“Guya bilmirsiniz Aygün, Röya əvvəllər hansı oyunlardan çıxıb?”
Şou-biznes 06 Apr 2023 10:22:00 299 0
"Həyatda düz adam olmağı bacarmaq lazımdır, fərq eləmir hansı peşənin sahibisən, düz yaşamalısan. Bəzən çıxıb efirlərdə elə ifaçıları tərifləyirlər ki, adam məəttəl qalır. Siz guya bilmirsiniz ki, onlar nə oyunlardan çıxırlar? "YouTube"a girəndə görmürsünüz əvvəllər Aygünün, Röyanın etdiyi hərəkətlər nələrdir? Ayıb deyilmi sizə?!"
Bu xəbəri də oxu: İlhamə Elşadqızı ağır ittihamla həbs edildi
Son.az bildirir ki, bu sözləri yenisabah.az-a müğənni Əli Mirəliyev deyib. Sənətçi fəxri adların verilməsində ədalətsizlik olduğunu bildirib. Onun fikrincə, ya fəxri adlar ləğv edilməli, ya da ədalətli şəkildə veriməlidir:
"Düşünürəm ki, fəxri adları ümumiyyətlə, yığışdırmaq lazımdır. Bu bizə lazım deyil. Bizim xalqa Xalq artisti yox, sənətkar lazımdır. Məgər Mirzə Ələkbər Sabir, Seyid Əzim Şirvani, Nizami, Füzuli Xalq şairi idi? Onlar hamısı adi, xalqın içindən çıxmış sənətkar olublar. Bu gün adları dillər əzbəridir.
Aygün, Röya, siz isə yaddaşlarda qalmayacaqsınız! Sizin başdaşınızın üstünü qara hərflərlə yazacaqlar! Çünki siz xalqa ləkəsiniz. Bunu kim edibsə, onlara fəxri ad verilməsi üçün kim təqdimat yazıbsa, onun barmağı qurusun! Onlar Azərbaycan musiqisinin öhdəsindən gələ bilməyən insanlardır, hamısı özfəaliyyətdir. Onlar hələ oxumağı öyrənmək istəyirlər, amma biz öyrənib çıxmışlarıq. O vaxt bədii şura var idi, senzura var idi, həmin senzuradan keçməli idin.
Amma bu gün onlar bunu bilmirlər. Bilməyə-bilməyə necə xalq artisti olmusunuz? Siz Xırdalandan o tərəfə keçməmisiniz hardan xalqın artisti oldunuz?"
Ə.Mirəliyevin sözlərinə görə, fəxri adlara layiq olan bir çox sənətçi bu gün kənarda qalıb:
"40 xarici ölkədə olmuşam, necə olur ki, mən, Akif İslamzadə, Firuzə İbadova heç bir adın sahibi deyil. Akif İslamzadə bütün dünyanı sənəti ilə gəzib, bu gün onun heç bir fəxri adı yoxdur, bunu necə başa düşək? Tacir Şahmalıoğlu "Bayatı-Şiraz" oxuyanda hələ uşaq idi, bu gün onun da heç bir adı yoxdur. Niyə?! Bu sizin üçün göstərici deyilmi? Baloğlan Əşrəfovu hamı sevirdi amma Xalq artisti adını almadı, bədbəxt oğlu elə də getdi...
Bakıda fəaliyyət göstərən "Narınc" Psixologiya Mərkəzinin fə
Ötən gün Bakı-Salyan yolundakı dəhşətli qəzada ölənlərin sayı 4 nə
Terror hücumu nəticəsində güllələnərək yaralanmış deputat Fazil Musta
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokuror
Aprelin 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üz
Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi
Bakı Apellyasiya Məhkəməsində piyadanı vurub qaçmaqda təqsirləndirilən
Çərşənbə günü Braziliyada naməlum şəxsin uşaq bağçasına hücumu n�
Ukrayna ilə Rusiya arasında danışıqlar yalnız rəsmi Kiyevin şərtləri i
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
Bakının Sabunçu rayonunda 20 yaşlı qadına 3 bıçaq zərbəsi vurulub.
Orta dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inki
"Türkiyə hava məkanı İraqın Süleymaniyyə Beynəlxalq Hava Limanınd