Sabirabadda dəhşət: Kişi arvadının gözü qarşısında oğulluğunu...
Kriminal 19 Mar 2023 18:00:00 334 0
Sabirabad rayonunda 1991-ci il təvəllüdlü Rəhim qeyri-rəsmi nikahda olduğu həyat yoldaşı Elmira və onun azyşlı övladı Elmirə (adlar şərti verilib - red.) işgəncə verib.
Bu xəbəri də oxu: Ərə getmək arzusu baha başa gəldi "WhatsApp"la
Son.az Teleqraf.com-a istinadən bildirir ki, Rəhim 2021-ci ilin yanvarında Elmira ilə qeyri-rəsmi nikaha daxil olub və Sabirabad rayonunun Narlıq kəndindəki ata evində onunla birgə yaşamağa başlayıb.
Rəhim Elmiranın 2014-cü il təvəllüdlü övladı Elmiri oğulluğaqəbul etməyib. O, mütəmadi olaraq Elmiranı və Elmiri əvvəlcə birgə yaşadıqları ata evində, daha sonra qaldıqları qardaşına məxsus evdə döyüb, onlara fiziki ağrı və psixi iztirab verib. O, 5 yanvar 2021-ci ildə gecə saatlarında atasına məxsus evin həyətində Elmiranın qəfədana su doldurmamışdan qabaq salavat çevirməməsini bəhanə edib. Onun baş və bədəninin müxtəlif nahiyələrindən vurub.
Həmin ilin martın 10-da qardaşına məxsus evdə, dərs oxumadığını bəhanə edərək Elmiri və onun anası Elmiranı yenidən döyüb.
Bundan bir neçə gün sonra Rəhim yenidən dərs oxumadığını əsas gətirərək tənbeh bəhanəsi ilə Elmirin başını stolun tininə vurub. Uşağa sağ qaş üstü nahiyəsində səthi yara və alın nahiyəsində qançırlardan ibarət dərəcəsi təyin edilməyən bədən xəsarətləri yetirib.
Daha sonra o, aşyaşlının dərs tapşırıqlarını yerinə yetirmədiyi üçün tənbeh etmək bəhanəsilə həyətə çıxarıb. Azyaşlıya qarşı zorakılıq hərəkətlərini dayandırmasını xahiş edən Elmiranın yalvarışlarına baxmayaraq hərəkətlərinə davam edib. Elmiranın bədəninin müxtəlif nahiyələrinə yumruq və təpik zərbələri vurub. Elmiri isə zirzəmiyə salaraq qapını bağlayıb.
İstintaq orqanı tərəfindən Rəhimin barəsində Cinayət Məcəlləsinin 133.2.1-ci (iki və ya daha çox şəxsə qarşı və ya girov götürülən yaxud oğurlanmış şəxsə qarşı və ya sifarişlə əzab vermə), 133.2.4-cü (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı əzab vermə) və 145.2.3-cü (yetkinlik yaşına çatmayan şəxs barəsində qanunsuz azadlıqdan məhrum etmə) maddələri ilə ittiham elan edilib.
"Anası xahiş etdi ki, bir qədər dözüm"
Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində ifadə verən Elmira bildirib ki, əvvəllər ailəli olub və birinci evliliyindən bir oğlan uşağı var: "Sabirabad rayonu Narlıq kənd sakini Rəhimi 2020-ci ilin oktyabr-noyabr aylarından tanımışam. Onunla həmin vaxtdan qeyri-rəsmi ər-arvad kimi yaşamağa başlamışam. İki dəfə ailəli olmasına baxmayaraq Rəhimin övladı olmayıb.
20-25 gün bir yerdə qalandan sonra Rəhim əsassız yerə evdə mübahisə saldı. Birinci evliliyimdən olan oğlum Elmiri döyməyə başladı. Onu anamgilə göndərməyimi tələb etdi. Rəhimin anası Xanım da bunları görürdü. Rəhimə tapşırdı ki, uşaqla işi olmasın.
Rəhim döydükdə anasıgilə bu barədə demişəm. Lakin anası hər dəfə məndən xahiş etdi ki, bir qədər də dözüm. Daha bir ailəsinin dağıtmasını istəmirdi".
Zərərçəkmişin sözlərinə görə, Rəhim onu atasıgildən çıxarıb və qardaşı Səmədin evində saxlamağa başlayıb: "Buna görə "Xata" ləqəbli Səməd öz ailəsini götürərək ata evinə köçdü. Rəhim qardaşının evində də məni başa düşmədi, hər xırda məsələyə görə mütəmadi olaraq məni döyqb incitdi.
Rəhim mənimlə bərabər azyaşlı oğlum Elmiri də həm qardaşının evində, həm də atasının evində döyürdü. Elmiri ən çox dərs oxumadığına görə incidirdi. Qardaşı həmişə Rəhimi sakitləşdirməyə çalışırdı ki, bizi döyməsin".
