Məhkəmə Səbinə Kətanova ilə bağlı qərar çıxardı
Şou-biznes 06 Apr 2023 09:14:00 250 0
Bakı Apellyasiya Məhkəməsində piyadanı vurub qaçmaqda təqsirləndirilən bloqer Səbinə Kətanovanın barəsindəki hökmdən verilən apellyasiya şikayətinə baxılıb.
Bu xəbəri də oxu: "Onlar niyə qəzanı paylaşmırlar, hamısı gözümdən düşdü" FOTO
Son.az Pravda.az-a istinadən bildirir ki, hakim İbrahim İbrahimlinin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun şikayəti təmin edilməyib.
Nərimanov Rayon Məhkəməsinin hökmü ilə Səbinə Kətanova Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) maddəsi üzrə cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə xitam verilib.
Hökmdə qeyd edilib ki, təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 264-cü ((yol nəqliyyat hadisəsi yerindən qaçma) maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinib və Səbinə Kətanovaya 1 il müddətinə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin olunub. Təqsirləndirilən şəxs barəsində seçilmiş başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılıb.
İttihama görə, 1991-ci il təvəllüdlü Səbinə Kətanova 05 sentyabr 2021-ci il tarixdə, saat 18:10 dəqiqədə idarə etdiyi "Toyota Prado" markalı minik avtomobillə Nərimanov rayonu ərazisində yerləşən "Verona" mebel mağazasının qarşısı ilə saatda 5-10 km sürətlə hərəkətdə olarkən yolu sağdan sola doğru keçən piyada Röyal Çələbizadəni ehtiyyatsızlıqdan maşının qabaq sol hissəsi ilə sağ ayağından, sol yan güzgüsü ilə isə zərərçəkmişin sol qolundan vurub. Nəticədə Səbinə Röyal Çələbizadənin sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər yetirib.
S.Kətanovanın barəsində Cinayət Məcəlləsinin 263.1-ci (avtomobillə ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olma) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət ittiham irəli sürülüb.
Bir müddət öncə Səbinə Kətanova özü də başqa bir cinayət işi üzrə zərərçəkmiş kimi tanınmışdı. Belə ki, vəkil Vüqar Səfərli onu aldadaraq 130 min manatını ələ keçirmişdi.
Çərşənbə günü Braziliyada naməlum şəxsin uşaq bağçasına hücumu n�
Ukrayna ilə Rusiya arasında danışıqlar yalnız rəsmi Kiyevin şərtləri i
Azərbaycanın qeyri-hökumət təşkilatları (QHT) nümayəndələrinin Qaraba
Bakının Sabunçu rayonunda 20 yaşlı qadına 3 bıçaq zərbəsi vurulub.
Orta dəhliz kimi tanınan Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inki
"Türkiyə hava məkanı İraqın Süleymaniyyə Beynəlxalq Hava Limanınd
Yunanıstan Ukraynaya Leopard 2A6 tanklarını və S-300 havadan müdafiə siste
Türkiyə ordusu "PKK-YPG" terror təşkilatının Suriya qanadının
Elan saytlarının birində 50 minə kəmər satılır.
ABŞ-nin İllinoys ştatının Çikaqo şəhərində silahlı hücum olub.
Seyfəddin Rüstəmov dünya milyarderləri reytinqinə daxil edilib
Almaniyanın vitse-kansleri Robert Habekin Ukrayna Prezidenti Vladimir Zelenski
Baxmutda hərbi əməliyyatlar davam edir, ruslar qala şəhərinin mərkəzi hi