İlham Əliyev uşaq hüquqları ilə bağlı Fərman imzaladı
Siyasət 24 Dek 2024 17:11:00 63 0
Prezident İlham Əliyev "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 78-VIIQD nömrəli Qanununun tətbiqi və "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında Fərman imzalayıb.
Bu xəbəri də oxu: "COP29 inkişaf etməkdə olan kiçik ada dövlətlərə dəstək üçün təkan oldu"
Son.az xəbər verir ki, Fərmana əsasən, müəyyən edilir ki, "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 29-1-ci maddəsində və 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir.
Nazirlər Kabineti iki ay müddətində "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 29-1-ci maddəsinə uyğun olaraq, dövlət və qeyri-dövlət uşaq müəssisələrində göstərilən xidmətlərin keyfiyyətinə dair tələbləri müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;
Həmin Qanunun 43-cü maddəsinin ikinci hissəsinə uyğun olaraq, uşaq hüquqlarının həyata keçirilməsinin bütün sahələrdə təmin edilməsi vəziyyətinin monitorinqi üzrə meyarları müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməlidir;
"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2024-cü il 29 noyabr tarixli 78-VIIQD nömrəli Qanunundan irəli gələn digər məsələləri həll etməlidir.
"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 24 avqust tarixli 761 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1998, № 8, maddə 511 (Cild I) 2-ci hissəsində aşağıdakı dəyişikliklər edilir:
İkinci-beşinci abzaslar müvafiq olaraq üçüncü-altıncı abzaslar hesab olunsun və aşağıdakı məzmunda ikinci abzas əlavə edilir:
"Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 29-1-ci maddəsində və 43-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir;";
Üçüncü abzasda "Uşaq hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun" sözləri "həmin Qanunun" sözləri ilə əvəz edilir;
Altıncı abzasda "maddəsində" sözü "maddəsinin birinci hissəsində" sözləri ilə əvəz edilir.
Dövlət başçısı müvafiq Fərmanın icrası ilə bağlı Qanunu təsdiqləyib.
Silk Way Alat Free Economic Zone (SW AFEZCO) şirkəti yeni inkişaf mərhələs
Azərbaycanda müvafiq icra hakimiyyəti orqanında həqiqi hərbi xidmətdən e
Azərbaycan Ordusunun və başqa silahlı birləşmələrinin dinc və müharib�
Rayon (şəhər) məhkəmələrinin baxdığı inzibati xətalar haqqında işl�
Müğənni Serdar Ortaçın 3 il həbsi tələb edilib.
Ən çox narahatlıq doğuran hallardan biri də öskürəkdir. Havalar soyuduqc
Prezident İlham Əliyev Bakı Beynəlxalq Dəniz Ticarət Limanının yükaşı
Moldova Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi doğum gün
Moldova Prezidenti Maya Sandu Azərbaycan Prezidenti İlham Əliyevi doğum gün
Dələduzluqda ittiham olunan Əhmədova İlahə Yaşar qızının cinayət işi
Ermənilər bu dəfə Xalq artisti Brilliant Dadaşovanın "Yeni il" m
Bəzi pendirlər marketlərdən yığışdırılır.