Laçının işğalından sonra ermənilərin AXCMüsavat cütlüyünün fəaliyyətini təqdir etmələri bizim üçün əsl rəzalət idi Sahil Kərimli


Siyasət 29 Mar 2023 14:32:00 124 0

Laçının işğalından sonra ermənilərin AXCMüsavat cütlüyünün fəaliyyətini təqdir etmələri bizim üçün əsl rəzalət idi  Sahil Kərimli

Azərbaycan dövləti işğaldan azad edilmiş ərazilərin sürətli bərpasını həyata keçirməklə öz qətiyyətli iradəsini ortaya qoyur. Azad edilmiş ərazilərə Azərbaycan Prezidentinin xüsusi nümayəndələrinin təyin edilməsi, dövlətimizin başçısının yeni nümayəndələri şəxsən qəbul etməsi və onlar qarşısında ciddi vəzifələr qoyması bu baxımdan böyük əhəmiyyət daşıyır.

Son.az AZƏRTAC-a istinadən bildirir ki, bu fikirləri açıqlamasında siyasi şərhçi Sahil Kərimli söyləyib.

Laçın rayonunun 1992-ci ildə AXC-Müsavat cütlüyünün xəyanəti nəticəsində ermənilər tərəfindən işğal edildiyini və 30 ilə yaxın müddətdə talan olunduğunu xüsusilə vurğulayan Sahil Kərimli deyib: "Biz çox da uzaq olmayan keçmişdə yaşanan utancverici tariximizi unutmamalı, hakimiyyət uğrunda çəkişmələri və xəyanət nəticəsində torpaqlarımızın erməni işğalçılarına təhvil verilməsini yaddan çıxarmamalıyıq. Həmin dövrün insanları yaxşı xatırlayır, indiki gənc nəsil də bilsin ki, Laçın işğal ediləndən sonra erməni cəmiyyəti AXC-Müsavat qüvvələrinə, şəxsən Elçibəyə təriflər yağdırır, onların fəaliyyətini təqdir edirdi. Bu, həqiqətən də əsl rəzalət idi. Laçının yağmalanması, əhalisinin qətl edilməsi, on minlərlə sakinin məcburi köçkün düşməsi böyük faciə idi və 30 ilə yaxın müddətdə laçınlıların qəlbində dözülməz iztirablar yaşatdı".

Sahil Kərimlinin sözlərinə görə, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Laçın rayonunun böyük bir hissəsi demək olar ki, bir güllə atılmadan düşməndən azad edildi.

"Əlbəttə ki, Laçının bəzi əraziləri rəşadətli Ordumuz tərəfindən döyüş yolu ilə azad edilib. Amma çətin relyefli böyük hissəsi diplomatik yolla - Prezident İlham Əliyevin qətiyyətli siyasi iradəsi ilə geri qaytarılıb. Yəni, biz həm 1990-cı illərin əvvəllərində baş verən hadisələri, həm də müqayisəsi düzgün olmasa da, 44 günlük Vətən müharibəsi zamanı yazılan şanlı tariximizə nəzər saldıqda Azərbaycanın haradan haraya gəldiyini açıq şəkildə görürük. Təsəvvür edək ki, vaxtilə AXC-Müsavat təmsilçilərinin xəyanətləri üzündən işğal edilən 20 faizə yaxın torpaqlarımız hansı çətinliklər bahasına azad edilib. Tarixi torpaqlarımız, ilk növbədə, şəhidlərimizin qanı bahasına azad edilib, 3 min nəfərdən çox qəhrəman övladımız bu yolda canını fəda edib", - deyə siyasi şərhçi vurğulayıb.

Digər tərəfdən, uzun illərdir hərbi infrastrukturun gücləndirilməsinin, müharibənin aparılmasının dövlətə milyardlar bahasına başa gəldiyini diqqətə çatdıran S.Kərimli əlavə edib: "Əgər vaxtilə torpaqlarımız işğal edilməsəydi, hansı ki, ovaxtkı hakimiyyətin xəyanəti olmasaydı bu mümkün idi, Azərbaycan dövləti ötən illərini Qarabağ məsələsinə sərf etməz, ölkəmiz daha da qüdrətlənərdi. Erməni vandallarının yerlə yeksan etdiyi ərazilərimizin sıfırdan qurulmasına xərclənən vəsaitləri də nəzərə alsaq, dövlətimizin iqtisadi baxımdan yükünün necə ağır olduğunu da təsəvvür etmək çətin deyil. Amma təəssüf ki, tarixi geri qaytarmaq, buraxılan kobud səhvləri düzəltmək, xəyanətləri unutmaq mümkün olmur. Bu gün isə dövlətimizin əsas hədəfləri məlumdur - tarixi torpaqlarımızı yenidən qurub yaratmaq, Qarabağı və Şərqi Zəngəzuru Cənubi Qafqazın ən inkişaf etmiş bölgəsinə çevirmək".

