Bakıda şok Kişi arvadı olan otağa ilan buraxdı, boğazına ip saldı,
Kriminal 20 Mar 2023 18:00:00 356 0
Bakının Xəzər rayonunda 1978-ci il təvəllüdlü Qədir keçmiş arvadı, 1982-ci il təvəllüdlü Gülnarı (adlar şərti verilib - red.) qətlə yetirib.
Bu xəbəri də oxu: Məşhur azərbaycanlı tiktoker həbs olundu
Son.az Teleqraf.com-a istinadən bildirir ki, qətl hadisəsi 15 iyul 2022-ci ildə Binə qəsəbəsi, "Bakavtamot" yolu ərazisində baş verib.
Qədir həmin gün, təxminən saat 19 radələrində əvvəllər ailəsi ilə birlikdə yaşadığı "Bakavtamot" yolu ərazisindəki evinin yaxınlığında, 2018-ci ildə rəsmən boşandığı keçmiş arvadı Gülnar və bu nikahdan olan övladı, 2008-ci il Güneli görüb.
Qədir onların keçmiş hasar qonşusu Vidadiyə məxsus evin həyətinə daxil olduqlarını müəyyən edib. O, həmin həyətdə olan arvadına xəbər göndərib və qızı Güneli görmək istədiyini bildirib.
Keçmiş arvadından rədd cavabı aldıqda onu öldürmək qərarına gəlib.
Qədir dəvət edilmədiyi halda həmin həyətə girib. Bıçaqla Gülnara 16 zərbə vurub. Qadın aldığı zərbələrdən vəfat edib.
İstintaq orqanı tərəfindən Qədirin barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 157.1-ci (Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş əsaslar olmadan, mənzildə yaşayanın iradəsi ziddinə mənzilə daxil olma) maddələri ilə ittiham elan edilib.
"Görüşməyə imkan vermirdi"
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Qədirin sözlərinə görə, Gülnarla 2018-ci ildə boşanıb: "Sonra barışdıq və birlikdə yaşadıq. Bir müddət keçmiş yenidən ayrıldıq. Hadisədən 11 ay əvvəl Gülnarla ayrıldım, o, rayona atasının yaşadığı evə getdi".
Təqsirləndirilən şəxsin sözlərinə görə, hadisə baş verməmişdən 10 gün əvvəl Binə qəsəbəsində yaşayan Vəli adlı qonşusuna səhvən zəng vurub: "Ondan övladlarımı görüb-görmədiyini soruşdum. Vəli də övladlarımın qonşu uşaqları ilə birlikdə məhəllədə hər gün oynadıqlarını, lakin harada yaşadıqlarınıb bilmədiyini dedi. Son zamanlar Gülnar mənə uşaqlarımla görüşməyə imkan vermirdi".
"Qadınlar üstümə gəldilər"
Qədir qeyd edib ki, iyulun 15-də saat 18 radələrində Vasif adlı şəxsdən pul borcunu almaq üçün Vəlinin yaşadığı məhəlləyə gedib:
"Küçədən keçəndə Gülnarın qızım Günellə birlikdə Vidadi adlı qonşunun həyətinə girdiyini gördüm. Vəliyə zəng edərək çağırdım və Vidadigildən Güneli çağırmasını, qızımı görmək istədiyimi dedim. Vidadigilə gedən Vəli bir qədər sonra geri qayıtdı və mənə Gülnarın "polis çağıracam, buranı tərk etsin, uşağı göstərmirəm" dediyini bildirdi. Bu sözdən halım dəyişdi. Çünki Gülnar məndən bir neçə dəfə polisə şikayət etmişdi.
Vəli və Vasif bir az irəli getdi. Mən isə Vidadigilin həyətinə girdim. Gülnarı görəndə həyəcandan özümdən çıxdım. Həmin vaxt qadınlar da orada idi. Qadınlar üstümə gəldikdə özümü itirdim.
Lakin sonra nə baş verdiyini, Gülnara neçə bıçaq vurmağımı xatırlamadım. Qızımın yanımda olmasına belə fikir vermədim. Bir də özümə gələndə maşına oturduğumu, üstümün qan olduğunu gördüm. Qardaşıma zəng vurdum və məsələni dedim. Qardaşım məni evlərinə apardı, polisə zəng vurdu. Polisə təslim oldum".
Təqsirləndirilən şəxs qeyd edib ki, maşında olan bıçağı bir neçə ay əvvəldən qaynı Sadiqin onu dəfələrlə hədələlədiyi üçün maşında saxlayərmış.
