Mahnılarına qadağa qoyulmasını vəsiyyət etdi, zibillikdə dəfn olundu,


Kriminal 21 Mar 2023 14:00:00 295 0

Mahnılarına qadağa qoyulmasını vəsiyyət etdi, zibillikdə dəfn olundu,

Son.az Kulis.az-a istinadən Əməkdar incəsənət xadimi, bəstəkar Tahir Əkbər haqqında on maraqlı faktı təqdim edir.

Tahir Əkbər 34 yaşına qədər Özbəkistanda yaşayıb. O, Üzeyir Hacıbəylinin yetirməsi, tanınmış bəstəkar, professor Boris Zeydmanın sonuncu azərbaycanlı tələbəsi olub. Özbəkistanda ondan özbək mahnıları bəstələməsini istəyiblər. Amma o buna razı olmayıb. Buna görə Özbəkistanda sıxışdırılan bəstəkar birdəfəlik Azərbaycana köçməyə qərar verib.

İki dəfə ailə həyatı qurub. İlk dəfə Özbəkistanda eyni qrupda oxuduğu musiqişünas xanımla ailə quran bəstəkarın ailə həyatı uğurlu alınmır. Cütlüyün bu evlilikdən bir qız övladı dünyaya gələndən sonra, xanımın öz istəyi ilə onlar ayrılmalı olurlar. Bu ayrılığa səbəb isə xanımın ağır xəstəlikdən əziyyət çəkməsi olub. Bəstəkar ikinci dəfə ailə həyatı qurmaq qərarına gəlir. Aybəniz adlı xanımla evlənən sənətkarın ikinci evliliyindən Bəhriyə adlı bir qızı dünyaya gəlir.

***

"Gecə yağışı" mahnısını gənclik illərində aşiq olduğu rus qızına həsr edib. Müsahibələrindən birində bu barədə danışan bəstəkar deyir: "Cavan vaxtlarımda bir qıza aşiq olmuşdum, Rusiyada yaşayırdı. O mənə söz vermişdi ki, gələcək. Həmin gün də möhkəm yağış yağırdı. Mən də çox həyəcanla ondan bir xəbər gözləyirdim. Bir də gördüm qapının zəngi vuruldu, poçtalyon qadın mənə teleqram gətirdi. Qadının üzünə baxanda hiss etdim ki, nəsə yaxşı xəbər deyil. Teleqramı açan kimi gördüm: "Məni gözləmə, əlvida..." Poçtalyon qadın da pis olmuşdu. Elə tez uzaqlaşdı ki, sanki harasa yox oldu. Ondan sonra leysan yağış yağdı. Bu əhvalatı şairə Rəsmiyyə Davudqızına danışdım, o çox gözəl şeir yazdı. Dedim: "Rəsmiyyə, gəl bunun adını "Gecə yağışı" qoyaq".

Çox acınacaqlı bir ömür sürən bəstəkarın həssas ürəyi gizli həsədlərdən doğan qərəzli təzyiqlərə dözə bilmirdi. Onunla bağlı qəribə paradokslar var idi. Konsertlərini televiziyalar çəksə də, efirə verilmirdi. Bəstəkarlar İttifaqı tərəfindən adı Prezident təqaüdü alacaq sənətçilərin siyahısına salınsa da, rəsmi xəbər yayılandan sonra məlum olub ki, adı siyahıdan çıxarılıb. Qızı Bəhriyə müsahibələrinin birində deyir:

"Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadə zəng vurub atamı təbrik etdi, dedi, adın fəxri ad alanların siyahısına salınıb. Atam uşaq kimi sevinirdi. Hətta sevincindən ağlayıb anama dedi, Aybəniz, axır ki, məni də gördülər. Bu adın atam üçün mənəvi əhəmiyyəti var idi. Axşam xəbərlərində atam oturub həmin siyahıya qulaq asırdı, adı çıxmadı. Atam çox pis olmuşdu. Sınmışdı. Ondan sonra ağır iflic keçirtdi".

Ən böyük arzusu Azərbaycanda ev almaq olan bəstəkar atasının Daşkənddən Bakıya dəyişdirdiyi ikiotaqlı evdə yaşayırdı. Sonralar qızının təhsil haqqını ödəyə bilmədiyi üçün həmin ikiotaqlı mənzili satıb birotaqlı mənzilə köçüb.

***

Doğum günü 20 yanvarda olduğu üçün 1990-cı ildən sonra heç vaxt ad gününü qeyd etməyib.

Özünə qarşı biganəlikdən inciyən bəstəkar son vaxtlar yazdığı mahnıları heç kimə vermir. Ölümündən sonra həyat yoldaşı Aybəniz xanım onun məzar daşını hazırlatmaq üçün bəstələrini satışa çıxarır.

***

Bir çox sənətçiləri Xalq artisti tituluna qədər ucaldan mahnıların müəllifi ömrünün son illərini çox acınacaqlı yaşayıb. Beyin insultu keçirən bəstəkarın dərman almağa belə pulu olmayıb. Həyat yoldaşı bəstəkarın ölümündən sonra verdiyi müsahibələrinin birində qeyd edir: "Tahir dünyasını dəyişəndə əlimdə iki şey vardı, biri onun nəşi, o biri isə cəmi yüz manat pul..."

Son günlər yaddaşını itirən Tahir Əkbərin yaddaşında təkcə musiqi və ritmlər qalır. Onun bu vəziyyəti həkimləri heyrətə gətirir. Öz vətənində sayılıb seçilməyən bəstəkarın əsərini, Rastropoviç öz repertuarına salaraq, dünyanın böyük konsert salonlarında ifa edir.

