Bilmədiyimiz səyahət sirri: Çoxumuza elə gəlir ki, oteli özümüz bron etsək...
Digərləri 19 Mar 2023 19:24:00 274 0
Bu xəbəri də oxu: Xurma barədə bilmədiklərimiz Sirləri AÇIQLANDI
Xüsusilə bayram və tətil günlərində insanlar vaxtlarını daha səmərəli, xoş və yaddaqalan etmək üçün müəyyən istirahət yerlərinə üz tutmağı seçirlər. Bu zaman, insanlar düşünür ki, özü səyahət proqramı hazırlasa, birbaşa hoteldə yer bron etsə, daha ucuz və sərfəli olar, nəinki bu proqramı turpaketlə həyata keçirdikdə. Bu yanaşma doğrudurmu? İnsanlar yanılmır ki?
Son.az bildirir ki, publika.az bunu araşdırıb. Mövzu ilə bağlı danışan turizm məsələləri üzrə ekspert Rəhman Quliyev məsələyə aydınlıq gətirib. O, öncəliklə tətil günlərində müşahidə edilən qiymət artımı ilə bağlı fikirlərini bölüşüb.
"Nəzərə alsaq ki, turistlərin çox hissəsi aşağı büdcəyə malikdir. Hamı gəzmək istəyir, onların gəzməyi üçün də, qiymətlər əlçatan olmalıdır. Təəssüflər olsun ki, bütün dünyada olduğu kimi Azərbaycanda da regionlardakı tətil yerlərinin qiymətini elə bir formada tənzimləyirlər ki, həmin günlərdə qiymətlər əvvəlkindən daha baha olur. Bunun da özlüyündə bir neçə səbəbi var. Hotellərdə öncəki günlərdən fərqli olaraq satış daha yüklü olduğu üçün aşağı kateqoriyalı otaqlar satılır, üst dərəcəli otaqlar isə qalır. Təbiidir ki, onlar da qiymət və standart etibarilə nisbətən daha baha olur. Məlum olduğu kimi, qarşıdan yay fəsli gəlir. Bu, tətil deməkdir. Bununla bağlı da artıq erkən satışlar başlayıb. Erkən rezervasiyaların satışlarını turizm şirkətləri həyata keçirir"
İndi isə keçək əsas suala. Ekspert deyir bu gün beynəlxalq səviyyədə, sistemlər mövcuddur. Bütün dünyada fəaliyyət göstərən turoperatorlar var:
"Turoperatorlar hotellərə yatırım edirlər. Məsələn, hər hansı bir turoperator Antalya, Bodrum, yaxud da Dubaydakı otellərə şirkət erkən rezervasiyadan da öncə - yəni əgər erkən rezervasiya fevralda başlayırsa, yanvar ayından etibarən yatırım edir. Və hoteldən müqavilə əsasında ən ucuz qiymətə yerlər bron edir. Həmin hotelləri də dünya bazarında satışa çıxarır. Öz gəlirini də üzərinə əlavə edərək müştərilərə satır. Yaxud da turoperator ölkədə olan turagentlərə faiz verir. Bu, anlaşmaya görə fərqlənir. Anlaşmaya görə turagentlər faiz aldığı üçün, müştəriyə bir qədər güzəştə gedir. Bu baxımdan da turpaket vasitəsi müştəriyə daha ucuza başa gəlir.
Müştəri özü isə birbaşa hotelə sifariş verdikdə, bu, daha baha başa gələcək. Ən azından 10-15 % qədər baha olacaq".
R.Quliyev vurğulayıb ki, insanlar turizm şirkətləri ilə əməkdaşlıq etsələr, daha məqbul olar:
Qazaxıstanda parlament seçkilərində səsvermə başa çatıb.
1990-cı illərdə ulduzu parlamış və bütün dünyanı öz gözəllikləri i
Yunanıstanda 2018-ci ildən bu ölkədə gizli fəaliyyət göstərən casus a�
Artıq uzun illərdir ki, qadınlar gözlərinin gözəlliyini vurğulamaq üç�
Sabirabad rayonunda 1991-ci il təvəllüdlü Rəhim qeyri-rəsmi nikahda olduğ
Böyük Britaniyada iki delfin quş qripindən ölüb.
Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri Rosario Salvatore Aitala, Antoin
Sülhü təhdid edən bu addımlarından diqqəti yayındırmaq üçün qondarma
Ermənistan Azərbaycan ərazilərinə yeni istehsal edilmiş minalar ötürmək
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci
2023-cü ilin yaz-yay mövsümündə ən dəbli ətək modelləri bəlli olub.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin A