"Ermənistan adlanan ərazinin qanuni sakinləriyik və evlərimizə geri qayıtmaq hüququmuzdur"


Siyasət 19 Mar 2023 10:37:00 196 0

"Ermənistan adlanan ərazinin qanuni sakinləriyik və evlərimizə geri qayıtmaq hüququmuzdur"

Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin martın 18-də bəyanat verərək bu ölkədən qovulmuş azərbaycanlıların geri qayıtmaq hüququna xələl gətirməyə növbəti dəfə cəhd etməsi ilə bağlı bəyanat yayıb.

Son.az icmanın saytına istinadla həmin bəyanatı təqdim edir:

"Əvvəla, vurğulamaq istərdik ki, sırf insan haqları məsələsi olan Qərbi Azərbaycan mövzusu Ermənistan hökumətinin etnik təmizləmə siyasəti və bu siyasətin nəticələrini aradan qaldırmaqdan imtina etməsi nəticəsində gündəliyə gəlib. Bizim təşkilatımız 1989-cu ildə təsis edilib və o dövrdən bəri ardıcıl olaraq, geri qayıtmaq hüququmuzun reallaşması uğrunda mübarizə aparırıq.

Ermənistanda monoetnik vəziyyətin olduğu hamılıqla bilinən faktdır. Yaxın keçmişədək bu ərazidə azlıq təşkil etmiş ermənilər indi orada əhalinin 99%-dən çoxunu təşkil edirlər. Bu vəziyyət bədnam etnik təmizləmə nəticəsində meydana çıxıb. Ermənistanda qalmış cüzi sayda etnik azlıqlara dekorativ məqsədlə, parlamentdə kvota əsasında müəyyən sayda yer vermək, etnik təmizləmələri və davam edən irqi-ayrı seçkiliyi ört-basdır etmək üçün uğursuz cəhdlərdir.

Bir daha vurğulayırıq ki, biz Ermənistan adlanan ərazinin qanuni sakinləriyik və evlərimizə geri qayıtmaq bizim mütləq və əzəli hüququmuzdur. Ermənistan Azərbaycan ilə münasibətlərinin xarakterindən asılı olmayaraq, öz ərazisindən qovduğu sakinlərinin geri qayıtmasına qeyd-şərtsiz şərait yaratmalıdır.

Biz Ermənistan hökumətini öz ərazisində azərbaycanlıların yaşamış olduğu məntəqələrdə həyata keçirdiyi qeyri-qanuni məskunlaşma siyasətinə, mədəni irsimizin dağıdılmasına son verməyə və bu qanunsuzluğu aradan qaldırmağa çağırırıq.

Biz bir daha Ermənistan hökumətini o ərazinin qanuni sakinləri olan və oradan qovduğu azərbaycanlıların verifikasiya və zəmanət mexanizmləri və hüquqi baxımdan məcburi olan beynəlxalq razılaşma çərçivəsində öz evlərinə sülh yolu ilə, təhlükəsiz və ləyaqətli şəkildə geri qayıtmasına şərait yaratmağa, bunun üçün etdiyimiz dialoq müraciətinə cavab verməyə çağırırıq.

Nəhayət, bir daha vurğulamaq istərdik ki, öz evlərimizə sülh yolu ilə geri qayıtmaq tələbimiz Ermənistanın ərazi bütövlüyü və ya suverenliyinə xələl gətirə biləcək şəkildə yanlış təfsir edilə və ya qələmə verilə bilməz".

“İndi bizdən qorxurlar”  Prezidentlə kənd sakini arasında maraqlı dialoq  VİDEO like
  • 19 Mar 10:26  
Siyasət “İndi bizdən qorxurlar” Prezidentlə kənd sakini arasında maraqlı dialoq VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev, birinci xanım Me

arrow Ətraflı
1 aylıq övladının ölümündə təqsirli bilinən rusiyalı bloger saxlanıldı like
  • 19 Mar 10:18  
Şou-biznes 1 aylıq övladının ölümündə təqsirli bilinən rusiyalı bloger saxlanıldı

Soçidə körpəsinə işgəncə verməkdə şübhəli bilinən xam qida bloger

arrow Ətraflı
“Freddi” 522 nəfərin ölümünə səbəb olub like
  • 19 Mar 10:08  
Dünya “Freddi” 522 nəfərin ölümünə səbəb olub

"Freddi" tropik qasırğası Afrikanın 3 ölkəsində - Madaqaskar, M

arrow Ətraflı
Ekvadorda 6,9 bal gücündə zəlzələ like
  • 19 Mar 09:57  
Dünya Ekvadorda 6,9 bal gücündə zəlzələ

Ötən gün Ekvadorda  6,9 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Şimali Koreya növbəti ballistik raket atıb like
  • 19 Mar 09:45  
Dünya Şimali Koreya növbəti ballistik raket atıb

Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketin buraxılışını

arrow Ətraflı
Kanadanın Baş naziri Novruz bayramı ilə bağlı paylaşım edib like
  • 19 Mar 09:29  
Siyasət Kanadanın Baş naziri Novruz bayramı ilə bağlı paylaşım edib

Kanadanın Baş naziri Castin Trüdo "Twitter" hesabında Novruz bayra

arrow Ətraflı
"Ərazi bütövlüyü uğrunda hər cür fədakarlıq edən, canlarından keçənləri hörmətlə anırıq" like
  • 19 Mar 09:12  
Siyasət "Ərazi bütövlüyü uğrunda hər cür fədakarlıq edən, canlarından keçənləri hörmətlə anırıq"

Türkiyənin müstəqilliyi uğrunda canlarından keçən qardaş-bacılarımız

arrow Ətraflı
XankəndiLaçın yolu: like
  • 19 Mar 09:06  
Siyasət XankəndiLaçın yolu:

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan

arrow Ətraflı
Fərda oğulları ilə obyektiv qarşısında  FOTO like
  • 19 Mar 04:44  
Şou-biznes Fərda oğulları ilə obyektiv qarşısında FOTO

Aktyor Fərda Xudaverdiyev övladları ilə obyektiv qarşısına keçib.

arrow Ətraflı
58 yaşlı Monikadan cəzbedici FOTOlar like
  • 19 Mar 03:22  
Şou-biznes 58 yaşlı Monikadan cəzbedici FOTOlar

İtalyan aktrisa Monika Belluççi "Wall Street Italia Style Magazine"

arrow Ətraflı
"TikTok" istifadəçilərə buna icazə verəcək like
  • 19 Mar 02:44  
Digərləri "TikTok" istifadəçilərə buna icazə verəcək

"Instagram", "TikTok", "Facebook" və bütün dig�

arrow Ətraflı
40 il sonra görüşdülər...  FOTO like
  • 19 Mar 01:22  
Şou-biznes 40 il sonra görüşdülər... FOTO

Xalq artistləri Həmidə Ömərova və Sərxan Sərxan 40 il sonra görüşüb.

arrow Ətraflı
“Kızılcık Şerbeti”nin ulduzlarını belə görməmisiniz  FOTO like
  • 19 Mar 00:44  
Şou-biznes “Kızılcık Şerbeti”nin ulduzlarını belə görməmisiniz FOTO

"Kızılcık Şerbeti"nin baş qəhrəmanları Sıla Türkoğlu və Ev

arrow Ətraflı
Günün qoroskopu: yeni ideyaların yaranması, yeni təkliflərin alınması istisna deyil like
  • 19 Mar 00:01  
Digərləri Günün qoroskopu: yeni ideyaların yaranması, yeni təkliflərin alınması istisna deyil

Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"

arrow Ətraflı