Qazaxın 7, Sədərək rayonunun 1 kəndi ilə bağlı KRİTİK açıqlama
Digərləri 21 Mar 2023 14:04:00 295 0
"Ermənistan verdiyi vədə baxmayaraq, Qazaxın 7, Sədərək rayonunun 1 kəndini işğal altında saxlayır".
Bu xəbəri də oxu: Paşinyan saqqalını qızına görə qırxıbmış
Bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Ayxan Hacızadə Ermənistan XİN-in martın 18-də Azərbaycan əleyhinə yaydığı bəyanata cavab olaraq bildirib.
"Ermənistan XİN-in Üçtərəfli bəyanatın icrası ilə bağlı yalan və saxta dolu iddialarına gəldikdə xatırlatmaq istərdik ki, bəyanatın xüsusilə 4-cü, 6-cı və 9-cu bəndlərini yerinə yetirməkdən boyun qaçıran və ümumiyyətlə heç zaman beynəlxalq razılıqlara əməl etməyən Ermənistan tərəfi məhz Üçtərəfli bəyanatın imzalanmasından iki həftə sonra hərbçilərini qanunsuz olaraq Azərbaycan ərazisinə keçirib və Azərbaycana qarşı hərbi təxribat törədib. Bu saxlanılan şəxslərin Ermənistan tərəfindən hərbi əsir kimi təqdim etməyə çalışılmasına baxmayaraq, bu şəxslər hərbi əsir kimi tanınmamış və Beynəlxalq Ədalət Məhkəməsi, eləcə də Avropa İnsan Hüquqları Məhkəməsi bu iddianı və onların azad olunması tələbini rədd etmişdi. Ermənistan tərəfi bununla yanaşı, Ermənistan qüvvələrinin Ağdam, Kəlbəcər və Laçından çıxarılmasına Azərbaycan tərəfindən xoş məram göstərilərək möhlət verilməsinə baxmayaraq, Üçtərəfli bəyanata zidd olaraq çıxdığı ərazilərdə bir çox evləri yandırmış, meşələri qırmış, bu ərazilərdə mina və mina tələlər yerləşdirmişdi. Ermənistan tərəfi hələ də Üçtərəfli bəyanata zidd olaraq, öz silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən tam olaraq çıxarmayıb, Üçtərəfli bəyanat imzalanarkən verdiyi vədə baxmayaraq, Qazax rayonunun 7, Sədərək rayonunun 1 kəndi daxil olmaqla, bir sıra yaşayış məntəqələri və əraziləri işğal altında saxlamaqda davam edir. Delimitasiya prosesinin sovet xəritələri əsasında təşkilini təklif edən Ermənistanın bu kəndləri Azərbaycan yaşayış məntəqələri kimi qəbul etməməsi isə digər bir pozuntu və Ermənistanın niyyətinin saxta olduğunun göstəricisidir", - sözçü vurğulayıb.
Son.az Kulis.az-a istinadən Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Ək
Avstraliyanın Sidney əyalətində çəkilən görüntülər heyrətə səbəb
Yay, qış fərqi yoxdur, həmişə nəfəs yollarımda problemlər yaranır. T�
Azərbaycan Ermənistanı beynəlxalq ictimai fikrin manipulyasiyası ilə məş
Rusiyanın hərbi təcavüzünün başlanmasından bəri BMT-nin İnsan Hüquqla
Düzgün vurğu və yüngül oyunlardan ibarət olan makiyaj sənəti hər dəri
Slovakiyanın Bratislava şəhərindəki MOL Group macar şirkətinə məxsus &q
Şimali Koreya ABŞ ilə vuruşmaq üçün 1 milyon 400 mindən çox insanın or
Ağsu rayonunda 2005-ci il təvəllüdlü Araz şəxsi münasibətlər zəminind
Martın 20-də Böyük Britaniya ilə yanaşı, Avropa İttifaqı (Aİ) da İran
Müxtəlif yaş həddi olan insanlara vitamin vacibdir. Hələ siz 40 yaşını
"Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) sahibi Yevgeni Priqojin Uk
Hər yaşa uyğun dəriyə qulluq qaydaları. Əgər bu qaydalara əməl etməs�
"Bakı şəhərinin bu gün mərkəz hissələrində elə ərazilər var ki