“Park Cinema”dan yerli və Türk filmlərinə SUPER endirim like
  • 29 Mar 14:28  
Digərləri “Park Cinema”dan yerli və Türk filmlərinə SUPER endirim

"Park Cinema"dan yerli və Türk filmlərinə SUPER endirim

arrow Ətraflı
“CinemaPlus”da Türkidmantarixi filmi “TekYürekİmalatı Harbiye” like
  • 29 Mar 14:23  
Kriminal “CinemaPlus”da Türkidmantarixi filmi “TekYürekİmalatı Harbiye”

"CinemaPlus" kinoteatrlarşəbəkəsində30 martdan etibarən Türkiy�

arrow Ətraflı
Ərdoğan: Türkiyəyə hücumlardan əl çəkmirlər like
  • 29 Mar 14:12  
Digərləri Ərdoğan: Türkiyəyə hücumlardan əl çəkmirlər

Türkiyənin dörd yanında siyasi böhranlar, qarşıdurmalar, müharibələr,

arrow Ətraflı
TƏBİBdən Fazil Mustafanın like
  • 29 Mar 14:07  
Digərləri TƏBİBdən Fazil Mustafanın

"Fazil Mustafaya tibb personalı tərəfindən bütün zəruri xidmətlər

arrow Ətraflı
Millət vəkilindən AÇIQLAMA: “Bütün deputatlara silah verilə bilər” like
  • 29 Mar 14:01  
Digərləri Millət vəkilindən AÇIQLAMA: “Bütün deputatlara silah verilə bilər”

Ötən gecə Milli Məclisin deputatı Fazil Mustafaya yaşadığı evin qarşı

arrow Ətraflı
Ağsu rayonunda yol tikintisinə 7,8 milyon manat ayrılıb like
  • 29 Mar 13:55  
Siyasət Ağsu rayonunda yol tikintisinə 7,8 milyon manat ayrılıb

Prezident İlham Əliyev "Ağsu rayonunun Ağsu-Kürdəmir-Bəhrəmtəpə (

arrow Ətraflı
SON DƏQİQƏ: Tanınmış polkovnikin oğlu SAXLANILDI like
  • 29 Mar 13:17  
Digərləri SON DƏQİQƏ: Tanınmış polkovnikin oğlu SAXLANILDI

Sabiq MTN polkovniki, təhlükəsizlik üzrə ekspert İlham İsmayılın oğlu

arrow Ətraflı
Kamaləddin Qafarov: “Siyasi dialoq günün labüd reallığıdır” like
  • 29 Mar 13:10  
Siyasət Kamaləddin Qafarov: “Siyasi dialoq günün labüd reallığıdır”

"Ölkə Prezidenti İlham Əliyevin sədrliyi ilə 2020-ci il aprelin 14-d�

arrow Ətraflı
Dünya Bankı Azərbaycanda su resurslarının idarə olunmasının yeni modelini hazırlayır like
  • 29 Mar 13:06  
Digərləri Dünya Bankı Azərbaycanda su resurslarının idarə olunmasının yeni modelini hazırlayır

Dünya Bankı Azərbaycan üçün şəhər ətrafında və kəndlərdə su resur

arrow Ətraflı
31 Mart soyqırımı gerçəkləri və çıxaracağımız dərslər like
  • 29 Mar 13:00  
Digərləri 31 Mart soyqırımı gerçəkləri və çıxaracağımız dərslər

1918-ci il martın 31-də Azərbaycanda törədilən soyqırımından 105 il ke�

arrow Ətraflı
Bakıda əfqan qız özünü “zapravka”da yandırmaq istədi like
  • 29 Mar 12:55  
Digərləri Bakıda əfqan qız özünü “zapravka”da yandırmaq istədi

Bakıda əcnəbi ölkə vətəndaşı intihara cəhd edib.

arrow Ətraflı
HAVA necə olacaq? like
  • 29 Mar 12:46  
Digərləri HAVA necə olacaq?

Martın 30-na gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Daha bir narkoşəbəkə çökdürüldü like
  • 29 Mar 12:44  
Kriminal Daha bir narkoşəbəkə çökdürüldü

Müxtəlif şərti adlar altında İrandan qaçaqmalçılıq yolu ilə ölkəmiz

arrow Ətraflı