Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş hesab edir
Siyasət 15 Mar 2023 10:00:00 307 0
Almaniya Azərbaycanın Avropada ən vacib siyasi-iqtisadi tərəfdaşlarından biridir. Prezident İlham Əliyevin martın 13-də Almaniya səfəri də təsadüfi deyildi. Azərbaycanın müstəqil xarici siyasət yürütmək imkanları, etibarlı tərəfdaş kimi qəbul edilməsi, Avropa İttifaqı və ona üzv ölkələrlə artan işbirliyi Berlin-Bakı əməkdaşlığının genişləndirilməsinə real zəmin yaradıb
Bu xəbəri də oxu: Hikmət Hacıyevdən Almaniya XİN rəhbərinin ittihamlarına tutarlı cavab
Son.az Trend-ə istinadən bildirir ki, Azərbaycan ilə Almaniya arasında siyasi əlaqələr yüksək səviyyədədir, ali səviyyəli dialoq mövcuddur. Prezident İlham Əliyev 2004-cü və 2007-ci illərdə Almaniyaya rəsmi, daha 11 dəfə isə işgüzar səfər edib. Sonuncu səfər bu il fevralın 16-19-da baş tutub və dövlətimizin başçısı Münxen Təhlükəsizlik Konfransında iştirak edib. Ötən il fevralın 15-də Prezident İlham Əliyev Almaniya Prezidenti Frank Valter Ştaynmayeri yenidən prezident seçilməsi münasibətilə təbrik edib. Eləcə də bu il yanvarın 13-də iki ölkənin prezidentləri arasında telefon danışığı olub. Söhbət zamanı prezidentlər Azərbaycan-Almaniya əlaqələrinin mövcud vəziyyətindən məmnunluqlarını bildirib, əməkdaşlığın perspektivlərini müzakirə ediblər.
Prezident İlham Əliyevin martın 13-14-də Almaniyaya işgüzar səfəri iki ölkə arasında münasibətlərin daha da gücləndirilməsi və əməkdaşlığın genişləndirilməsi baxımından mühüm əhəmiyyət kəsb etdi. Səfər zamanı dövlət başçısının həm Almaniya Prezidenti Frank Valter Ştaynmayer, həm də Almaniyanın Federal Kansleri Olaf Şolts ilə təkbətək və geniş tərkibdə görüşləri keçirildi, eləcə də Almaniyanın aparıcı şirkətlərinin rəhbərləri və nümayəndələrinin iştirakı ilə dəyirmi masa təşkil olundu.
Görüşlərdə səsləndirilən fikirlər, Azərbaycana və onun Prezidentinə olan etimad sübut edir ki, Almaniya Azərbaycanı Cənubi Qafqazda vacib tərəfdaş kimi qəbul edir, ölkəmizin regionda lider mövqeyini, həmçinin beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyini və ərazi bütövlüyünü tam dəstəkləyir.
Prezident İlham Əliyevin bu səfəri Azərbaycanla Almaniya arasında münasibətləri yeni inkişaf mərhələsinə çıxardı, bir sıra sahələrdə əməkdaşlıq əlaqələrinin qurulması və genişləndirilməsi üçün əlverişli imkanlar yaranmış oldu.
Azərbaycan və Almaniya arasında müqavilə-hüquq bazası olduqca genişdir. Bu sahədə indiyədək 77 sənəd imzalanıb.
İki ölkə arasında enerji sahəsində əməkdaşlıq yüksələn xətlə inkişaf edir. SOCAR və Almaniyanın "Uniper" şirkəti 2013-cü ildə uzunmüddətli qaz tədarükü haqqında müqavilə imzalayıblar. 2020-ci il dekabrın 31-dən Cənub Qaz Dəhlizi Azərbaycan təbii qazını İtaliyadakı qəbul nöqtəsi vasitəsilə Avropa İttifaqının bazarına çatdırır. "Uniper" şirkəti Avropa bazarında təbii qazın əsas alıcılarından biridir. Bu, şirkətin ən uzunmüddətli qaz alışı layihəsidir (2020-2045). Bu günə qədər "Azərbaycan Qaz Təchizatı" şirkəti tərəfindən "Uniper"ə 3,1 milyard kubmetr qaz təchiz olunub. Bundan əlavə, ötən il SOCAR tərəfindən Almaniya istiqamətində 1,764,5 min ton xam neft ixrac edilib.
İki ölkə arasında mövcud əlaqələr olduqca geniş və çox əhatəlidir, ölkə başçısının bu səfəri növbəti dəfə Azərbaycana Avropada olan etimadın yüksək olduğunu, onun etibarlı tərəfdaş kimi qəbul edildiyini bəyan edir. Vətən müharibəsində qazanılan tarixi qələbədən sonra regionda yaranmış yeni reallıq güc mərkəzi dövlətlər tərəfindən qəbul olunur.
Son.az
Cəmiyyətlər islamofobiyaya qarşı mübarizə aparmalıdır.
İslamofobiyaya qarşı birlikdə mübarizə aparmalıyıq. Biz birlikdə İslam
Bakıda avtobusların birində iki sərnişin arasında mübahisə dava ilə nə
Aktrisa Lindsi Lohan ilk dəfə ana olacağını açıqlayıb.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlər
Türkiyəli aktyor Haluk Bilginer xəstəxanadan evə buraxılıb.
Müğənni Dilarə Kazımova açıqlaması ilə diqqət çəkib.
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qan
Fransa dünyada soyqırım cinayətlərini yayan irqçiliyi dövlət siyasətin�
Rusiyanın Su-27 qırıcısının ABŞ-ın kəşfiyyatçı "İHA MQ-9 Reape
Aparıcı Kamran Həsənli TV Müsavat-ın efirində "Kamranla 1" veri
Ekspert: "Bundan sonra bir sıra şirkətlərin də iflası mümkündür, l
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi s