna bilər: bu təchizatın silah-sursat olması ehtimalı da istisna edilməməlidir.

Bu kontekstdə 4 iranlı diplomatın statuslarına uyğun olmayan fəaliyyətinin bundan ibarət olduğu, eləcə də gələcəkdə eyni məqsədlə daha genişçaplı işlər görə biləcəyi üçün "persona-non-qrata" elan edildiyi versiyası ön plana çıxır.

Rəsmi Bakı bununla mümkün təhlükəni neytrallaşdırır. Bu addımın hazırki səfirlə müqayisədə daha sərt mövqeyi ilə tanınan və fəaliyyətə başlayacağı təqdirdə Azərbaycanda "iğtişaş ssenariləri"ni tətbiq edə biləcəyi gözləntisi olan yeni səfirin gəlişindən öncə atılması da xüsusilə diqqət çəkir.

Simonyan rəzil durumda: "Bütün vətəndaşlardan üzr istəyirəm, mənə dərs oldu" like
  • 06 Apr 22:48  
Dünya Simonyan rəzil durumda: "Bütün vətəndaşlardan üzr istəyirəm, mənə dərs oldu"

"Mən Ermənistan Respublikasının bütün vətəndaşlarından üzr istə

arrow Ətraflı
Akar Ostinlə danışdı like
  • 06 Apr 22:43  
Dünya Akar Ostinlə danışdı

Bu gün Türkiyənin milli müdafiə naziri Hulusi Akar və ABŞ-ın müdafiə n

arrow Ətraflı
Bakıda “Prius”la avtoxuliqanlıq edənlər saxlanıldı like
  • 06 Apr 22:31  
Kriminal Bakıda “Prius”la avtoxuliqanlıq edənlər saxlanıldı

Dünən Bakıda "Toyota Prius" markalı avtomobillərlə avtoxuliqanl�

arrow Ətraflı
Parisdə etirazda 50 mindən artıq insan iştirak edir  VİDEO like
  • 06 Apr 22:26  
Dünya Parisdə etirazda 50 mindən artıq insan iştirak edir VİDEO

Təxminən 57 min insan Fransada pensiya islahatına etirazını bildirmək üç

arrow Ətraflı
Rusiyada like
  • 06 Apr 22:15  
Dünya Rusiyada

Rusiyada dollar bu gün 1,54 rubl qalxaraq, 81,38 rubl olub.

arrow Ətraflı
"Qəzza və Livandan İsrailə raket atılmasını pisləyirik" like
  • 06 Apr 22:04  
Dünya "Qəzza və Livandan İsrailə raket atılmasını pisləyirik"

Vaşinqton İsrail ərazisinə raket hücumlarını pisləyir və onun təcavüz

arrow Ətraflı
Hər kəs bu 5 yaşlı qızdan danışır like
  • 06 Apr 21:58  
Digərləri Hər kəs bu 5 yaşlı qızdan danışır

Massaçusetsdə (ABŞ) Cessika Nunez 5 yaşlı qızı Lilaya avtomobillə gəzin

arrow Ətraflı
Toyuğun bu hissələri like
  • 06 Apr 21:53  
Digərləri Toyuğun bu hissələri

Çin alimləri broyler toyuqlarının müəyyən hissələrinin xərçəng yarad

arrow Ətraflı
Nikolun yeni strategiyası: Zəngəzurda nələr edir? like
  • 06 Apr 21:48  
Siyasət Nikolun yeni strategiyası: Zəngəzurda nələr edir?

Hələ Ermənistanın büdcəsi bu il üçün 6 milyard dolları keçəndə və

arrow Ətraflı
Narazılığını ifadə edən şəxslərin hər biri...  Baş Prokurorluq like
  • 06 Apr 21:43  
Digərləri Narazılığını ifadə edən şəxslərin hər biri... Baş Prokurorluq

Aprelin 6-sı Baş Prokurorluğunun inzibati binasının qarşısında narazıl�

arrow Ətraflı
"Yoldaşım qapını açanda dedim ki, məni vurdular" like
  • 06 Apr 21:38  
Digərləri "Yoldaşım qapını açanda dedim ki, məni vurdular"

Bir neçə gün öncə Bakıda silahlı hücuma məruz qalan millət vəkili Faz

arrow Ətraflı
“Qız atası”nın məşhur aktrisası özünə like
  • 06 Apr 21:32  
Şou-biznes “Qız atası”nın məşhur aktrisası özünə

Aparıcı və aktrisa Raksana İmir özünə yeni avtomobil alıb.

arrow Ətraflı