Rusiya Bakını HƏDƏLƏDİ Kreml Qarabağı işğal edəcəyinin


Siyasət 22 Mar 2023 10:48:00 320 0

Rusiya Bakını HƏDƏLƏDİ  Kreml Qarabağı işğal edəcəyinin

Rusiya üçün İrəvan hər halı ilə Moskvaya Bakıdan bir neçə köynək daha yaxındır. Rusiya hakim elitasında belə bir fikir formalaşıb ki, Ermənistan olmasa, Rusiya da Cənubi Qafqazda mövcud olmayacaq. Bu səbəbdən Moskva İrəvanın hər kaprizinə dözmək məcburiyyətindədir. Kreml nə Ermənistandan imtina edəcək, nə də onu özündən küsdürəcək daha artıq addımlar atacaq.

Bu fikirlər Moskvada bir neçə gün öncə Sergey Lavrovla erməni həmkarı Ararat Mirzoyan arasındakı mətbuat konfransında da bir daha öz təsdiqini tapdı. Belə ki, Ermənistan xarici işlər naziri A.Mirzoyan növbəti dəfə ölkəmiz əleyhinə təxribatçı açıqlamaları ilə diqqət mərkəzinə düşdü. Doğrudur, Azərbaycan Xarici İşlər Nazirliyi Rusiya xarici işlər naziri Sergey Lavrovla Moskvada görüşən və ortaq mətbuat konfransında ölkəmiz əleyhinə təxribatçı açıqlamalar verən Mirzoyan barədə bəyanat yaydı, onun ağzının üstündən vurdu. Amma öyrəşmişə töbə yoxdur. 

Həmin mətbuat konfransında digər diqqət çəkən məqam Rusiya XİN rəhbərinin adı ilə bağlıdır. Sergey Lavrov Ararat Mirzoyan kimi olmasa da dolayısı ilə Azərbaycanı hədələyib. Konkret desək, Lavrov erməni həmkarlından geri qalmayıb. Rusiya XİN rəhbərinin Donbasla "Dağlıq Qarabağ" arasında paralellər apararaq azlıqların dil, mədəniyyət və digər hüquqlarının qorunması vacibliyini bildirməklə, rəsmi Bakıya mesaj göndərmək istəyib ki, əgər gələcəkdə Qarabağdakı etnik ermənilərin hüquqlarını tapdalayacaq hansısa bir neqativ addım görəcəyimiz təqdirdə Qarabağın dağlıq hissəsinin də taleyi Donbasın taleyini yaşayacaq. 

Görünür, Lavrov eyni zamanda bunu demək istəyib ki, Ukrayna Donbasa guya vəd etdiyi hüquqları vermədiyinə görə həmin bölgə Rusiyanın "ixtiyarına" keçib. Mirzoyan və digər erməni rəsmilərinin mövqeyi bəllidir. Sülh prosesinə əngəl olmaq üçün Ermənistan tərəfi bütün manipulyasiya imkanlarını işə salıb. 

Lakin ən narahatedici məqam və əsas təhlükə "hər yerdə Donbass" yaratmaq istəyən təfəkkür sahibi olan Moskvadır. Rusiya mümkün qədər Azərbaycanı təzyiq altında saxlamaq üçün erməni amilini bu zamana kimi istifadə etdiyi kimi bundan sonra da faydalanmaq niyyətindədir. Amma Moskva bilməlidir ki, öz ərazisində hansı hüquqlar əsasında, hansı qanunlar çərçivəsində addım atacağını Azərbaycan özü bilər. Azərbaycanın daxili işinə heç kimin qarışmaq ixtiyarı yoxdur. Necə ki, bunu rəsmi Bakı etmir. İstər Ermənistan, istərsə də onun havadarları anlamalıdırlar ki, Azərbaycan Ukrayna deyil.

Rusiya Fransa və İran kimi Azərbaycanın daxili işlərinə qarışmaqdansa, yaxşısı budur 10 noyabr üçtərəfli bəyanatı ilə üzərinə götürdüyü öhdəliklərə sadiq qalsın, bölgəyə yerləşdirilən sülhməramlı kontingentinə ona verilən səlahiyyətlərdən sui-istifadə edib, səlahiyyət çərçivəsini aşmasın, qeyri-qanuni işlərlə məşğul olmasın. Rusiya sülhməramlı kontingentinin müşayiəti ilə gizli yollarla Ermənistandan Qarabağa hərbi daşımaların həyata keçirilməsi üçtərəfli bəyanatın müddəalarının kobud şəkildə pozulmasıdır və bu qəbuledilməzdir. Moskva Azərbaycanın Rusiya hərbi kontingentinin bu özbaşınalığına göz yumacağını, görməzdən gələcəyini düşünürsə, yanılır. 

