Bakıda “Bizim həyət” layihəsi çərçivəsində yeni həyət istifadəyə verilib
Siyasət 06 Apr 2023 09:48:00 258 0
Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Bizim həyət" layihəsi çərçivəsində yenilənən daha bir həyət sakinlərin istifadəsinə verilib.
Bu xəbəri də oxu: Dövlət Turizm Agentliyinin işçilərinin say həddi artırılıb
Son.az AZƏRTAC-a istinadən bildirir ki, yenilənmiş həyət Bakı şəhəri, Xətai rayonu, Nəsrəddin Tusi küçəsi, 6 və 6a nömrəli ünvanda 400 nəfər sakinin yaşadığı çoxmərtəbəli binaları əhatə edir.
Abadlaşdırılan növbəti həyətdə əlil və sağlamlıq imkanları məhdud insanların rahat hərəkəti nəzərə alınıb, bütün yaş qrupları üzrə uşaqların inkişafı üçün əlverişli şəraitin yaradılması, gənclərin asudə vaxtlarının səmərəli keçirmələri və onlarda sistematik idmanla məşğulolma refleksinin yaradılması məqsədilə ərazidə süni örtüklü minifutbol stadionu, müxtəlif idman qurğuları, uşaq meydançaları salınıb. Eyni zamanda, ərazidə 4 ədəd söhbətgah, çoxsaylı oturacaqlar, tullantılar üçün qutular, quş yuvaları və pişik evləri quraşdırılıb.
Sakinlərin istək və maraqları nəzərə alınaraq, həyətdə yeni işıqlandırma dirəkləri, müşahidə kameraları quraşdırılıb, binaların fasad və blokları tam təmir olunub, asfalt və dam örtüyü yenilənib, elektrik sistemi yenidən qurulub.
Həyətin ərazisindəki mövcud yaşıllıqların bərpası ilə yanaşı, müxtəlif növ 300 ədəd ağac əkilib, 800 kvadratmetr ərazidə yaşıllıq zolağı salınıb. Bununla yanaşı, həyətin ətrafında adi daşsarmaşığı və digər sarmaşan bitkilər əkməklə havanın çirklənməsinə qarşı "yaşıl sədlər" (green barriers) yaradılıb.
Xatırladaq ki, "Bizim həyət" layihəsinin əsas məqsədi ölkə ərazisində həyətlərin ekoloji cəhətdən təmiz və abad edilməsi, şəhər ekologiyasının sütununu təşkil edən yaşıllıqların bərpası, sağlam həyat tərzinin formalaşdırılması, sakinlər üçün təhlükəsiz və rahat yaşam şəraitinin yaradılmasıdır.
"Bizim həyət" layihəsi çərçivəsində ümumi yaşayış sahələrinin həyətlərinin abadlaşdırılmasına dair məlumat və tövsiyələrin IDEA İctimai Birliyinə təqdim edilməsi xahiş olunur.
Son.az
Daxili İşlər Nazirliyi, Dövlət Təhlükəsizliyi Xidməti və Baş Prokuror
Aprelin 7-də Bakı və Sumqayıt şəhərləri, eləcə də Abşeron rayonu üz
Dünya bazarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti cüzi
Bakı Apellyasiya Məhkəməsində piyadanı vurub qaçmaqda təqsirləndirilən
Çərşənbə günü Braziliyada naməlum şəxsin uşaq bağçasına hücumu n�
Ukrayna ilə Rusiya arasında danışıqlar yalnız rəsmi Kiyevin şərtləri i
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
Bakının Sabunçu rayonunda 20 yaşlı qadına 3 bıçaq zərbəsi vurulub.
Orta dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inki
"Türkiyə hava məkanı İraqın Süleymaniyyə Beynəlxalq Hava Limanınd
Yunanıstan Ukraynaya Leopard 2A6 tanklarını və S-300 havadan müdafiə siste
Türkiyə ordusu "PKK-YPG" terror təşkilatının Suriya qanadının
Elan saytlarının birində 50 minə kəmər satılır.