Hər 3 azərbaycanlıdan biri...
Digərləri 22 Mar 2023 07:53:00 309 0
Piylənmə bütün dünyada iqtisadi təsirləri ilə artan ictimai sağlamlıq problemidir.
Bu xəbəri də oxu: Polis əxlaqsızlığı təbliğ edən TikTokləri saxladı
Ümumdünya Piylənmə ilə Mübarizə Federasiyasının məruzəsindəki proqnozda əks olunub ki, 2035-ci ildə Azərbaycanda hər üçüncü yetkinyaşlı şəxs piylənmədən əziyyət çəkəcək. Analitiklər hesab edir ki, bu problemlərə görə Azərbaycan iqtisadiyyatının zərəri $3 milyardı və ÜDM-in 4,4%-ni keçə bilər.
Təşkilatın qiymətləndirmələrinə görə, 2020-ci ildə bu problem ilə mübarizəyə Azərbaycanda səhiyyə sisteminin xərcləri $108 milyon həcmində qiymətləndirilir, 2025-ci ildə $130 milyon, 2030-cu ildə- $165 milyon, 2035-ci ildə-$210 milyon təşkil edəcək. McKinsey Global İnsitutu konsaltantiq kompaniyasının tədqiqatına görə, piylənmə probleminin dünya iqtisadiyyatına vurduğu ziyan, demək olar ki, silahlı münaqişənin vurduğu zərərə bərabərdir.
Son illərdə artıq çəki və piylənmə dünyada kifayət qədər ciddi problemə çevrilməkdə davam edir. Bu, Azərbaycandan da yan ötüşmür və ölkəmizdə 2 milyondan çox insan piylənmədən əziyyət çəkir.
Həddindən artıq çəki sağlamlığa bir çox cəhətdən zərər verir. Şəkərli diabet, ürək xəstəliyi, osteoartrit və bəzi xərçəng növləri kimi xəstəliklərin inkişaf riskini artırır və ömrü azaldır. Piylənmə və piylənmə ilə bağlı xəstəliklərin müalicəsi ildə milyardlarla dollara başa gəlir.
Gələcəkdə artıq çəkidən əziyyət çəkən hər 3 nəfərdən biri olmamaq üçün necə yaşamalı, qidalanmada nələrə diqqət etməliyik?
Son.az xəbər verir ki, publika.az-a danışan sağlam qidalanma üzrə mütəxəssis Məhsəti Hüseynova bildirib ki, Azərbaycanda piylənmədən əziyyət çəkən insanların sayı göstərilən rəqəmlərdən daha artıqdır.
"Bu, qeydiyyatda olan rəqəmlərdir. Piylənmənin əsas səbəblərindən biri insanların gündəlik qəbul etdiyi müasir qidalardır. Qida miqdarını düzgün tənzimləməmək, düzgün saatda qəbul etməmək, hərəkətsizlik və oturaq həyat tərzi də ən başlıca səbəblərdəndir. İnsan orqanizmi gündəlik fərqli maddələr mübadiləsinə malikdir və hər insanın qəbul etdiyi qida eyni miqdarda olsa da, eyni şəkildə həzm olunmur. Xüsusilə də, müasir qidalar deyə adlandırdığımız mənşəyi bəlli olmayan "fast food" qidalar, yüksək karbohidratlı qidalar, ağ un, şəkər və şirniyyatlardır ki, bunlar da zərərli karbohidratlar sırasına daxildir. Həmin qidalar insanda asıllıq yaradır və nə qədər qida qəbul etsə də, onlardan istifadə etdikdə doyma hissi itir. Ona görə də, qidanın miqdarı aşır və orqanizmin qəbul etdiyi şəkər yağlar şəklində orqanizmdə yığılır. Və bu, xüsusən də qaraciyər piylənməsinə səbəb olur".
M.Hüseynovanın sözlərinə görə, gün ərzində oturaq rejim və insanın fiziki aktivlikdə olmaması insanın bel nayihəsində, xüsusilə də, qarında hərəkətsiz yağların toplanmasına səbəb olur. Bununla belə daxili orqanların funksiyası tamamilə sıradan çıxır.
Ermənistan Baş naziri Nikol Paşinyan Almaniya Bundestaqının spiker müavini
Bir qrup amerikalı tədqiqatçı müəyyən edib ki, 21 yanvar ilin ən depress
Pakistanın Hayber Paxtunxva əyalətində Xidmətlərarası Kəşfiyyat İdarə
Son zamanlar ABŞ-da yeni ənənə formalaşıb. Uşaqlarının qısaboylu oldu�
Türkiyənin Mərkəzi Seçki Komissiyası (Yüksək Seçim Qurumu) mayın 14-ü
Finlandiya ardıcıl altıncı ildir ki, dünyanın ən xoşbəxt ölkəsi seçi
Əfqanıstanda ötən gün axşam saatlarında baş verən zəlzələ nəticəsi
Pendir kimi məşhur bir məhsulun həddindən artıq istifadəsi insan orqanizm
Rəqqasə-aktrisa Oksana Rəsulova arxiv fotolarını yayımlayıb.
Beynəlxalq Cinayət Məhkəməsinin (BCM) verdiyi beynəlxalq həbs qərarı Ru
İş adamı Mehmet Dinçerlerlə boşandıqdan sonra müğənni Hadisə yeni ev
ABŞ-dan olan alimlər ölümdən sonra insanların nə hiss etməsini aydınla�
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Pakistan İslam Respublikasının Prezidenti Arif Alvi Novruz bayramı münasib