Nikolun yeni strategiyası: Zəngəzurda nələr edir?
Siyasət 06 Apr 2023 21:48:00 282 0
Hələ Ermənistanın büdcəsi bu il üçün 6 milyard dolları keçəndə və iqtisadi inkişafının beynəlxalq reytinq agentlikləri tərəfindən 7,5 faiz proqnozlaşdırılanda bu imkanlardan ölkəmizə qarşı istifadə ediləcəyi narahatlığını bölüşmüşdük.
Bu xəbəri də oxu: Əlcəzair Prezidenti İlham Əliyevə başsağlığı verib
Son.az axar.az-a istinadən bildirir ki, Ermənistanın əhali və ərazi baxımından Azərbaycandan 3 dəfə kiçik olduğunu nəzərə aldıqda, hazırda düşmən ölkənin büdcəsi Azərbaycan büdcəsini üstələyir: 2023-cü il üçün Ermənistan büdcəsi 6,4 milyard, Azərbaycan büdcəsi isə 18,1 milyard dollardır.
Ermənistanın vergi və gömrük gəlirləri də sürətlə artır: bu il üçün 15,2 faiz artan vergi gəlirlərindən hətta Nikol Paşinyan "narazılıq" edir, vergi sistemində ciddi çatışmazlıqların olduğunu bildirir və bunların aradan qaldırılacağı təqdirdə, büdcəyə daha çox gəlir gələcəyini iddia edir.
Vacid məqam: Azərbaycanın dövlət büdcəsinin (18,1 milyard) 6,65 milyard dolları Neft Fondundan birbaşa transfertlə formalaşır. Bura neft gəlirlərindən vergiləri də əlavə etsək, büdcəmizin formalaşmasında neft gəlirlərinin əhəmiyyətli payı olduğunu görərik.
Ermənistan büdcəsi isə bu gəlirlərdən məhrum olduğu halda necə böyüyə bilir?
- Ermənistana Qərbdən külli miqdarda dəstək göstərilir: təkcə qrantlar, yardımları nəzərə alsaq, dövlət təşkilatları və sivil topluma yönəli bu vəsaitlərin həcmi yüz milyonlarla dollarla ölçülür;
- Ermənistana AB 2,6 milyard vəsait ayırıb və ilk tranşlara hazırlıq da görülür;
- Ermənistan Rusiyaya tətbiq edilən sanksiyalardan ən çox xeyir görən ölkədir. Artıq Qərb mediası da bu məsələyə diqqəti artırıb. Bir ildə Ermənistandan Rusiyaya ixrac 4 dəfədən çox artıb. Bu "ixracın" xarici avtomobillərin ehtiyat hissələri və elektronik məhsullardakı kəskin artım olduğunu (10-12 dəfə) nəzərə alsaq, Ermənistanın əslində öz məhsulunu deyil, Qərbdən aldığı Rusiyaya satdığını açıq-aydın görmək olar. Əvəzində Ermənistana bu əməliyyatlardan milyardlarla vəsait daxil olur;
- İran Ermənistanı həm də iqtisadi baxımdan dəstəkləyir - baxmayaraq ki, özündə kifayət qədər ciddi iqtisadi çətinliklər var;
- Rusiyadan valyuta daxilolmaları kəskin artıb. Son bir ildə Rusiyadan dollar axını 5 dəfədən çox artıb ki, bunun da səbəbi Rusiyaya sanksiyalardır. Rusiyanın bir çox iş adamı var-dövlətlərini xilas etmək üçün Ermənistanı əsas ölkə olaraq görürlər. Doğrudur, əsasən, Ermənistandan istifadə etməklə xaricə çıxırlar - lakin bu zaman da erməni bankları qazanır - ancaq Ermənistana sərmayə yatıranlar az deyil. Bunun hesabınadır ki, Paşinyan qürurla Ermənistana sərmayə qoyuluşunun kəskin artmasından danışır.
Ermənistan üçün yaranan bu fürsətlərdən Paşinyan necə istifadə edir?
