İlham Əliyevin "yaşıl" strategiyası regionun optimal inkişaf modeli kimi
Siyasət 22 Mar 2023 12:42:00 253 0
Azərbaycanın neft-qaz sahəsində, xüsusən avropalı tərəfdaşlarla əməkdaşlıqda uğuru enerji resursları ixrac edən istənilən ölkə üçün nümunə kimi çıxış edə bilər. Azərbaycanın digər ölkələrlə müqayisədə üstünlüyü bütün regionda "yaşıl" enerjinin inkişafına yönəlmiş layihələrin ölkədə artıq işə salınmasından ibarətdir. Özünü ənənəvi resursların etibarlı təchizatçısı kimi təsdiqləmiş Azərbaycan əldə olunanlarla kifayətlənmək niyyətində deyil. Ölkənin "yaşıl" enerji ixracı üzrə iddialı planları geniş vüsət alır və artıq konkret təşəbbüslərdə həyata keçirilməyə başlayır.
Bu xəbəri də oxu: COP29da Azərbaycana minnətdarlıq ifadə olunan qətnamə qəbul edilib
Son.az Trend-ə istinadən bildirir ki, zamanında təşəbbüskarının məhz Azərbaycan olduğu Cənub Qaz Dəhlizi (CQD) layihəsi Avropanın enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə təmin edə bilib. Bu gün bir çox avropalı siyasətçilər qlobal enerji böhranı zamanı tərəfdaşlarına əl uzatdığına görə Prezident İlham Əliyevin şəxsində Azərbaycana minnətdarlığını bildirir.
İndi isə Azərbaycan CQD ilə analogiya üzrə "yaşıl enerji dəhlizi" yaratmaqdadır. Bu dəhliz təkcə Avropanı bu gün onun üçün zəruri olan əlavə enerji resursları ilə təmin etməyəcək, həm də istehsalatın dekarbonizasiyası üzrə qlobal gündəliyə cavab verəcək.
Prezident İlham Əliyev bu yaxında Berlinə səfəri zamanı alman iş adamları ilə görüşündə tezliklə Azərbaycandan "yaşıl" enerjinin təbii qazdan heç də az əhəmiyyət daşımayacağını vurğulayıb.
"Beləliklə, biz həqiqətən də Avropa üçün vacib yaşıl enerji təchizatçısına çevriləcəyik və neft-qaz kəmərlərinin tikintisi üzrə uğurlu təcrübəmizi nəzərə alaraq, enerji təhlükəsizliyi üzrə Avropadan olan ölkələr və şirkətlərlə mövcud əməkdaşlığımız, Avropa Komissiyası tərəfindən bizim planların tamamilə dəstəklənməsi, bir ildən çox müddətdən əvvəl Avropa Komissiyası və bizim Energetika Nazirliyi arasında başlanılmış enerji dialoqu kimi bütün bu amillər həqiqətən onu nümayiş etdirir ki, Azərbaycandan olan yaşıl enerji tezliklə bu gün təbii qaz qədər əhəmiyyətə malik olacaqdır", - dövlət başçısı deyib.
Qarabağı "yaşıl" enerji zonası elan edən Azərbaycan dekarbonizasiya, qlobal tendensiyalara doğru səylər və öz iqtisadiyyatının inkişafı istiqamətində mühüm addım atıb.
Bu gün Azərbaycanda, o cümlədən, işğaldan azad olunmuş torpaqlarda həyata keçirilən irimiqyaslı layihələr ölkənin gələcəkdə həmçinin alternativ enerji istehsalçısı və ixracçısına çevrilməsi üçün əsas təşkil edəcək.
İşğaldan azad olunmuş torpaqlarda həyata keçirilən ən mühüm bərpa olunan enerji mənbələri layihələrindən biri Britaniyanın bp şirkəti ilə günəş enerjisinin istehsalı üzrə birgə layihədir. Bu elektrik stansiyasının artıq iki il sonra tam fəaliyyətə başlayacağı gözlənilir. Bu miqyasda şirkətin həyata keçirdiyi layihə birincisi Azərbaycanın bərpa olunan enerji potensialının yüksək olduğundan, ikincisi isə Azərbaycanın etibarlı və stabil tərəfdaş olduğundan xəbər verir.
Ümumilikdə, Azərbaycanın bərpa olunan enerji mənbələri potensialı 27 qiqavatdan çox quruda külək və günəş enerjisi, 157 qiqavat Xəzər dənizinin Azərbaycan sektorunda külək enerjisi təşkil edir. Artıq 2027-ci ilədək ölkə 3 qiqavat külək və 1 qiqavat günəş enerjisi istehsal etməyi planlaşdırır ki, bunun da 80 faizi ixrac olunacaq. 2037-ci ilədək Azərbaycan ən azı 6 qiqavat həcmində əlavə imkanların meydana çıxacağını gözləyir. Təkcə bir qlobal enerji şirkəti tərəfindən investisiyaların Azərbaycanda 10 qiqavat "yaşıl" enerji istehsalına qoyulması planlaşdırılır.
Dövlət strategiyası çərçivəsində 2023-2025-ci illər ərzində Azərbaycan Respublikası Energetika Nazirliyi bərpa olunan enerji mənbələrindən, daha dəqiq desək, hidroenergetika, geotermal enerji və bionergetikadan, həmçinin, hidrogen texnologiyalarından istifadə perspektivlərinin öyrənilməsi və qiymətləndirilməsi ilə, habelə, enerjinin saxlanılması və hidroakkumulyasiyası üzrə tədbirlərin keçirilməsi ilə məşğul olacaq.
