İndiki xanımlar boşanmaq üçün evlənir


Digərləri 22 Mar 2023 11:36:00 336 0

İndiki xanımlar boşanmaq üçün evlənir

Azərbaycan insanının həmişə fəxr etdiyi ailə institutu ciddi təhlükə qarşısındadır. Demək olar ki, böyük-kiçik, ər-arvad məhfumları yox olub. Yeni ailələrin dağılması adi hala çevrilib. Təbii ki, ölkəmizdə Novruz bayramının qeyd olunduğu günlərdə belə bir mövzunu gündəmə gətirmək bizim üçün də xoş deyil. 

Ancaq əməkdaşlarımızın məhz bayram günlərindəki təəssüratları, keçirdikləri sorğunun nəticələri bu mövzunu işləməyi bir növ qaçılmaz etdi. Bayram günlərində uşaqların əksəriyyətinin anaları tərəfindən şəhərə gəzintiyə çıxarılmaları diqqətimizi cəlb etdi. Səbəbini soruşduqda, acı mənzərə ortaya çıxıb. Məlum olub ki, çoxu boşanıb. 

Son.az xəbər verir ki, məsələ ilə bağlı modern.az-a danışan bunu tanınmış psixoloq, Azərbaycan Psixologiya Akademiyasının rəhbəri, BDU-nun dosenti, psixologiya üzrə fəlsəfə doktoru Müşviq Mustafayev bildirib ki, müasir dövrdə boşanma faciə kimi qarşılanmır: 

"Nə qədər acınacaqlı olsa da, fakt faktlığında qalır. Açıq deməliyik, müasir dövrdə boşanma cəmiyyət tərəfindən faciə kimi qəbul olunmur və ətrafimızda olan insanların böyük əksəriyyəti buna az qala normal hal kimi yanaşır. Bunun acı nəticələri indi hiss olunmur, amma ailələrin dağılması gələcəkdə böyük fəsadlara yol açacaq".

Psixoloqun fikrincə, müasir dövrdə boşanmaların artmasında qadınların, xüsusən də yeni ailə həyatı quran xanımların rolu daha çoxdur:

"Dəhşətlisi odur ki, onların əksəriyyəti çox zaman ailə qurmamışdan əvvəl sanki psixoloji baxımdan özlərini boşanmaya hazırlayırlar.  Bu baxımdan onlarda ailəni qorumaq, inkişaf etdirmək yox, onun daha çox nə vaxt dağılacağı haqqında fikirlər dominant olur. Həmişə Azərbaycan qadını qurucu olub, xüsusən də ailədə, amma  müasir dövrdə demək olar ki, qadınların bir çoxunun davranışında bunun əksini müşahidə edirik. Qadınlar daha çox ailə dağıdan qüvvəyə çevriliblər. Əlbəttə ki, bütün bunları ürək ağrısı ilə deyirəm. Nə yazıq ki, faktı dəyişmək mümkün deyil.

Həm tarixən, həm də sosial-psixoloji cəhətdən iki amil ailənin möhkəmlənməsinə, firəvan yaşamasına xidmət edib. Birincisi, yeni ailədə övladın dünyaya gəlməsi. Bu, ailənin möhkəmlənməsinə, yad təsirlərdən qorunmasına xidmət edib. Əvvəllər boşanmaların bir hissəsi sonsuzluga görə olurdu. İkincisi isə qadının işləməyi idi.  Yəni qadının  işləməsi ailənin dolanışığının yaxşılaşmasına səbəb olurdu. Azərbaycan xalqı arasında hansısa işi əl-ələ verib görmək aforizmi elə burdan yaranıb. Amma indi isə bu iki amil azərbaycanlı ailələrin başı üzərində kabusa çevirilib.

Yəni qadın işləyirsə və müəyyən bir qazanc əldə edirsə, onda çox zaman belə bir fikir formalaşır ki, bugünkü həyatını təmin edib. Amma gələcəyi ilə bağlı narahatlıq keçirir. Axı hamı qocalır, müəyyən yaşdan sonra işləyə bilmir. Gələcəyini sığortalamaq üçün ailə qurur, övladı olur və artiq fikirləşir ki, gələcəyini də təminat altına alıb və istənilən vaxt ailəni dağıda bilər. Ona görə də ailədə kiçik bir narazılıq olan kimi boşanmaq üçün ərizə verir". 

