“Azərbaycan xüsusi xidmət orqanları öz işini Heydər Əliyevin qoyduğu prinsiplər əsasında qurub” FOTO
Siyasət 06 Apr 2023 11:42:00 269 0
Göyçayda Ulu Öndər Heydər Əliyevin 100 illiyinə həsr olunmuş tədbir keçirilib.
Bu xəbəri də oxu: Prezident Vergi Məcəlləsindəki dəyişiklikləri təsdiq edib
Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Mətbuat xidmətindən Son.az-a verilən məlumata görə, "Heydər Əliyev və təhlükəsizlik orqanları" adlı tədbirdə Göyçay rayon İcra Hakimiyyətinin başçısı Natiq Ağayev, DTX-nin rəhbər şəxsləri və əməkdaşları, şəhərin hüquq-mühafizə orqanlarının rəhbərləri, Milli Məclisin deputatları, təhlükəsizlik orqanlarının veteranları, Vətən müharibəsi iştirakçıları və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.
N.Ağayev Heydər Əliyevin təhlükəsizlik orqanlarından başlayan ömrünün tarix olduğunu vurğulayıb: "Dahi şəxsiyyət Heydər Əliyev bütün fəaliyyəti boyu Azərbaycanın çiçəklənməsi və qüdrətlənməsi yolunda işlər görüb. Respublikamızın təhlükəsizliyinin və ərazi bütövlüyünün etibarlı qorunması, xalqımızın sülh və əmin-amanlıq şəraitində yaşaması naminə fədakarlıq göstərib. Hazırda Ulu Öndərin siyasi varisi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmiz davamlı tərəqqi edir".
Tədbirin digər çıxışçıları H.Əliyevin təhlükəsizlik orqanlarının tarixində ilk azərbaycanlı general olaraq təsisatın inkişafına misilsiz töhfələr verdiyini, milli kadrlarla komplektləşdirdiyini, Azərbaycana rəhbərlik etdiyi vaxtlarda da təhlükəsizlik qurumunun fəaliyyətini daim diqqət mərkəzində saxladığını vurğulayıb. Bu gün Azərbaycan xüsusi xidmət orqanlarının öz işini məhz Heydər Əliyevin vaxtilə təhlükəsizlik təşkilatında təməlini qoyduğu prinsiplər əsasında qurduğunu nəzərə çatdırıblar.
Sonda tədbir iştirakçıları Ulu Öndərin təhlükəsizlik orqanlarında xidmət etdiyi zaman onun rəhbərliyi altında keçirilmiş "Port-Pəhləvi" əməliyyatından bəhs edən sənədli filmə tamaşa ediblər.
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokuror
Tanınmış klarnet ifaçısı Rafael Dağlı (Bayramov) qəzaya düşüb.
Bu gün Bakı Konqres Mərkəzində Müharibə, Əmək və Silahlı Qüvvələr
Uzun illər hüquq-mühafizə orqanlarında çalışmış, son olaraq Xətai Ray
"Həyatda düz adam olmağı bacarmaq lazımdır, fərq eləmir hansı peş
Bakıda fəaliyyət göstərən "Narınc" Psixologiya Mərkəzinin fə
Ötən gün Bakı-Salyan yolundakı dəhşətli qəzada ölənlərin sayı 4 nə
Terror hücumu nəticəsində güllələnərək yaralanmış deputat Fazil Musta
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokuror
Aprelin 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üz
Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi
Bakı Apellyasiya Məhkəməsində piyadanı vurub qaçmaqda təqsirləndirilən
Çərşənbə günü Braziliyada naməlum şəxsin uşaq bağçasına hücumu n