Azərbaycan tərəfindən bu yaxınlarda Avropaya alternativ elektrik enerjisinin ixracının başladılması üçün atılmış əsas addımlardan biri Azərbaycan Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında Yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Sazişin imzalanması olub. Təkcə bu sənəd artıq Azərbaycanın enerji resurslarına necə tələbat olduğundan xəbər verir. Bu layihə çərçivəsində Gürcüstan və Rumıniya arasında 1195 km uzunluqda və 1000 meqavat gücə malik elektrik ötürmə xəttinin çəkilməsi planlaşdırılır. Bu məqsədlə Dünya Bankının dəstəyi il 2023-cü ilin sonunadək layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanması nəzərdə tutulur.
Bütünlükdə, Azərbaycan Avropaya "yaşıl" elektrik enerjisinin tədarükü üçün bir neçə yolu nəzərdən keçirir. Bunlardan birincisi Naxçıvan ərazisindən keçən Azərbaycan-Türkiyə-Avropa enerji dəhlizi, ikincisi Gürcüstan və Türkiyə ərazisindən keçən dəhliz, üçüncüsü isə Qara dənizdən keçən və Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstanı birləşdirən sualtı elektrik və rəqəmsal rabitə layihəsidir.
Azərbaycan artıq Zəngəzurdan Naxçıvana və oradan Türkiyə və İrana yeni xəttin çəkilməsi istiqamətində işlər aparır. Bu kontekstdə "Cəbrayıl" enerji qovşağının yaradılması və 330 kilovoltluq "Cəbrayıl" yarımstansiyasının tikintisi strateji əhəmiyyət kəsb edir.
Naxçıvan ərazisindən keçəcək yol mahiyyətcə Zəngəzur dəhlizinin elementidir. Bundan başqa, dövlət başçısının dediyi kimi, Qarabağ və Şərqi Zəngəzurla yanaşı, həmçinin, Naxçıvanın "yaşıl" enerji zonasına çevrilməsi planlaşdırılır.
"Naxçıvanda su elektrik stansiyasının tikintisi üçün böyük potensial mövcuddur. Həmçinin, bu yaxınlarda orada ekspertiza aparılıb və ola bilsin, yaxın vaxtlarda 500 meqavatlıq günəş elektrik enerjisi stansiyasının tikintisi ilə bağlı bəzi addımlarımız olsun. Eyni zamanda, Naxçıvanda ənənəvi elektrik stansiyaları da çox münasibdir. Çünki Naxçıvanın böyük ixrac potensialı mövcuddur", - Prezident İlham Əliyev deyib.
Beləliklə, özünün neft-qaz tarixindəki uğurunu təkrarlayan Azərbaycan konkret layihələrdə "yaşıl" enerji ixracına dair planları həyata keçirməkdədir. Dövlət başçısının apardığı qlobal iqtisadiyyata inteqrasiya siyasəti artıq Azərbaycanı regionun əsas investisiya qovşağına çevirib. Dünyanın ən iri şirkətləri perspektiv layihələrə - həm də təkcə energetika sahəsində deyil, bir çox digər istiqamətlərdə - böyük məbləğlər yatırmağa hazırdırlar. İndi, yaxın gələcəkdə bərpa olunan enerji mənbələrinin elektrik enerjisinin istehsal dinamikasının əsasını təşkil edəcəyi bir vaxtda isə ölkədə beynəlxalq investisiyalar yalnız artacaq. Bunun üçün zəngin potensial, dövlət siyasətinin alternativ enerjinin inkişafı sahəsində prioriteti və yeni hüquqi baza kimi bütün lazımi şərtlər mövcuddur. Bütün bunlar isə Azərbaycan iqtisadiyyatının uğurunun təminatıdır.
Son.az
Əməkdar artist Lalə Məmmədova qızları Nərgiz və Çinarə ilə yeni foto
45 yaşlı Taqanroq sakini yeddinci mərtəbədən yıxılıb.
İngilis yazıçısı Ceyn Ostinin Hempşirdəki mülkü "Knight Frank"
"Bu gün Azərbaycanın yüksək səviyyədə əlaqələrə malik olduğu A
Rusiyanın "Cream Soda" qrupunun yaradıcısı Dmitri Svirqunov çayda
Avropa Liqasının pley-off mərhələsində keçirilmiş PSV - "Sevilya&qu
Ermənistan "Azərbaycan əsir götürüb" dediyi hərbçisini tapıb.
Azərbaycan insanının həmişə fəxr etdiyi ailə institutu ciddi təhlükə
Rusiyalı tanınmış bloqer Aleksandra Mitroşinaya qarşı 120 milyon rubl ver
Beynəlxalq Valyuta Fondu (BVF) çərşənbə axşamı Ukrayna ilə dörd il mü
Xəbər verdiyimiz kimi, "Səs Azərbaycan: Doğma nəğmələr"in qa
Rusiya üçün İrəvan hər halı ilə Moskvaya Bakıdan bir neçə köynək da
İran vətəndaşlarının Ermənistana axını azalıb. Ermənistana səfər ir