Bilgen: İran Qarabağda təxribata hazırlaşır,
Dünya 20 Mar 2023 18:51:00 288 0
Son.az İranın Qarabağda vuruşmaq üçün İraq və Suriyada yetişdirdiyi terrorçular haqqında məqalələrin müəllifi, "Türkiyə" qəzetinin yazarı Yılmaz Bilgenin Axar.az-a müsahibəsini təqdim edir:
Bu xəbəri də oxu: Moskvaya səfəri etirazlarla nəticələndi FOTO
- Yılmaz bəy, İran 44 günlük müharibə dövründə və sonra Azərbaycana qarşı təxribatlardan əl çəkmir, hətta Ermənistanın təhlükəsizliyini öz "qırmızı xətti" elan edib. Sizcə səbəb nədir?
- İranın əsl hədəfi normal idarəçilik sistemi və nizami ordusu olan ölkələrdə qarışıqlıq çıxarmaq və orada sülhün əldə edilməsini qeyri-mümkün hala gətirməkdir. Bugünədək İran İraqdan başqa heç bir ölkə ilə müharibəyə girmədi. "Şiə hilalı" ideoloji planını gerçəkləşdirmək üçün yalnız islam dünyasına müdaxilə etdi, İsrail və ABŞ ilə isə qarşılıqlı hədələrlə kifayətləndi. Yəmən, İraq, Livan, Suriya kimi ölkələrdə İranın daxildəki sinir uclarına 60-70 faiz müdaxiləsi ilə vəziyyət bataqlığa döndü. İndi isə İran 44 günlük Vətən müharibəsindən sonra Azərbaycanın qələbəsini, Ermənistanın məğlubiyyətini həzm edə bilmir. Torpaqların işğaldan azad edilməsini, yaxın gələcəkdə açılacaq Zəngəzur dəhlizini, üstəgəl Azərbaycanın Xankəndi və ətrafında tamamilə suverenliyini təmin etməsini özünə təhdid kimi görür. Ona görə də Cənubi və Qərbi Azərbaycanda beynəlxalq ortalığı qarışdırma missiyasını işə saldı. Biz 44 günlük müharibə ərzində bu təhlükəni gördük və SEPAH-ın Azərbaycan Ordusu bölmələrinin arasındakı silahsız və silahlı PUA-larla bağlı və s. danışıqlara qulaq asaraq, internet yazışmalarını izləyərək, Ermənistana məlumat ötürdüyünü aşkara çıxardıq. Mən Livanda tarixin ən dəhşətli cinayətlərindən olan Xocalı soyqırımının, Qarabağda baş verən hadisələrin şahidi olmuş Hizbullahın ilk baş katibi Sübhi Tüfeyli ilə görüşdüm. O mənə o vaxt Tehrana gedib, oradakılara Xocalıda və ümumiyyətlə, Qarabağda müsəlmanların qətlə yetirildiyini, buna İranın laqeyd yanaşmamalı olduğunu dediyini bildirdi. O zaman İranın keçmiş xarici işlər naziri, hazırda Xameneinin beynəlxalq məsələlər üzrə müşaviri Əli Əkbər Vilayəti, digər dövlət rəsmiləri, hətta ali rəhbərin özü də Tüfeyliyə İranın siyasi məqsədlərinin duyğusallıqdan daha önəmli olduğunu deyiblər. Üstəlik onlar türklərin bir-birinə yaxınlaşmasının qarşısını almaq üçün Ermənistanın yanında olmağın vacibliyindən bəhs ediblər...
- "Türkiyə" qəzetində İranın İraq və Suriyada Qarabağda vuruşmaq üçün terrorçulara təlim verdiyi haqqında məqalələriniz böyük rezonans doğurdu. Bunlar haqqında bəhs edərdiniz...
