Suqovuşan su anbarı boyunca turizm obyektləri tikilir
Siyasət 19 Mar 2023 17:23:00 114 0
Martın 18-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Birinci xanım Mehriban Əliyeva və qızları Arzu Əliyeva Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmiri, su anbarı boyunca yaradılan turizm infrastruktur obyektlərinin tikintisi ilə tanış olublar.
Bu xəbəri də oxu: Ərdoğanı dəstəkləməyənlər Türk Dünyasına xəyanət edir
Son.az Trend-ə istinadən bildirir ki, Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov dövlətimizin başçısına və birinci xanıma görülən işlər barədə məlumat verib.
Bildirilib ki, Birinci Dövlət Proqramı çərçivəsində əsas infrastruktur obyektlərinin təmir-bərpa və yenidənqurma layihələri çərçivəsində Suqovuşan su anbarının və ondan çıxan magistral su kanalının əsaslı təmirinə başlanılıb. Hazırda su anbarının divarlarına beton örtüyün vurulması, oradakı bütün avadanlıqların əsaslı təmiri həyata keçirilir, magistral kanalda zəruri işlər görülür. Eyni zamanda, Suqovuşan su anbarı boyunca ilkin turizm infrastruktur obyektlərinin yaradılmasına başlanılıb. Burada Turizm İnformasiya Bürosu inşa olunur, sahilboyu park salınır, avtodayanacaq tikilir.
Qeyd edildi ki, Qarabağ iqtisadi rayonunda "Xaçınçay", "Köndələnçay-1", "Köndələnçay-2", "Köndələnçay-3" su anbarlarında paralel olaraq aparılan bərpa, əsaslı təmir və yenidənqurma işlərinin bu ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.
2023-cü ilin yaz-yay mövsümündə ən dəbli ətək modelləri bəlli olub.

Azərbaycan Xarici İşlər Nazirliyi Ermənistan Xarici İşlər Nazirliyinin A

Türkiyə Milli Kəşfiyyat Təşkilatı Suriyada keçirdiyi xüsusi əməliyyat

ABŞ-ın Miçiqan ştatının sakini yanacaqdoldurma məntəqəsindən aldığı

Soyuq havalarda saxlanılan pəhrizlərdə zəif qidalanma immunitetin aşağı

Vatikan şənbə günü hökumətin diplomatik münasibətləri dayandırmaq tə

Kişilərin saçlarına verdiyi əhəmiyyət və diqqət hamıya məlumdur. Qad

Avstraliyanın Yeni Cənubi Uels əyalətindəki Darlinq çayında rast gəlinə

Son.az Kulis.az-a istinadən müğənni, Əməkdar artist Almaz Ələsgərli haq

Qadınların əksəriyyəti aylıq tsikl ərəfəsini çox ağır keçirir: güc

Düzgün oturan büstqalter təkcə rahat hərəkət yox, həm də düzgün du

Reper Tyga sevgilisi kanadalı məşhur rok ifaçısı Avril Lavinə verdiyi h

Balakən rayonunda 1995-ci il təvəllüdlü Fərhad qısqanclıq zəmində həy

Türkiyənin İstanbul şəhərinin Beyoğlu rayonunda kafeyə silahlı hücum o
