XankəndiLaçın yolu: aksiyanın 101ci günü ruh yüksəkliyi ilə davam edir
Siyasət 22 Mar 2023 08:55:00 286 0
Xankəndi-Laçın yolu: aksiyanın 101-ci günü ruh yüksəkliyi ilə davam edir Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 101 gündür davam edir.
Bu xəbəri də oxu: Şavkat Mirziyoyev Prezident İlham Əliyevə zəng edib
Son.az xəbər verir ki, havanın soyuq olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.
Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Onlar etirazlarını yüksək əhvali-ruhiyyə ilə davam etdirirlər.
Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.
Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.
Belə ki, ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Qeyd edək ki, Şuşa ərazisində Rusiya sülhməramlılarının nəzarətində olan yolun bir hissəsində etiraz aksiyası azərbaycanlı fəallar və ekologiya üzrə qeyri-hökumət təşkilatlarının (QHT) üzvləri tərəfindən Qarabağ iqtisadi rayonunda ekoloji terrora son qoyulması tələbi ilə keçirilir.
2022-ci il dekabrın 3-də və 7-də Rusiya sülhməramlı kontingentinin komandanlığı ilə aparılmış müzakirələrin nəticəsi olaraq İqtisadiyyat Nazirliyi, Ekologiya və Təbii Sərvətlər Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və "AzerGold" Qapalı Səhmdar Cəmiyyətinin mütəxəssislərindən ibarət heyət Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarı, bundan irəli gələn ekoloji və digər fəsadlarla bağlı ilkin monitorinq aparmalı idi. Lakin sülhməramlıların hərəkətsizliyi ucbatından monitorinq baş tutmayıb.
2022-ci il dekabrın 12-dən etibarən isə etiraz aksiyası başlayıb.
Fransa polisi son bir neçə gündə ölkədə pensiya islahatına qarşı keçi
Əməkdar artist Cavanşir Məmmədov həmkarı Elza Seyidcahanın şeirlərind�
Rəsmi Dəməşq ərəb dövlətləri ilə münasibətləri normallaşdırmağa
Artıq uzun illərdir müxtəlif rəngli, bəzəkli dırnaq boyaları dəbdədir
Niderland hökuməti məmurlara Rusiya, Çin, Şimali Koreya və İran şirkətl
Türkiyəli müğənni Doğuş həyat yoldaşı, aparıcı Xoşqədəm Hidayətq
İsrail Prezidenti İshaq Hersoq bəzi müsəlman ölkələrinin liderləri ilə
Məşqin psixi sağlamlığa təsirini öyrənən Cənubi Avstraliya Universitet
Qadınlar üçün ayrılıq və boşanma eksperti Sara Vudvord, sevgi münasibə
Piylənmə bütün dünyada iqtisadi təsirləri ilə artan ictimai sağlamlıq
Ermənistan Baş naziri Nikol Paşinyan Almaniya Bundestaqının spiker müavini
Bir qrup amerikalı tədqiqatçı müəyyən edib ki, 21 yanvar ilin ən depress
Pakistanın Hayber Paxtunxva əyalətində Xidmətlərarası Kəşfiyyat İdarə
Son zamanlar ABŞ-da yeni ənənə formalaşıb. Uşaqlarının qısaboylu oldu