Azərbaycan Psixologiya Akademiyasının direktorunun sözlərinə görə, müasir xanımların bir çoxu ailə institutuna demək olar ki, barmaqarası yanaşırlar: 

"Onlar ailə qurmağa, ərə getməyə müvəqqəti status kimi baxırlar. Onlarda "Hər şey ya mən istədiyim kimi olacaq, yaxud olmayacaq, boşancağıq" kimi streotipik düşüncə hakim mövqe tutur. Mental düşüncə ilə yanaşsaq, bu gün Azərbaycan kişisi yad təsirlər hesabına xanımları tərəfindən yumşaq desək, əzilir. İlkin olaraq boşanmalardan kişilər əziyyət çəkir. Övladı ilə görüşmək, bir müddət öncə həyat yoldaşı olmuş xanımı başqa formada görmək onlar üçün dözülməzdir. Ancaq müəyyən yaşdan sonra hər bir xanımın həyat yoldaşına, həyatı onunla bölüşəcək, ona dayaq olacaq insana ehtiyacı olur".  

M.Mustafayev qeyd edib ki, qızların təhsil almaqdan çox zaman öz məqsədləri üçün istifadə edirlər:

"Əvvəllər qızların təhsil alması məsələsi  var idi. Amma bəzən bu amildən də qızlar öz merkantil məqsədləri üçün istifadə etməyə çalışırlar. Onların fikrincə,oxuyublarsa və işləyirlərsə,artıq onlar ailədə istədiklərini edə bilərlərlər. Bu cür "azadlıq" isə ailədə qarşıya çıxan ilk çətinlikdə özünü göstərir. Onlar fikirləşirlər ki, ailəli olmaq onların "karyera"larının qarşısını kəsir və onlar inkişaf edə bilmirlər. Bu isə son nəticədə boşanmaya gətirib çıxarır".

Psixoloq boşanma səbəblərindən də söz açıb. O, bəzi xanımların feminist qüvələrin təsiri altına düşmələrini də boşanmanın bir səbəbi kimi gördüyünü qeyd edib:

"Çox zaman gender bərabərliyi adı altında söhbətlərdən səhv nəticələrin çıxarılması da qadınların boşanmalarına səbəb olur. Əslində isə qadınlar nə anatomik, nə fizioloji, nə də psixoloji baxımdan kişilərlə bərabər ola bilər. Hər bir cinsin özünəməxsus xüsusiyyətləri var.

Digər bir səbəb bəzi qızların evliliklə bağlı təsəvvürləri ilə bağlıdır. Onlar bəzən evliliyi seriallardakı evliliklərlə qarışdırırlar, öz həyatlarının da ordakı kimi olmasını istəyirlər, belə bir səhv düşüncə ilə yaşayırlar. Bu da sonda onlarda apatiya vəziyyətinin yaranmasına gətirib çıxarır. Digər bir vacib məqam isə valdeynlərin bu məsələyə münasibəti ilə bağlıdır. Bəzən valideynlərin qızlarına qarşı həddən artıq "himayəçilik" etmələri xanımların yanlış addım atmalarını körükləyir".   

"Onlar boşanmaqla öz təbirlərincə, xoşbəxtliyə gedirlər. Amma illər sonra bunu acı nəticələrini görürlər. Övladlarının natamam insan kimi böyümələrinə bais olurlar. Bundan başqa, hazırda pis vərdişlər geniş yayılıb. Uşaqları bu təsirlərdən qorumaq üçün ailədə ata-ana bir yerdə olmalıdır. Bütün bunlar Azərbaycan cəmiyyətinə ağır zərbədir. Hesab edirəm ki, Azərbaycan ailəsinin bu hala gəlməsində xarici institutların böyük rolu var. Amma biz bu məsələdə əl-qolumuzu bağlayıb dayanmamalıyıq. Orta məktəblərdə, universitetlərdə bu istiqamətdə çox ciddi iş aparılmalıdır. Biz Azərbaycanda hər yeni qurulan ailənin xoşbəxt cütlük olmasına nail olmalıyıq",-psixoloq qadınları diqqətli olmağa çağırıb. 