İlk növbədə Azərbaycanla sərhəd ərazilər gücləndirilir. 10 noyabr 2020-ci il bəyanatında Azərbaycanın qərb rayonları ilə Naxçıvanı birləşdirən maneəsiz yolun açılması tələbi var, Ermənistan bundan imtina etmək üçün İranın dəstəyindən maksimum bəhrələnir. Paralel olaraq isə həmin ərazilərdə ermənilərin məskunlaşmasını artırmaq üçün külli miqdarda vəsait xərclənir.
ABŞ, İran və Rusiyanın Qafan-Sünik ərazilərinə marağı da bu kontekstdədir. Bu gün Ermənistan hökuməti Qərbi Zəngəzurda - Qafanda 7, Sünikdə 33 yeni məktəb kompleksi tikmək üçün vəsait ayırıb. Məktəbəqədər təhsil müəssisələri də sürətlə artırılır və yenilənir.
Ermənistan hökuməti həmçinin yeni yaradılan Patrul Xidmətinə 1,153 milyard dram ayırıb. Bu Patrul Xidmətinin Qərbi Zəngəzurda, Dərələyəzdə fəaliyyət göstərdiyini nəzərə almaq vacibdir. Bundan öncə Paşinyan Göyçə gölündə Su Patrul Xidməti də yaratmışdı.
Azərbaycanla sərhəd bölgədə yerləşən müəssisələrə vergi və gömrük güzəştləri tətbiq edilir. Məsələn, bu gün "Tavuş Tekstil" gömrük rüsumundan azad edildi.
Paşinyan faktiki olaraq "muzdlu ordu" yaradıb, sərhədə yerləşdirir - Patrul Xidmətinin missiyası budur. Vaxtilə sərhəd postlarında görüntü vermək üçün adam tapmayan və polisləri buna cəlb etməyə məcbur olan Ermənistan hökuməti hazırda bu missiyanı tədricən "muzdlu dəstəyə" (Patrul Xidməti) ötürür. Eyni zamanda Qərbi Zəngəzurda məskunlaşmanı artırır ki, dəhlizin açılmasına müqaviməti gücləndirə bilsin.
Ermənistan əldə etdiyi gəlirlərdən hərbi sahəyə yatırımları artırır. Azərbaycan hərbi xərclər üçün bu il 3,1 milyard, Ermənistan isə 1,3 milyard dollar ayırıb ki, bu da Ermənistanın orduya daha artıq büdcə ayırdığını təsdiqləyir - təbii ki, 1/3 nisbətini nəzərə aldıqda.
Bura Ermənistana İrandan, Rusiyadan və Fransadan hədiyyə edilən silahları, Hindistanın ucuz qiymətə satdığı kompleksləri, erməni diasporunun dəstəyini də əlavə etmək lazımdır.
Fransa və İranın Ermənistana xüsusi qayğısı, Rusiyaya tətbiq edilən sanksiyalardan İrəvanın milyardlar qazanmasına göz yumulmasının hədəfləri aydındır. Ermənistan iqtisadi və hərbi baxımdan ciddi şəkildə hazırlanır.
"Niyə hazırlanır" sualının cavabını bilirik.
Aprelin 6-sı Baş Prokurorluğunun inzibati binasının qarşısında narazıl�
Bir neçə gün öncə Bakıda silahlı hücuma məruz qalan millət vəkili Faz
Aparıcı və aktrisa Raksana İmir özünə yeni avtomobil alıb.
Sabah Ramazan ayının on altıncı günüdür.
"Ən gənc fəxri ad alan sənətkarlardan biriyəm. Bu mənim məsuliyyət
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyəyə işgüzar səfərə
Rusiyanın Buryatiya vilayətinin Xorinski rayonunun yerli qeydiyyat şöbəsind
Rusiya sosial mediasında da iddia edildiyi kimi, Rusiya Müdafiə Nazirliyi ço
İspaniyalı futbolçu Jerar Pike Şakiranı və onun pərəstişkarlarını aç
Azərbaycanda son gündə COVID-19-a yoluxanların və peyvənd olunanların say