- İran yenə Zəngəzur dəhlizinin açılmasına mane olmaq üçün gedib Qərbi Azərbaycanda - Qafanda baş konsulluq açdı və burada yezidilər üzərindən iş aparır. İran eyni zamanda İraq və Suriyada da yezidiləri hərəkətə gətirib. Məqsəd isə Qarabağda hələ də separatçıların olduğu bölgədə vəziyyəti Azərbaycanın əleyhinə dəyişməkdir. İranla Ermənistan arasında təhlükəsizlik, müdafiə və digər sahələrdə müqavilələr imzalandı. Ermənistanın təhlükəsizliyi İranın "qırmızı xətti" adlandırıldı. Eyni İran Qarabağa göndəriləcək 4000 terrorçunun hazırlanması məqsədilə Qüds qüvvələrinin komandanı İsmayıl Qaanini Suriyaya göndərdi. Bunlar daha çox Həşdi-Şəbi, Əsaib Əl-Haqq, Hizbullah və Hərəkatun Nücəba kimi terror təşkilatlarından seçilir. Ən çox da yezidilərə üstünlük verilir. Səbəb isə odur ki, terror qruplaşmalarından seçilən yezidilərin Ermənistanda yaşayan 100 mindən artıq yezidi ilə daha rahat inteqrasiya olacağını düşünürlər. İran Orta Şərqin bəlkə də ən qarışıq yeri olan Sincarı da təlim mərkəzi kimi istifadə edir. Suriyadan gətirdikləri terrorçulara Baac yolu və Hanasur-Sincar dağı arasında, Beytl əl-Domizdə qurulan iki düşərgədə təlim keçirilir. Bu anadək sözügedən düşərgələrdə şiə milisi yetişdirilib. Əlimizdə fərqli mənbələrdən, təhlükəsizlik bürokratiyasından əldə etdiyimiz məlumatlar, görüntülər, fotolar var. Burada İrandan göndərilən mütəxəssislər işləyir, həm nizami ordu təlimləri verirlər, həm də arxa cəbhədə təxribatlar törədə biləcək diversantlar yetişdirirlər. Qeyd etdiklərimizdən başqa Mosul və Dialadakı düşərgələrdə də eyni şəkildə təlimlər keçirilir. Əlimizdəki informasiyalara görə, bunlardan 90 faiz ehtimalla döyüş və ideoloji təlimdən sonra İraq və Suriyada deyil, başqa yerdə istifadə olunacaq. Ehtimallar arasında ən böyük versiya Qarabağdır. Yəqin ki, bunları Ermənistanın və ya separatçıların dəvəti ilə Qarabağa daşıyacaqlar.
- Sizcə, baş verənlər qarşısında Türkiyə və Azərbaycan hansı addımları atmalıdır?
- Türkiyədə may ayında keçiriləcək seçkiləri İran fürsət kimi görür və daxildəki etirazları susdurmaq üçün xaricdə müharibə apardıqları görüntüsünü vermək istəyirlər. Yəni rəsmi Tehran Qarabağ üzərindən öz problemlərini də həll etmək istəyir. Amma təbii ki, qarşılarında Yəmən və Suriyadakı kimi parçalanmış bir ölkə yoxdur. Azərbaycan güclü dövlətdir və Türkiyə də "bir millət, iki dövlət" şüarına uyğun şəkildə ordu və millət olaraq öz qardaşının yanındadır. İran Qarabağı qarışdırmaq üçün Azərbaycanda İsrail hərbi bazalarının olduğunu belə iddia edib. Əlbəttə, Türkiyə və Azərbaycan birdir, İranın belə kirli planı həyata keçirməsi o qədər asan olmayacaq. Lakin diqqətli olmaqda fayda var. Bəlkə bölgədə bir az qarışıqlıq ola bilər. Ümumi seçki prosesində və ondan sonra bir müddət sabotajların şahidi ola bilərik. Ancaq sonda İranın çox qorxduğu və "qırmızı xətt" adlandırdığı Zəngəzur dəhlizi mütləq açılacaq. Rusiyanın bu planla bağlı mövqeyi haqqında konkret bir şey deyə bilmərəm, amma İran burada Fransa ilə birlikdə hərəkət edir. Türkiyə və Azərbaycan da baş verənlərdən xəbərdardır. Dövlətlərimizin bölgədə sabitliyi təmin etmək üçün həm infrastruktur layihələri var, həm də müharibə ehtimalına qarşı hər zaman hazırlıq davam edir.
Son illərdə ölkəmizdə də tanınmağa və evilməyə başlayan avokadonun s
Avstraliya hökuməti Rusiya hərbi-sənaye kompleksi ilə əlaqəli İranın fi
Qaşın forması və qalınlığı üz ifadəmizə ən çox təsir edən amillə
Avropalı müttəfiqlər nəinki Kiyevi mərmilərin tədarükü ilə təmin ed�
Bakının Xəzər rayonunda 1978-ci il təvəllüdlü Qədir keçmiş arvadı, 1
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon
Soyuq havada xəstələnməmək üçün yediyiniz və içdiyiniz qidalara da diq
Manhetten dairəsinin prokuroru Elvin Breq tərəfindən ABŞ-nin keçmiş prezi
"3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Tü
Stilist qarşıdan gələn yaz üçün beş əsas şeyin adını çəkib.
Varşava MiQ-29 qırıcılarını Kiyevə təhvil verdikdən sonra Britaniya Pol
Martın 18-19-da Koreya Xalq Demokratik Respublikasının (KXDR) Silahlı Qüvv�
Orqanizmimiz mikroblarla doludur. Mikrobların insan orqanizminə həm xeyri, h�
Rusiyanın nəzarində olan Mariupol şəhərində Ermənistan və Dağıstan ba