Azərbaycanda kişini girov götürüb like
  • 22 Mar 11:30  
Kriminal Azərbaycanda kişini girov götürüb

Xaçmazda adam oğurlayan şəxs saxlanılıb.

arrow Ətraflı
Tanınmış rusiyalı bloqerə qarşı cinayət işi başladılıb like
  • 22 Mar 11:19  
Digərləri Tanınmış rusiyalı bloqerə qarşı cinayət işi başladılıb

Rusiyalı tanınmış bloqer Aleksandra Mitroşinaya qarşı 120 milyon rubl ver

arrow Ətraflı
BVF Kiyevlə 15,6 milyard dollarlıq kreditlə bağlı razılaşma əldə olunduğunu təsdiqləyib like
  • 22 Mar 11:08  
Dünya BVF Kiyevlə 15,6 milyard dollarlıq kreditlə bağlı razılaşma əldə olunduğunu təsdiqləyib

Beynəlxalq Valyuta Fondu (BVF) çərşənbə axşamı Ukrayna ilə dörd il mü

arrow Ətraflı
Niyaməddin Musayevin mahnısını oxudu, gündəm oldu like
  • 22 Mar 10:57  
Şou-biznes Niyaməddin Musayevin mahnısını oxudu, gündəm oldu

Xəbər verdiyimiz kimi, "Səs Azərbaycan: Doğma nəğmələr"in qa

arrow Ətraflı
Rusiya Bakını HƏDƏLƏDİ  Kreml Qarabağı işğal edəcəyinin like
  • 22 Mar 10:48  
Siyasət Rusiya Bakını HƏDƏLƏDİ Kreml Qarabağı işğal edəcəyinin

Rusiya üçün İrəvan hər halı ilə Moskvaya Bakıdan bir neçə köynək da

arrow Ətraflı
İran vətəndaşlarının Ermənistana axını azalıb like
  • 22 Mar 10:46  
Digərləri İran vətəndaşlarının Ermənistana axını azalıb

İran vətəndaşlarının Ermənistana axını azalıb. Ermənistana səfər ir

arrow Ətraflı
Evində pornofilm çəkən aktrisa: like
  • 22 Mar 10:35  
Şou-biznes Evində pornofilm çəkən aktrisa:

Belçikalı ərlə arvad pandemiyadan sonra başqa yolla pul qazanmağa başlay�

arrow Ətraflı
Fransada etirazçılar zavod ərazisində yanğın törətdilər like
  • 22 Mar 10:24  
Dünya Fransada etirazçılar zavod ərazisində yanğın törətdilər

Fransanın Marsel şəhəri yaxınlığında Fos-sur-Mer kommunasında "Exx

arrow Ətraflı
Ramazan bayramı ilə bağlı like
  • 22 Mar 10:16  
Digərləri Ramazan bayramı ilə bağlı

Aprel ayında Ramazan bayramı ilə əlaqədar ardıcıl olaraq 4 gün qeyri-iş

arrow Ətraflı
Məşhur müğənninin yeni aldığı 4 milyon dollarlıq LÜKS VİLLASI like
  • 22 Mar 10:02  
Şou-biznes Məşhur müğənninin yeni aldığı 4 milyon dollarlıq LÜKS VİLLASI

Türkiyənin məşhur müğənnisi Seda Sayan 4 milyon dollara (təxminən 6,8 m

arrow Ətraflı
Ağcabədidə avtomobil ağaca çırpılıb, sürücü ölüb like
  • 22 Mar 09:51  
Digərləri Ağcabədidə avtomobil ağaca çırpılıb, sürücü ölüb

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Si Cinpinin Rusiyaya səfərinə like
  • 22 Mar 09:40  
Dünya Si Cinpinin Rusiyaya səfərinə

ABŞ prezidenti Co Bayden Çinlə əlaqə kanallarını açıq saxlamaq istəyir

arrow Ətraflı
İran Təbrizdəki aviabazasını tam hazırlıq vəziyyətinə GƏTİRDİ like
  • 22 Mar 09:29  
Dünya İran Təbrizdəki aviabazasını tam hazırlıq vəziyyətinə GƏTİRDİ

İran Azərbaycanla sərhəddə hərbi hava qüvvələrini normaldan döyüş h

arrow Ətraflı
ABŞdan PUA istehsalında İrana kömək edən şirkətlərə like
  • 22 Mar 09:18  
Siyasət ABŞdan PUA istehsalında İrana kömək edən şirkətlərə

ABŞ hakimiyyəti pilotsuz uçuş aparatları (PUA) və silah istehsalında İra

arrow Ətraflı