Ermənistanı manipulyasiya ilə məşğul olmağa deyil, danışıqlar masasına çağırırıq
Siyasət 21 Mar 2023 13:32:00 270 0
Azərbaycan Ermənistanı beynəlxalq ictimai fikrin manipulyasiyası ilə məşğul olmağa deyil, danışıqlar masası arxasına qayıtmağa çağırır.
Bu xəbəri də oxu: Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
Son.az Trend-ə istinadən bildirir ki, bunu Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi Elçin Əmirbəyov "France 24" telekanalına müsahibəsində deyib.
"Azərbaycan Ermənistanla beynəlxalq hüququn təməl norma və prinsiplərinə əsaslanan sülh sazişi imzalamağı təklif edib. Şübhəsiz, bu cür prinsiplərdən biri də bir-birinin ərazi bütövlüyünə, suverenliyə və beynəxalq səviyyədə qəbul edilmiş sərhədlərinin pozulmazlığına hörmətdir", - o deyib.
Elçin Əmirbəyov Azərbaycanın Ermənistanla mövcud çətinliklərin aradan qaldırılmasında, layihəsinin təqribən bir il bundan əvvəl İrəvana təqdim olunduğu sülh sazişinin imzalanması məqsədilə istənilən köməkliyi və yardımı qiymətləndirdiyini qeyd edib.
"ABŞ-nin səyləri çox müsbət qarşılanır, bu səylər sayəsində ABŞ-nin iki ölkənin nəhayət sülhə nail olmasına köməklik göstərməyə sadiqliyini təsdiq etmək məqsədilə dövlət katibi Blinken Prezident İlham Əliyevi və baş nazir Paşinyanı dəvət edərək Münxendə onların görüşünü təşkil etdi. Əlbəttə, daha bir iştirakçı var: bu, Avropa Şurasının prezidenti Şarl Mişelin rəhbərliyi ilə Avropa İttifaqıdır, üçtərəfli Brüssel sülh platforması təşəbbüsü onun tərəfindən irəli sürülmüşdü. Qısa zaman çərçivəsində Prezident İlham Əliyev və baş nazir Paşinyan Brüsseldə dörd dəfə görüş keçirərək müəyyən müsbət nəticələr əldə etmişdilər", - o deyib.
Elçin Əmirbəyov ötən ilin noyabr ayından etibarən Ermənistanın sülh prosesinin müzakirəsi üçün yenidən görüşlər təşkil etmək istiqamətindəki bütün cəhdlərin qarşısını, təəssüf ki, aldığını qeyd edib.
"Sülh sazişinin təfərrüatlarını müzakirə etmək üçün Azərbaycan tərəfi ilə görüşmək əvəzinə onlar diplomatik yazışmalarla məşğul olur, layihəmizə şərhlərini poçtla göndərirlər. Düşünürəm ki, bütün diplomatlar razılaşarlar ki, fikir ayrılıqlarını yoluna qoymağın ən yaxşı yolu danışıqlar masası arxasına keçməkdir. Bu səbəbdən Ermənistanın beynəlxalq ictimai fikrin manipulyasiyası ilə məşğul olmaqdansa, danışıqlar masası arxasına keçəcəyinə ümid edir və onu buna çağırırıq. Laçın yolunda baş verənlər 2020-ci ilin noyabr ayında Prezident İlham Əliyev, Prezident Vladimir Putin və baş nazir Nikol Paşinyan tərəfindən imzalanmış üçtərəfli bəyanatların müddəalarının Ermənistan tərəfindən pozulmasının nəticəsidir", - o deyib.
Müsahibənin tam videosunu oxucuların diqqətinə çatdırırıq:
Son.az
Rusiyanın hərbi təcavüzünün başlanmasından bəri BMT-nin İnsan Hüquqla
Düzgün vurğu və yüngül oyunlardan ibarət olan makiyaj sənəti hər dəri
Slovakiyanın Bratislava şəhərindəki MOL Group macar şirkətinə məxsus &q
Şimali Koreya ABŞ ilə vuruşmaq üçün 1 milyon 400 mindən çox insanın or
Ağsu rayonunda 2005-ci il təvəllüdlü Araz şəxsi münasibətlər zəminind
Martın 20-də Böyük Britaniya ilə yanaşı, Avropa İttifaqı (Aİ) da İran
Müxtəlif yaş həddi olan insanlara vitamin vacibdir. Hələ siz 40 yaşını
"Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) sahibi Yevgeni Priqojin Uk
Hər yaşa uyğun dəriyə qulluq qaydaları. Əgər bu qaydalara əməl etməs�
"Bakı şəhərinin bu gün mərkəz hissələrində elə ərazilər var ki
ABŞ prezidenti Co Bayden Konqres tərəfindən daha əvvəl təsdiqlənən qanu
Son.az Kulis.az-a istinadən aktrisa Lütfiyyə Səfərova haqqında maraqlı fa
Qoxunun insan psixikasına və fiziki vəziyyətinə təsiri qədim dövrlərdə