Təhməz Əsədov Son.az

İran vətəndaşlarının Ermənistana axını azalıb like
  • 22 Mar 10:46  
Digərləri İran vətəndaşlarının Ermənistana axını azalıb

İran vətəndaşlarının Ermənistana axını azalıb. Ermənistana səfər ir

arrow Ətraflı
Evində pornofilm çəkən aktrisa: like
  • 22 Mar 10:35  
Şou-biznes Evində pornofilm çəkən aktrisa:

Belçikalı ərlə arvad pandemiyadan sonra başqa yolla pul qazanmağa başlay�

arrow Ətraflı
Fransada etirazçılar zavod ərazisində yanğın törətdilər like
  • 22 Mar 10:24  
Dünya Fransada etirazçılar zavod ərazisində yanğın törətdilər

Fransanın Marsel şəhəri yaxınlığında Fos-sur-Mer kommunasında "Exx

arrow Ətraflı
Ramazan bayramı ilə bağlı like
  • 22 Mar 10:16  
Digərləri Ramazan bayramı ilə bağlı

Aprel ayında Ramazan bayramı ilə əlaqədar ardıcıl olaraq 4 gün qeyri-iş

arrow Ətraflı
Məşhur müğənninin yeni aldığı 4 milyon dollarlıq LÜKS VİLLASI like
  • 22 Mar 10:02  
Şou-biznes Məşhur müğənninin yeni aldığı 4 milyon dollarlıq LÜKS VİLLASI

Türkiyənin məşhur müğənnisi Seda Sayan 4 milyon dollara (təxminən 6,8 m

arrow Ətraflı
Ağcabədidə avtomobil ağaca çırpılıb, sürücü ölüb like
  • 22 Mar 09:51  
Digərləri Ağcabədidə avtomobil ağaca çırpılıb, sürücü ölüb

Ağcabədidə ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

arrow Ətraflı
Si Cinpinin Rusiyaya səfərinə like
  • 22 Mar 09:40  
Dünya Si Cinpinin Rusiyaya səfərinə

ABŞ prezidenti Co Bayden Çinlə əlaqə kanallarını açıq saxlamaq istəyir

arrow Ətraflı
İran Təbrizdəki aviabazasını tam hazırlıq vəziyyətinə GƏTİRDİ like
  • 22 Mar 09:29  
Dünya İran Təbrizdəki aviabazasını tam hazırlıq vəziyyətinə GƏTİRDİ

İran Azərbaycanla sərhəddə hərbi hava qüvvələrini normaldan döyüş h

arrow Ətraflı
ABŞdan PUA istehsalında İrana kömək edən şirkətlərə like
  • 22 Mar 09:18  
Siyasət ABŞdan PUA istehsalında İrana kömək edən şirkətlərə

ABŞ hakimiyyəti pilotsuz uçuş aparatları (PUA) və silah istehsalında İra

arrow Ətraflı
Qan analizinə getdi, like
  • 22 Mar 09:07  
Dünya Qan analizinə getdi,

Fransa vətəndaşı qəbul edilməsi mümkün olmayan fakt qarşısında qalıb

arrow Ətraflı
Ayaq damarlarını şişirdən 3 içki like
  • 22 Mar 08:59  
Digərləri Ayaq damarlarını şişirdən 3 içki

Ayaqlarda qan - damar sistemlərini şişirdən 3 içki var.

arrow Ətraflı
XankəndiLaçın yolu: aksiyanın 101ci günü ruh yüksəkliyi ilə davam edir like
  • 22 Mar 08:55  
Siyasət XankəndiLaçın yolu: aksiyanın 101ci günü ruh yüksəkliyi ilə davam edir

Xankəndi-Laçın yolu: aksiyanın 101-ci günü ruh yüksəkliyi ilə davam edi

arrow Ətraflı
Fransada etiraz aksiyaları zamanı like
  • 22 Mar 08:50  
Dünya Fransada etiraz aksiyaları zamanı

Fransa polisi son bir neçə gündə ölkədə pensiya islahatına qarşı keçi

arrow Ətraflı
"Elzanın şeirlərini başa düşmək üçün 11 dəfə oxumalısan" like
  • 22 Mar 08:45  
Şou-biznes "Elzanın şeirlərini başa düşmək üçün 11 dəfə oxumalısan"

Əməkdar artist Cavanşir Məmmədov həmkarı Elza Seyidcahanın şeirlərind�

arrow Ətraflı