Efirdə arvad axtaranlara dəstək verənlər və tənqid edənlər...
Digərləri 15 Mar 2023 08:40:00 294 0
Aparıcı Kamran Həsənli TV Müsavat-ın efirində "Kamranla 1" verilişində televiziya kanallarını tənqid edib. Son.az musavat.com-a istinadən bildirir ki, Kamran Həsənli 44 günlük savaşda şəhid olan Azərbaycan oğullarının təbliğinin aparılması gərəkdiyini deyib və bildirib ki, kanallar orta yaşlı insanları evləndirməyə xidmət etməməlidir.
Bu xəbəri də oxu: "Netflix"də tapa biləcəyiniz
Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişinə evlilik üçün üz tutanları qınayanlara sərt cavab verib. Bu barədə o, sözügedən proqramda danışıb. "Bütün problemlərin həllində varıq, sonuna qədər. Evlənmək hər kəsin haqqıdır. Hamı ailə qurur. Biri küçədə tanış olur, biri telefonda, parkda, metroda, əvvəllər camaat hamamda tanış olurdu. Artıq efirdə iki izdivacımız olub. Kimsəsiz bir insanı damın altından çıxarıb ailə həyatı qurdurmuşuq. Pisdir? Atasını, anasını körpə yaşından itirib bu adam, arxasında kim duracaq, kim arxa çıxıb evəndirəcək onu? "Arvadım kənddə bir kişi ilə qaçıb, tapın görək haradadır?"... Bu yaxşıdır? Bu günə qədər 11 il ərzində nələrdən keçmişik, bunu mən bilirəm. Boş-boşuna danışan adamlardır. Bitdi artıq, mənə bu mövzuda heç kim heç nə deməsin", - deyə Zaur bildirib.
Cəmiyyətdə izdivac verilişlərinə münasibət birmənalı deyil. Xüsusən də yaşlı nəslin efir vasitəsilə özünə "qulaq yoldaşı", ər və yaxud arvad axtarması cəmiyyətdə qıcıqla qarşılanır.
Deputat Aqil Abbas mövzu ilə bağlı "Yeni Müsavat"a danışıb. Aqil Abbas yaşlı insanların efir vasitəsilə özlərinə həyat yoldaşı axtarmasını normal qarşıladığını dedi: "Bu məsələni yamanlamaq doğru deyil. Ola bilər ki, yaşlı insan tənha qalıb, indi də özünə "qulaq yoldaşı" axtarır, burada pis bir şey yoxdur. O gün izlədim ki, 24 yaşlı bir qız özünə ər axtarır. Hamımız bilirik ki, Vətən müharibəsində xeyli şəhidlərimiz olub. Ona görə də oğlan qıtlığı yaranıb, qızlarımız isə ailə qurmaq istəyir. Hesab edirəm ki, bu, normaldır. Xarici ölkələrdə qocalar evi əslində buna görədir. Hətta imkanlı şəxslər belə yaşlananda qocalar evinə gedir, orada özünə dərd yoldaşı tapır, sevir, yenidən evlənir və sairə... Amma bizim adət-ənənəmizə görə övladın öz valideynini qocalar evinə qoyması böyük qınaqla qarşılanır. Ona görə də yaşlı insanlar məcbur qalıb efirə çıxırlar. Doğrudur, keçmişdə el-obada insanların efirə çıxıb özünə ər və yaxud arvad axtarması xoş qarşılanmırdı, insanlar buna qəribə baxırdı, amma indi vəziyyət dəyişib və bunu yamanlamaq doğru deyil".
Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, kitabxana.net - Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov isə məsələyə bu cür münasibət bildirdi: "20-ci əsrin ortalarında dünyada gedən proseslər hələ indi gəlib bizə çatıb.
Məlum olduğu kimi, ötən əsrin 60-70-ci illərində ailə institutları, təsisatları artıq dağılmağa başlamışdı. Həmin vaxt dünyada maraqlı bir mərhələ, dalğa keçirdi, belə ki, tələbə hərəkatları, hippler hərəkatı başlamışdı və onun təsirindən qaynaqlanaraq, dünyada klassik mühafizəkar ailə dəyərləri dağılırdı. Bu, keçmiş SSRİ-də də başlamışdı. Artıq insanlar dövlətin bir kərpici olan möhkəm ailə dəyərlərinə deyil, əskinə, liberal düşüncəli şəxslərə, fərdlərin azadlığını özündə ehtiva edən yeni model ailə münasibətlərinə, o cümlədən ictimai nikah, qeyri-rəsmi nikah, dini kəbinə (istər xristian, İslam, istərsə də bütpərəstlikdə) üstünlük verirdilər. Hətta Avropanın bir çox ölkələrində nəinki qadın, kişi, hətta kişi-kişi, qadın-qadın, yəni eynicinsli nikahlar ortaya çıxmağa başladı. BMT indi artıq bu cür orta cinsi qəbul edir və bir sıra ölkələr eynicinsli nikahları da qəbul etməyə başlayıb. Buna görə də bir sıra sivil cəmiyyətlərdə buna qarşı formatlar yaranmağa başladı. Həmin formatlardan biri də ailə, tanışlıq, dostluq mərkəzlərinin, Karneqi klublarının yaradılması, eyni zamanda radio-televiziya, kütləvi informasiya vasitələrində tanışlıq şoularıdır.
İnternet və sosial şəbəkələrin geniş yayıldığı, televiziyaların inkişaf etdiyi 21-ci əsrdə bu tendensiya bizim ölkəyə çox gec gəlib çatdı. Çünki bizdə ailə dəyərləri hələ də qorunub saxlanılırdı, boşanmaya qarşı həm qanunda, həm də cəmiyyətin özündə kəskin fikirlərin, ictimai qınağın olması ona gətirib çıxartmışdı ki, ailələr rəsmi nikaha girəndən sonra dağılmağa meylli olmurdu. Hətta ailədaxili münaqişələr olsa belə, onu kənara çıxarmırdılar.
Ekspert: "Bundan sonra bir sıra şirkətlərin də iflası mümkündür, l
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi s
Böyük Britaniyanın Baş naziri Rişi Sunak və ailəsinə "Hayd Park&quo
Xocalı Rayon Polis Şöbəsinə rayon ərazisində yol-nəqliyyat hadisəsi ba�
Cəmiyyətdə bir hadisə nə qədər tez-tez baş verərsə, o şey insanlar ü
Rusiya bioloji silahlar haqqında Konvensiyaya baxmayaraq, bioloji silahın yara
İran adlanan ölkədə 4 aydan çoxdur xalqın kütləvi etirazları davam edir
Ukrayna Prezidenti Volodimir Zelenski əsas diqqətin hazırda qızğın döyü�
Son.az musavat.com-a istinadən bildirir ki,erməni Telegram kanalları Azərbay
Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.
Son.az axar.az-a istinadən bildirir ki, Paşinyanın açıqlamaları İrəvanı
"Bu birbaşa mənə aid olan fikirdir. Mənim üçün anamın xoşbəxtliyi