Heydər Əliyevin qətiyyəti nəticəsində yüzlərlə soydaşımız erməni əsirliyindən azad edildi
Siyasət 06 Apr 2023 12:33:00 222 0
Birinci Qarabağ müharibəsi dövründə erməni əsriliyində və girovluğunda olan şəxslərin azad edilməsiylə Dövlət Komisiyası məşğul olurdu. Bu xəttlə cəmi 5-7 nəfəri əsirlikdən azad etmək olurdu, amma ulu öndər Heydər Əliyev hakimiyyətə gəldikdən sonra biz daha çox azərbaycanlını düşmən əsirliyindən azad edə bildik. Heydər Əliyevin şəxsi əlaqələri və xüsusi qətiyyəti nəticəsində Rusiya siyasi dairələri vasitəsilə xeyli sayda şəxs əsirlikdən xilas oldu. Yüzlərlə gözü yolda olan ailəyə, ana, ata, qardaş, həyat yoldaşına yeni həyat bəxş edildi. Bütün bunlar Heydər Əliyevin xidmətləri idi.
Bu xəbəri də oxu: Bakının uğuru: bəşəriyyət üçün 300 milyard
Bu fikirləri Trend BİA-nın "Sahil Kərimli ilə Aktual" müəllif videolayihəsinə müsahibəsində təhlükəsizlik orqalnarının veteranı Azər Gərayzadə deyib.
Onun sözlərinə görə, Qırmızı Xaç Komitəsi vasitəsilə bir neçə nəfəri dəyişmək mümkün olurdu.
"1996-cı il may ayının 8-də rəhbərlik göstəriş verdi ki, mən təcili olaraq Rusiyanın Xarici İşlər Naziri Yevqeniy Primakovla Ermənistana getməliyəm. Razılaşdırılmış şəkildə bizdə saxlanılan 36 nəfər erməni girovlarını Ermənistan tərəfinə qaytarmalı idik. 67 azərbaycanlı əsir və girovu isə biz Azərbaycana gətirməli idik. Orada lazım olan proseduraları biz keçirtdik və mayın 10-da geri qayıdırdıq. Azərbaycan əsir və girovlarını təyyarəyə mindirəndən sonra siyahı məndə olduğu üçün mən onları saydım. Siyahıya uyğunlaşmağını yoxladım. Gördüm bir nəfər çatmır. Artıq elə məqam idi ki, trapı da yığışdırırdılar. Təyyarə uçmağa hazırlaşırdı. Mən Primakova yaxınlaşdım. Dedim ki, siyahıda 67 nəfər göstərildiyi halda təyyarədə 66 nəfərdir. Gərgin formada öz mühafizəçilərini göndərdi və onlar sayıb qayıtdıqdan sonra ona məruzə elədilər ki, doğurdan bir nəfər çatışmır. Primakov komanda verdi ki, trapı geri qaytarsınlar. Biz onunla düşdük. Mən trapda dayandım.O mühafizəçilərini göndərdi Qırmızı Xaçın maşınları dayanmışdı onlar gedib ordan bir nəfər əsiri götürüb, o biraz ağır gəzirdi, onu təyyarəyə gətirdilər. Bununla da biz bu missiyamızı bitirdik və Bakıya qayıtdıq", - deyə o, əlavə edib.
Onun sözlərinə görə, həmin aeroportda onlar böyük təntənəli qarşılanma mərasimi təşkil olunub.
"Orada respublikada bir çox tanınmış şəxlərimiz, nazirlərimiz digər rəhbər işçilər, jurnalistlər və bunu bayram kimi qəbul edən şəxslər var idi. Bu bir daha sübut edir ki, bu tədbir də Ulu öndər Heydər Əliyevin nəzarətindədir. Ümumiyyətlə əsir və girov məsələsi Ulu öndər Heydər Əliyevin həmişə nəzrətində olub. Heydər Əliyevin bu işə qoşulması ilə nə qədər əsir və girovun ölkəmizə qaytarılmasına nail olundu. Nə qədər ailənin sevincinə səbəb oldu,- deyə o bildirib.
Xəbərə aid video
Əməkdar artist Mətanət Əhmədovaya efirdə maddi yardım təklifi gəlib.
Ötən gün Salyan rayonunun Qızılağac kəndində intihar hadisəsi baş ver
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Mə�
Bu yaxınlarda plastik əməliyyat etdirən Rusiyanın Xalq artisti Filipp Kir
Dövlət Dil Komissiyası yanında Monitorinq Mərkəzi zərərli vərdişlərd�
"Həyatımda nə baş verdisə 2014-cü ildə oldu. "Avroviziya"y
İsraildə və ya digər ölkələrdə səfirlik açması Azərbaycan Respublika
Göyçayda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir ke
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokuror
Tanınmış klarnet ifaçısı Rafael Dağlı (Bayramov) qəzaya düşüb.
Bu gün Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr
Uzun illər hüquq-mühafizə orqanlarında çalışmış, son olaraq Xətai Ray
"Həyatda düz adam olmağı bacarmaq lazımdır, fərq eləmir hansı peş
Bakıda fəaliyyət göstərən "Narınc" Psixologiya Mərkəzinin fə
Ötən gün Bakı-Salyan yolundakı dəhşətli qəzada ölənlərin sayı 4 nə