***

Ölməmişdən əvvəl həyat yoldaşına və qızına vəsiyyəti bu olub: "Məni dəyərsiz şəkildə dəfn etsələr, atamın üstündə basdırın və mahnılarımın oxunmasına qadağa qoyun".

2018-ci il, martın 2-də vəfat edən 72 yaşlı Tahir Əkbər Fəxri Xiyabanların heç birində dəfn olunmur. Ona "Qurd Qapısı"ndakı zibilliyin yanında məzar yeri ayrılır. Dəfndən bir neçə gün sonra həyat yoldaşı bəstəkarın vəsiyyəti üzrə onun nəşini məzardan çıxardaraq atasının üstündə dəfn etdirib. Həmin ərəfədə Türkiyədən ailəsinə zəng edib Tahir Əkbərin nəşini istəyirlər. Bildirirlər ki, icazə verin, biz onu Türkiyədə layiqli şəkildə dəfn edək. Amma ailəsi buna razı olmur.

Son.az 

Avstraliyada qorxunc mənzərə: like
  • 21 Mar 13:51  
Dünya Avstraliyada qorxunc mənzərə:

Avstraliyanın Sidney əyalətində çəkilən görüntülər heyrətə səbəb

arrow Ətraflı
Tənginəfəslik ciddi problem yarada bilər like
  • 21 Mar 13:40  
Digərləri Tənginəfəslik ciddi problem yarada bilər

Yay, qış fərqi yoxdur, həmişə nəfəs yollarımda problemlər yaranır. T�

arrow Ətraflı
Ermənistanı manipulyasiya ilə məşğul olmağa deyil, danışıqlar masasına çağırırıq like
  • 21 Mar 13:32  
Siyasət Ermənistanı manipulyasiya ilə məşğul olmağa deyil, danışıqlar masasına çağırırıq

Azərbaycan Ermənistanı beynəlxalq ictimai fikrin manipulyasiyası ilə məş

arrow Ətraflı
Ukraynada 8 000dən çox dinc sakin həlak olub like
  • 21 Mar 13:31  
Dünya Ukraynada 8 000dən çox dinc sakin həlak olub

Rusiyanın hərbi təcavüzünün başlanmasından bəri BMT-nin İnsan Hüquqla

arrow Ətraflı
Tünd dərilər üçün xüsusi makiyaj like
  • 21 Mar 13:20  
Digərləri Tünd dərilər üçün xüsusi makiyaj

Düzgün vurğu və yüngül oyunlardan ibarət olan makiyaj sənəti hər dəri

arrow Ətraflı
Slovakiyanın neft emalı zavodunda Azərbaycan nefti emal ediləcək like
  • 21 Mar 13:13  
Digərləri Slovakiyanın neft emalı zavodunda Azərbaycan nefti emal ediləcək

Slovakiyanın Bratislava şəhərindəki MOL Group macar şirkətinə məxsus &q

arrow Ətraflı
ABŞla vuruşmaq üçün 1 milyondan çox insanın orduya yazıldığı açıqlanıb like
  • 21 Mar 13:11  
Dünya ABŞla vuruşmaq üçün 1 milyondan çox insanın orduya yazıldığı açıqlanıb

Şimali Koreya ABŞ ilə vuruşmaq üçün 1 milyon 400 mindən çox insanın or

arrow Ətraflı
Bir qızın baş hərfi üstündə amansız dava: "Tələb etdi ki, qəbiristanlıqda..." like
  • 21 Mar 13:00  
Kriminal Bir qızın baş hərfi üstündə amansız dava: "Tələb etdi ki, qəbiristanlıqda..."

Ağsu rayonunda 2005-ci il təvəllüdlü Araz şəxsi münasibətlər zəminind

arrow Ətraflı
Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib like
  • 21 Mar 12:51  
Dünya Avropa İttifaqı İrana qarşı yeni sanksiyalar tətbiq edib

Martın 20-də Böyük Britaniya ilə yanaşı, Avropa İttifaqı (Aİ) da İran

arrow Ətraflı
Sabah Bakıda külək əsəcək, like
  • 21 Mar 12:43  
Digərləri Sabah Bakıda külək əsəcək,

Sabaha gözlənilən hava proqnozu açıqlanıb.

arrow Ətraflı
Bu vitamin sizə lazımdır? like
  • 21 Mar 12:40  
Digərləri Bu vitamin sizə lazımdır?

Müxtəlif yaş həddi olan insanlara vitamin vacibdir. Hələ siz 40 yaşını

arrow Ətraflı
“Vaqner”in başçısı Şoyqudan yardım istəyib like
  • 21 Mar 12:31  
Dünya “Vaqner”in başçısı Şoyqudan yardım istəyib

"Vaqner" özəl hərbi şirkətinin (ÖHŞ) sahibi Yevgeni Priqojin Uk

arrow Ətraflı
20 və 40 yaşlı xanımlar üzünə eyni cür qulluq edə bilərmi? like
  • 21 Mar 12:20  
Digərləri 20 və 40 yaşlı xanımlar üzünə eyni cür qulluq edə bilərmi?

Hər yaşa uyğun dəriyə qulluq qaydaları. Əgər bu qaydalara əməl etməs�

arrow Ətraflı
Bakının bu hissəsində 1 sot torpaq 1 milyon AZNə satılır like
  • 21 Mar 12:15  
Digərləri Bakının bu hissəsində 1 sot torpaq 1 milyon AZNə satılır

"Bakı şəhərinin bu gün mərkəz hissələrində elə ərazilər var ki

arrow Ətraflı
"COVID19un mənşəyi araşdırılsın" like
  • 21 Mar 12:11  
Dünya "COVID19un mənşəyi araşdırılsın"

ABŞ prezidenti Co Bayden Konqres tərəfindən daha əvvəl təsdiqlənən qanu

arrow Ətraflı