Azərbaycan əleyhinə səsləndirilmiş yalan və iftira dolu fikirləri qətiyyətlə pisləyirik
Siyasət 20 Mar 2023 19:12:00 305 0
20 mart 2023-cü il tarixində Ermənistan Respublikasının xarici işlər naziri Ararat Mirzoyan tərəfindən Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrovla görüş və mətbuat brifinqi zamanı Azərbaycan əleyhinə səsləndirilmiş yalan və iftira dolu fikirləri qətiyyətlə pisləyir və rədd edirik.
Bu xəbəri də oxu: Əhməd əşŞəraa: Cihadın kölgəsindən Suriyanın zirvəsinə
Bu barədə Son.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib.
"10 noyabr 2020-ci il tarixli Üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, öz silahlı qüvvələrini suveren Azərbaycan ərazilərindən tam çıxarmayan, bununla kifayətlənməyərək öz hərbçilərini qanunsuz olaraq Azərbaycan ərazisinə keçirən, Azərbaycana qarşı davamlı hərbi təxribatlar törədən, yalnız humanitar məqsədlər üçün nəzərdə tutulmuş Laçın yolundan Azərbaycanın təbii sərvətlərini daşımaq, Azərbaycan ərazilərini minalamaq üçün istifadə edən Ermənistanın son dövrlərdə sözügedən sənədə tez-tez istinad edərək, Üçtərəfli Bəyanatı, o cümlədən sülh prosesini pozmaqda Azərbaycanı əsassız şəkildə ittiham etməsi riyakarlığın son həddidir.
Azərbaycanlılara qarşı kütləvi etnik təmizləmə siyasəti həyata keçirən, soyqırımı aktları törədən Ermənistanın Azərbaycanı guya Laçın yolunu bağlamaqda, Qarabağ bölgəsində yaşayan erməni əsilli vətəndaşlara qarşı guya "etnik təmizləmə" və "soyqırımı" törətməkdə günahlandırması beynəlxalq ictimaiyyəti yanlış yönləndirməyə hesablanan növbəti yalandan başqa bir şey deyil.
Azərbaycanın bölgədə sülh gündəliyinin irəlilədilməsi istiqamətində səylərə sadiq qalmasına baxmayaraq, Ermənistanın bu prosesə xələl gətirmək, öhdəliklərindən boyun qaçırmaq məqsədilə Laçın yolunda Azərbaycan vətəndaş cəmiyyəti nümayəndələrinin haqlı etiraz aksiyasına kölgə salmağa cəhd edərək beynəxalq ictimaiyyəti aldatması, o cümlədən 20 mart tarixində şahid olduğumuz kimi, Avropa İttifaqının Ermənistanda missiyasının mövcudluğu zamanı növbəti təxribatlara əl atması qəbulolunmazdır.
Ümumilikdə, mətbuat brifinqi zamanı Ermənistan xarici işlər naziri Ararat Mirzoyanın Azərbaycana qarşı əsassız ərazi iddialarının davam etdiyini göstərən, Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini hədəf alan, daxili işlərinə kobudcasına müdaxilə edən Ermənistan XİN-in 18 mart tarixli əsassız bəyanatındakı iddiaları bir daha təkrarlaması Ermənistanın tarixdən və Azərbaycan XİN tərəfindən bu iddialara qarşı 19 mart tarixində verilmiş açıqlamadan dərs çıxarmadığını göstərir.
Ermənistanı bölgədə sülh və təhlükəsizliyin təmin olunmasına xələl gətirən təxribatçı addımlardan və bəyanatlardan, təhlükəli ritorikadan çəkinməyə, əsassız yerə Azərbaycanı ittiham etmək, beynəlxalq ictimaiyyəti yayındırmaq cəhdlərini davam etdirmək əvəzinə üzərinə götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırırıq", - deyə Nazirlik bildirib.
Baharın atributlarından biri kimi qəbul edilən səməni adətən Novruz bayr
Bukingem sarayı şahzadə Harri və Meqan Markl ilə razılaşıb.
Son.az İranın Qarabağda vuruşmaq üçün İraq və Suriyada yetişdirdiyi te
Son illərdə ölkəmizdə də tanınmağa və evilməyə başlayan avokadonun s
Avstraliya hökuməti Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli İranın fi
Qaşın forması və qalınlığı üz ifadəmizə ən çox təsir edən amillə
Avropalı müttəfiqlər nəinki Kiyevi mərmilərin tədarükü ilə təmin ed�
Bakının Xəzər rayonunda 1978-ci il təvəllüdlü Qədir keçmiş arvadı, 1
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon
Soyuq havada xəstələnməmək üçün yediyiniz və içdiyiniz qidalara da diq
Manhetten dairəsinin prokuroru Elvin Breq tərəfindən ABŞ-nin keçmiş prezi
"3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Tü
Stilist qarşıdan gələn yaz üçün beş əsas şeyin adını çəkib.
Varşava MiQ-29 qırıcılarını Kiyevə təhvil verdikdən sonra Britaniya Pol