“Freddi” 522 nəfərin ölümünə səbəb olub
Dünya 19 Mar 2023 10:08:00 241 0
"Freddi" tropik qasırğası Afrikanın 3 ölkəsində - Madaqaskar, Malavi və Mozambikdə 522 nəfərin ölümünə səbəb olub.
Bu xəbəri də oxu: İsrailin hücumları nəticəsində 24 nəfər öldü, yaralılar var
Son.az APA-ya istinadən bildirir ki, yüz minlərlə insan leysan yağışlar, subasma və torpaq sürüşmələrindən zərər çəkib.
İnsan ölümlərinin əksəriyyəti ən kasıb ölkələrdən biri olan Malavidə qeydə alınıb. Bu ölkədə 438 nəfər ölüb, 345 min nəfər yağışlar, subasma və torpaq sürüşmələrindən zərər çəkib, on minlərlə insan evsiz qalıb. Malavinin cənubunda fövqəladə vəziyyət rejimi elan olunub.
Mozambikdə "Freddi" tropik qasırğası 67 nəfərin ölümünə səbəb olub. Madaqaskarda isə 17 nəfər həyatını itirib.
Qeyd edək ki, fevralın 21-də Hind okeanı üzərində formalaşan "Freddi" tropik qasırğası öncə Madaqaskarda dağıntılara yol açıb. Daha sonra Madaqaskar adasından Afrika qitəsinə yer dəyişib, daha sonra yenidən adanı vurub. Martın 11-də qasırğa Mozambik və Malavidə dağıntılara yol açıb. Beləliklə, qasırğa 1 ay ərzində davam edib. Dünya Meteoroloji Təşkilatının məlumatına görə, bu, müşahidələrin aparıldığı dövrdə ən uzun müddət davam edən qasırğadır.
Son.az
Şimali Koreya Yapon dənizi istiqamətində ballistik raketin buraxılışını
Kanadanın Baş naziri Castin Trüdo "Twitter" hesabında Novruz bayra
Türkiyənin müstəqilliyi uğrunda canlarından keçən qardaş-bacılarımız
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan
Aktyor Fərda Xudaverdiyev övladları ilə obyektiv qarşısına keçib.
İtalyan aktrisa Monika Belluççi "Wall Street Italia Style Magazine"
"Instagram", "TikTok", "Facebook" və bütün dig�
Xalq artistləri Həmidə Ömərova və Sərxan Sərxan 40 il sonra görüşüb.
"Kızılcık Şerbeti"nin baş qəhrəmanları Sıla Türkoğlu və Ev
Milli.Az dünyanın nüfuzlu və məşhur ulduz falları portalları "Horoscope"
Bir müddətdir xərçəng xəstəliyindən əziyyət çəkən Əməkdar artist
Yaşıl çay ürək xəstəliyi riskini azaltmağa kömək edən isti içkidir.
Son.az illər öncə Xalq artistləri Arif Babayev və Qəndab Quliyevanın i�
Psixiatr, psixoterapevt GBUZ "DZM nitq patologiyası və neyroreabilitasiya