Ceyhun Bayramov Hakan Fidanla danışdı
Siyasət 27 Dek 2024 21:50:00 60 0
Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ilə Türkiyə Respublikasının xarici işlər naziri Hakan Fidan arasında dekabrın 27-də telefon danışığı baş tutub.
Bu xəbəri də oxu: İlham Əliyev KasımJomart Tokayevə zəng edib
Son.az xəbər verir ki, bu barədə Azərbaycan XİN məlumat yayıb.
Telefon danışığı zamanı, regional və beynəlxalq təhlükəsizlik, habelə ikitərəfli və çoxtərəfli əməkdaşlıq məsələləri müzakirə olunub.
Nazir Hakan Fidan ölkəmizin sərnişin təyyarəsinin Bakı-Qroznı reysini həyata keçirərkən Aktau şəhəri yaxınlığında faciəvi şəkildə qəzaya uğraması ilə bağlı bir daha Türkiyə dövləti və xalqının başsağlığını ifadə edib, qəza nəticəsində vəfat edənlərə rəhmət, yaralılara şəfa arzulayıb. Türkiyənin qardaş Azərbaycanla hər zaman həmrəy olduğu, habelə mümkün dəstəyin göstərilməsinə daim hazır olduğu diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov başsağlığı diləkləri və göstərilən davamlı dəstək və həmrəyliyə görə təşəkkür edib, təyyarə qəzasının səbəblərinin araşdırılmasının birbaşa ölkə rəhbərliyinin nəzarətində olduğunu və bu istiqamətdə dövlət komissiyasının yaradıldığını bildirərək, görülən işlər barədə məlumat verib.
Tərəflər, həmçinin Yaxın Şərqdə, o cümlədən Suriya ətrafında mövcud vəziyyəti müzakirə ediblər. Ölkəmizin Suriyada humanitar yardım niyyəti müzakirə olunub.
Telefon danışığı zamanı, habelə Türk Dövlətləri Təşkilatı çərçivəsində əməkdaşlıq perspektivləri və planları nəzərdən keçirilib.
Telefon danışığı çərçivəsində, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Son.az
AZAL-ın sərnişin təyyarəsinin Qazaxıstanda qəzaya uğraması nəticəsind
Qazaxıstanın Aktau şəhərində Azərbaycan təyyarəsinin qəzaya uğraması
Sağ qalan bələdçi Aydan Rəhimli görüntülərinin hansısa mahnının fonu
AZAL-a məxsus sərnişin təyyarəsinin Aktauda qəzaya uğramasından sonra ap
AZAL-ın sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasından
Florida ştatında pizza kuryeri sifariş verən hamilə qadını çatdırılma
Milli Məclis yanında Toponimiya Komissiyasının tərkibi dəyişir.
AZAL-ın təyyarə qəzasında həlak olmuş pilotlardan biri - Aleksandr Kalya
Ukrayna prezidenti Volodimir Zelenski "Azərbaycan Hava Yolları"na m�
Müğənni Günel Zeynalova sosial media hesabında paylaşım edib.
Qəza nəticəsində həlak olmuş 26 Azərbaycan vətəndaşından 4-nün cəs�
Azərbaycanın qəti mövqeyi ondan ibarətdir ki, qəzanın baş vermə səbəb
Qazaxıstanın Aktau şəhəri yaxınlığında AZAL-a məxsus sərnişin təyya