Bildirib ki, Gülnarı öldürməyə getməyib, özünün psixi pozuntuları olub, bununla bağlı bir neçə dəfə xəstəxanada müalicə alıb.
"Döyməyəcəyini söyləsə də, əməl etmədi"
Cinayət işi üzrə zərərçəkmiş şəxsin hüquqi varisi qismində ifadə verən mərhumun atasının sözlərinə görə, təqsirləndirilən şəxs onun uzaq qohumudur: "Qədir qızımla 2003-cü ildə ailə həyatı qurdu və ayrıldı. Mənə polis bölmələrinə getməkdən bezdiklərini dedi. Qızım evli olduğu zaman dəfələrlə döyülürdü. Qədir qızımı hər dəfə döyəndə, Gülnar döyülməyini bizə bildirib. 6 il əvvəl Qədir özü mənə yazılı iltizam verərək Gülnarı döyməyəcəyini söyləsə də, yenə eyni əmələ davam etdi".
"Qızıma cəhənnəmi yaşadıb"
Hüquqi varis qeyd edib ki, evli olduqları zaman Qədir Gülnarı dəfələrlə öldürmək istəyib: "Bir dəfə yaşadıqları evin zirzəmisinə ilan buraxaraq Gülnarı bu yolla öldürmək istəmişdi. Daha sonra avtomobil qəzasına salaraq öldürmək istədi. 2017-ci ildə xaricə getmək adı ilə aldadaraq Gülnara boşanma ərizəsi yazdırdı və daha sonra Lerik rayon Məhkəməsinin qərarı ilə boşandılar.
Qədir sonra yenə birlikdə yaşamağı təklif etdi və boşanandan sonra 1 il birlikdə yaşadılar. Onu da Qədir aliment verməmək üçün etmişdi. O, qızımın başına çox müsibətlər gətirib, qızıma cəhənnəmi yaşadıb".
Hüquqi varis bildirib ki, avqustun 27-də Xəzər rayon Polis İdarəsinə şikayət ediblər: "Lakin polis bölməsində işə xitam verildi. Qədir öz dini məzhəbini dəyişmişdi və qızımı da dini məzhəbini dəyişməyə məcbur etmişdi. Hadisə günü Lerik rayonunun kəndində oluşam. Oğlum mənə zəng edərək Qədirin Gülnarı öldürdüyünü dedi. Mən də Bakı şəhərinə gəldim".
"Məni və qardaşımı da döyürdü"
Şahid qismində ifadə verən təqsirləndirilən və zərərçəkmiş şəxsin qızı Günelin sözlərinə anası ilə atası boşanmamışdan əvvəl onlar Binə qəsəbəsində yerləşən nömrəsiz evdə yaşayıblar: "Həmin ünvanda yaşadığımız zamanlarda anamla atam arasında dəfələrlə mübahisə, münaqişə olub. Atam anamı döyürdü. Mən və qardaşım araya girdikdə atam bizi də vururdu. Çox xırda səbəblərə görə mübahisə yaradır, qan-qaraçılıq salırdı. Mənimlə və qardaşımla da acı danışırdı".
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahu ilə telefon
Soyuq havada xəstələnməmək üçün yediyiniz və içdiyiniz qidalara da diq
Manhetten dairəsinin prokuroru Elvin Breq tərəfindən ABŞ-nin keçmiş prezi
"3+3" formatında (Azərbaycan, Ermənistan, Gürcüstan - Rusiya, Tü
Stilist qarşıdan gələn yaz üçün beş əsas şeyin adını çəkib.
Varşava MiQ-29 qırıcılarını Kiyevə təhvil verdikdən sonra Britaniya Pol
Martın 18-19-da Koreya Xalq Demokratik Respublikasının (KXDR) Silahlı Qüvv�
Orqanizmimiz mikroblarla doludur. Mikrobların insan orqanizminə həm xeyri, h�
Rusiyanın nəzarində olan Mariupol şəhərində Ermənistan və Dağıstan ba
Yazın gəlişinə çox az qalıb. Deməli, idman ayaqqabısı barədə düşün
Türkiyədə zəlzələ nəticəsində həlak olanların sayı 50 096 nəfərə
ABŞ-nın Krionika İnstitutunun rəhbəri 54 yaşlı Miluoki sakini Dennis Kova
Son.az Kulis.az-a istinadən müğənni Xuraman Şuşalı haqqında maraqlı fak
İşğaldan azad edilən Talış kəndinə köçürülən sakinlərin məşğull