İsmayıllıda iki ayın gəlininə qarşı dəhşətli əməl


Kriminal 19 Mar 2023 11:00:00 192 0

İsmayıllıda iki ayın gəlininə qarşı dəhşətli əməl

İsmayıllı rayonunda 1988-ci il təvəllüdlü Cəlil ailə münaqişəsi zəminində həyat yoldaşı Cəmiləni (adlar şərti verilib - red.) döyüb.

Son.az Teleqraf.com-a istinadən bildirir ki, Cəlilin barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci (döymə) maddəsi ilə ittiham elan edilib.

İş üzrə izahat verən Cəlil bildirib ki, Cəmalə ilə 23 oktyabr 2022-ci ildə qeyri-rəsmi nikahla ailə qurub: "Ailə qurduqdan sonra Cəmilə evdə qəribə hərəkətlər etməyə başladı. Mən və valideynlərim artıq Cəmilənin psixoloji problemlərinin olduğunu düşündük. Bir neçə gün sonra Cəmilə evdə qala bilmədiyini bildirdi, anasının yanına getmək istədiyini dedi. Cəmilənin anası Sevinc bizim yaşadığımız evə gəldi. Cəmilənin müalicəyə ehtiyacının olduğunu bildirdi. Sonra Cəmiləni özü ilə apardı".

Cəlil qeyd edib ki, bir həftə sonra Cəmilə geri qayıdıb: "Buna baxmayaraq Cəmilənin hərəkətlərində müsbət irəliləyiş olmadı. Dekabrın 20-də Cəmilə yenidən anasının yanına getmək istədiyini bildirdi. Sevinc bizə gəldi. Sevincdən nə üçün Cəmilənin belə hərəkətlər etdiyini soruşduq. Sevinc Cəmilənin bibiləri tərəfindən ona cadu olunduğunu bildirdi".

Cəlilin ifadəsinə görə, dekabrın 23-də atası Əli Cəmilənin evə qayıtması üçün Sevincə zəng edib:

"Həmin vaxt telefonu Cəmilə götürdü. Atamla mübahisə edərək onu telefonda söydü, təhqir etdi. Bundan sonra artıq Cəmilənin evə qayıtmamasına qərar verdik. Sonradan mənə məlum oldu ki, Sevinc polis şöbəsinə zəng edərək şikayət edib. Barəmdə tərtib olunmuş protokolla razı deyiləm. Heç vaxt Cəmiləni vurmamışam, ona hər-hansı xəsarət yetirməmişəm".

İş üzrə zərərçəkmiş Cəmilənin sözlərinə görə, Cəlillə ailə qurduqları müddətdən aralarında mübahisələri normal olmayıb: "Cəlil ona qarşı soyuq münasibət göstərdiyimi bəhanə edərək mənimlə yersiz mübahisələr edib. Sonuncu dəfə dekbarın 20-də gecə saat 01.00-da yaşadığımız evin yataq otağında olarkən Cəlil yenidən ona soyuq münasibət göstərdiyimi bildirdi, mənimlə mübahisə etməyə başladı. Mübahisə zamanı Cəlil başımdan və bədənimin müxtəlif yerindən yumruq, təpiklə vuraraq məni döydü".

Cəmilə deyib ki, həmin günün səhəri anası evinə gedib: "Lakin Cəlilin məndən üzr istəyəcəyini, barışacağımızı düşündüyüm üçün bir neçə gün şikayət etmədim. Aldığım xəsarətlərdən bir neçə gün ev şəraitində yatdım. Anam vəziyyətimi gördü və polis şöbəsinə zəng edərək şikayət etdi. Hazırda Cəlili bağışlamamışam, onunla barışmamışam".

Bu işə İsmayıllı rayon Məhkəməsində baxılıb. Hakim İlqar Hüseynovun sədrliyi ilə baş tutan iclasda qərar elan edilib.

Qərara görə, Cəlil inzibati qaydada 300 manat miqdarında cərimə olunub.

