Yataq dəstini vaxtında dəyişdirməyənlərə XƏBƏRDARLIQ:
Digərləri 19 Mar 2023 11:20:00 306 0
Çarşaflarda toz, kir, ölü dəri hüceyrələri, tər, saç və digər kiçik hissəciklər toplanır. Çarşaflarınızı hər həftə yumaq, bədəninizin çirkli yataq dəstlərinə yapışmağa meylli olan göbələklər, zərərvericilər bakteriyalara yoluxma riskini azaldır. Amma yataq dəstinizi vaxtında dəyişdirməsəniz, qarşısını ala biləməyəcəyiniz xəstəliklərlə qarşılaşa bilərsiniz.
Bu xəbəri də oxu: Meteohəssas insanlarda narahat ola bilər
Son.az Lent.az-a istinadən yataq dəstindən yaranan xəstəlikləri təqdim edir: 1. Eqzema
Eqzema ilə dəri quruyur, çatlayır və qaşınır. Onun ən çox yayılmış forması olan atopik, hər beş uşaqdan birində rast gəlinir. Çirkli çarşaflar isə xəstəliyin əlamətlərini ağırlaşdıra bilər.
2. Pnevmoniya
"Staphylococcus aureus" kimi bəzi daha təhlükəli toz gənələri də yataq dəstində yaşayır. Bu bakteriya tənəffüs problemlərinə və ağır hallarda hətta ölümə səbəb olan pnevmoniyaya səbəb ola bilər. Həkimlər pnevmoniyanı "səssiz qatil" adlandırırlar, çünki onun ilk əlamətləri soyuqdəyməyə bənzəyir.
3. Sızanaqlar
11-30 yaş arası insanların 95 faizi müəyyən dərəcədə sızanaqlardan əziyyət çəkib. Gigiyenanın düzgün aparılmaması sızanaqları daha da pisləşdirə bilər. Sızanaqların ağırlaşma riskini artırır. Mütəxəssislər yastıq örtüklərini ən azı üç gündə bir, bütün digər alt paltarlarını isə həftədə bir dəfə dəyişməyi tövsiyə edirlər.
4. Astma
Astma tənəffüs problemlərinə səbəb olan bronx toxumalarının iltihabıdır. Bu xəstəlik ən çox uşaqlarda olur, lakin böyüklər də yoluxa bilər. Astma tutmaları ağır diskomfort yaradır, bəzi hallarda isə ölümlə nəticələnir.
Toz gənələri bu xəstəliyi təhrik edə bilər. Uzun müddət yuyulmayan yataq dəstlərində yığılaraq tənəffüs yollarına daxil olur və toxumaları qıcıqlandırırlar. Astma infarkt və insult riskini artırdığı üçün "səssiz qatil" də adlandırılır.
Son.az
Böyük Britaniyada altı ildir evli və iki uşağı olan cütlük qorxunc bir
İsmayıllı rayonunda 1988-ci il təvəllüdlü Cəlil ailə münaqişəsi zəm
Türkiyənin ilk "Hürjet" reaktiv təlim təyyarəsi uçuş zolağın
Novruz bayramı ilə əlaqədar təhlükəsizliyə dair Fövqəladə Hallar Nazi
Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin martın 18-
"Bu il Azərbaycan xalqı Novruzu "Heydər Əliyev İlin"də, Ulu
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev, birinci xanım Me
Soçidə körpəsinə işgəncə verməkdə şübhəli bilinən xam qida bloger
"Freddi" tropik qasırğası Afrikanın 3 ölkəsində - Madaqaskar, M
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketin buraxılışını
Kanadanın Baş naziri Castin Trüdo "Twitter" hesabında Novruz bayra
Türkiyənin müstəqilliyi uğrunda canlarından keçən qardaş-bacılarımız
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan
Aktyor Fərda Xudaverdiyev övladları ilə obyektiv qarşısına keçib.