"Yalvardım ki, məni döysün"
Elmira qeyd edib ki, 25 mart 2021-ci ildə axşam saatlarında Rəhim dərs oxumadığına görə Elmirin başını stolun tininə vurub və onun qaş nahiyəsinə xəsarət yetirib: "Səhəri günü axşam saat 20 radələrində Rəhim evə gəldi. Oğlumun televizora baxdığını gördü, yanına çağıraraq çantasını gətirməyi və dərslərini hazırlamağı tapşırdı. Onu dərsləri barədə sual-cavab eləməyə başladı.
Elmir suallara cavab verə bilmədiyi üçün onu qolundan tutaraq həyətə apardı. Mən də onların arxasınca çıxdım. Rəhuimə yalvarmağa başladım ki, uşağı heç bir yerə aparmasın. O, oğlumu apara-apara yumuruq-təpiklə döyürdü. Buna imkan verməyəndə məni də döyməyə başladı.
Həmin vaxt Rəhim yumuruqla vuraraq mənim sol gözümə, eyni zamanda ayaq nahiyəmə də xəsarət yetirdi. Buna baxmayaraq yenə də Rəhimə yalvardım ki, məni döysün, oğlumu vurmasın, yazıqdı".
"Səsin çıxsa, bıçaqla doğrayıb öldürəcəm"
Elmira deyib ki, Rəhim Elmiri evin altında olan zirzəmiyə salıb və qapısını çöldən bağlayıb: "Elmirə tapşırdı ki, səsini çıxarma, səsin çıxsa, bıçaqla doğrayıb öldürəcək. Mənə də tapşırdı ki, Elmirin çağırışına cavab verib, onun hayına getsəm, məni də öldürəcək. Özü isə evə çıxaraq televizora baxmağa başladı. Mən də çarəsizlikdən ancaq ağlamağa başladım. Hətta azyaşlı oğlumun yalvararaq məni çağırmasını eşitsəm də, ona köməyə geymədim. Fikirləşdim ki, getsəm, Rəhim çölə çıxaraq məni və oğlumu öldürər. Gecə saat 02 radələrinə qədər gözlədim.
Sonra Rəhimi yuxudan qaldırdım. Dedim, Elmiri zirzəmidən gətir, uşaqdı, yazıqdı, qorxudan ağlayır. Rəhim də bir təhər razı oldu, Elmiri zirzəmidən çıxarmağa razılaşdı. Elmiri oradan götürərək evə gətirdim.
Səhəri gün anam, xalam bizə gəldi. Elmirin qaşının partladığını, mənim gözümün altının qaraldığını, normal yeriyə bilməmədiyimi gördülər. Məndən nə baş verdiyini soruşdular. Ağlaya-ağlaya Rəhimin 2 gündür bizi lap pis döydüyünü, Elmirin qaşını partlatdığını, onu gecə saat 2 radələrinə qədər zirzəmidə saxladığını danışdım.
Anam məni və azyaşlı oğlumu götürərək ata evimizə gətirdi. Ordan da birbaşa Sabirabad rayon polis şöbəsinə gəldim. Rəhimin məni və azyaşlı oğlumu döyməsi, bizi öldürməklə hədələməsi barədə şikayət etdim".
Zərərçəkmiş qeyd edib ki, Rəhim yanvarın 5-də gecə saatlarında həyətdə qəfədana su doldurmamışdan qabaq nə səbəbə salavat çevirmədiyini deyib, onu yumuruq və təpiklə döyüb, qış havasında soyuq suyu dolduraraq üzərinə töküb, belə vəziyyətdə onu həyətdə saxlayıb.
Böyük Britaniyada iki delfin quş qripindən ölüb.
Beynəlxalq Cinayət Məhkəməsinin hakimləri Rosario Salvatore Aitala, Antoin
Sülhü təhdid edən bu addımlarından diqqəti yayındırmaq üçün qondarma
Ermənistan Azərbaycan ərazilərinə yeni istehsal edilmiş minalar ötürmək
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci
2023-cü ilin yaz-yay mövsümündə ən dəbli ətək modelləri bəlli olub.
Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin A
Türkiyə Milli Kəşfiyyat Təşkilatı Suriyada keçirdiyi xüsusi əməliyyat
ABŞ-ın Miçiqan ştatının sakini yanacaqdoldurma məntəqəsindən aldığı
Soyuq havalarda saxlanılan pəhrizlərdə zəif qidalanma immunitetin aşağı
Vatikan şənbə günü hökumətin diplomatik münasibətləri dayandırmaq tə
Kişilərin saçlarına verdiyi əhəmiyyət və diqqət hamıya məlumdur. Qad�
Avstraliyanın Yeni Cənubi Uels əyalətindəki Darlinq çayında rast gəlinə
Son.az Kulis.az-a istinadən müğənni, Əməkdar artist Almaz Ələsgərli haq