Netanyahu İsrailin Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib FOTO
Siyasət 29 Mar 2023 23:39:00 254 0
29 mart 2023-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov İsrail Dövlətinə rəsmi səfəri çərçivəsində Baş nazir Binyamin Netanyahu tərəfindən qəbul edilib.
XİN-dən Son.az-a bildirilib ki, Baş nazir Binyamin Netanyahu ilk öncə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə öz salamlarını çatdırmağı xahiş edib. Azərbaycana səfərlərini məmnunluqla xatırlayıb. Azərbaycanın İsraildə Səfirliyinin açılması münasibətilə təbriklərini çatdırıb. Baş nazir İsrailin Azərbaycan ilə əməkdaşlığın daha da inkişaf etdirilməsində maraqlı olduğunu bildirib.
Nazir Ceyhun Bayramov ötən il ölkələrimiz arasında diplomatik münasibətlərin qurulmasının 30-cu ildönümünün qeyd edildiyini məmnunluqla xatırlyıb və Azərbaycan Respublikasının İsrail Dövlətində Səfirliyinin təsis edilməsinin münasibətlərin yeni mərhələyə qədəm qoyduğunun nümunəsi olduğunu vurğulayıb.
Görüş zamanı həmçinin Azərbaycan və İsrail arasında ikitərəfli münasibətlərin hazırki səviyyəsi, münasibətlərin inkişafı perspektivləri, təhlükəsizlik, iqtisadi əlaqələr və digər sahələrdə əməkdaşlığın müxtəlif aspektləri müzakirə olunub.
Ukrayna ABŞ-dən 1,25 milyard dollar təmənnasız yardım (qrant) alıb.
Şimali Kipr Türk Respublikasının prezidenti Ersin Tatara hücum cəhdi olub.
2023-cü ilin aprel ayının ilk günlərində bəzi bürclər konkret tapşır�
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan xalqa iki müjdəli xəbər verib.
Müğənni Aysun İsmayılova canlı efirdə qorxu dolu anlar yaşayıb.
Azərbaycan xarici siyasətində bütün ölkələrlə dost və tərəfdaşlıq
İsrailin Baş naziri Binyamin Netanyahu Azərbaycanın xarici işlər naziri Ce