Son.az 

Türkiyənin ilk reaktiv təlim təyyarəsi uçuş zolağına çıxıb like
  • 19 Mar 10:53  
Dünya Türkiyənin ilk reaktiv təlim təyyarəsi uçuş zolağına çıxıb

Türkiyənin ilk "Hürjet" reaktiv təlim təyyarəsi uçuş zolağın

arrow Ətraflı
FHN əhaliyə yenidən müraciət etdi: like
  • 19 Mar 10:44  
Digərləri FHN əhaliyə yenidən müraciət etdi:

Novruz bayramı ilə əlaqədar təhlükəsizliyə dair Fövqəladə Hallar Nazi

arrow Ətraflı
"Ermənistan adlanan ərazinin qanuni sakinləriyik və evlərimizə geri qayıtmaq hüququmuzdur" like
  • 19 Mar 10:37  
Siyasət "Ermənistan adlanan ərazinin qanuni sakinləriyik və evlərimizə geri qayıtmaq hüququmuzdur"

Qərbi Azərbaycan İcması Ermənistan Xarici İşlər Nazirliyinin martın 18-

arrow Ətraflı
“İndi bizdən qorxurlar”  Prezidentlə kənd sakini arasında maraqlı dialoq  VİDEO like
  • 19 Mar 10:26  
Siyasət “İndi bizdən qorxurlar” Prezidentlə kənd sakini arasında maraqlı dialoq VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev, birinci xanım Me

arrow Ətraflı
1 aylıq övladının ölümündə təqsirli bilinən rusiyalı bloger saxlanıldı like
  • 19 Mar 10:18  
Şou-biznes 1 aylıq övladının ölümündə təqsirli bilinən rusiyalı bloger saxlanıldı

Soçidə körpəsinə işgəncə verməkdə şübhəli bilinən xam qida bloger

arrow Ətraflı
“Freddi” 522 nəfərin ölümünə səbəb olub like
  • 19 Mar 10:08  
Dünya “Freddi” 522 nəfərin ölümünə səbəb olub

"Freddi" tropik qasırğası Afrikanın 3 ölkəsində - Madaqaskar, M

arrow Ətraflı
Ekvadorda 6,9 bal gücündə zəlzələ like
  • 19 Mar 09:57  
Dünya Ekvadorda 6,9 bal gücündə zəlzələ

Ötən gün Ekvadorda  6,9 bal gücündə zəlzələ baş verib.

arrow Ətraflı
Şimali Koreya növbəti ballistik raket atıb like
  • 19 Mar 09:45  
Dünya Şimali Koreya növbəti ballistik raket atıb

Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketin buraxılışını

arrow Ətraflı
Kanadanın Baş naziri Novruz bayramı ilə bağlı paylaşım edib like
  • 19 Mar 09:29  
Siyasət Kanadanın Baş naziri Novruz bayramı ilə bağlı paylaşım edib

Kanadanın Baş naziri Castin Trüdo "Twitter" hesabında Novruz bayra

arrow Ətraflı
"Ərazi bütövlüyü uğrunda hər cür fədakarlıq edən, canlarından keçənləri hörmətlə anırıq" like
  • 19 Mar 09:12  
Siyasət "Ərazi bütövlüyü uğrunda hər cür fədakarlıq edən, canlarından keçənləri hörmətlə anırıq"

Türkiyənin müstəqilliyi uğrunda canlarından keçən qardaş-bacılarımız

arrow Ətraflı
XankəndiLaçın yolu: like
  • 19 Mar 09:06  
Siyasət XankəndiLaçın yolu:

Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan

arrow Ətraflı
Fərda oğulları ilə obyektiv qarşısında  FOTO like
  • 19 Mar 04:44  
Şou-biznes Fərda oğulları ilə obyektiv qarşısında FOTO

Aktyor Fərda Xudaverdiyev övladları ilə obyektiv qarşısına keçib.

arrow Ətraflı
58 yaşlı Monikadan cəzbedici FOTOlar like
  • 19 Mar 03:22  
Şou-biznes 58 yaşlı Monikadan cəzbedici FOTOlar

İtalyan aktrisa Monika Belluççi "Wall Street Italia Style Magazine"

arrow Ətraflı
"TikTok" istifadəçilərə buna icazə verəcək like
  • 19 Mar 02:44  
Digərləri "TikTok" istifadəçilərə buna icazə verəcək

"Instagram", "TikTok", "Facebook" və bütün dig�

arrow Ətraflı