“Ekoloji cinayətə son”
Siyasət 15 Mar 2023 09:09:00 247 0
Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı qazıntı yataqlarının qanunsuz istismarına qarşı Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası 94 gündür davam edir.
Bu xəbəri də oxu: Azərbaycan Prezidenti: COP29 iqlim diplomatiyasında dönüş nöqtəsidir
Son.az xəbər verir ki, havanın qarlı və şaxtalı olmasına baxmayaraq, aksiya iştirakçıları ötən gecə boyu da yüksək fəallıq nümayiş etdiriblər.
Təhlükəsizlik qaydalarına yüksək səviyyədə əməl olunan toplanış yerində gecə boyu da heç bir insident baş verməyib.
Həmişə olduğu kimi, etirazçılar bu səhəri də Azərbaycan Dövlət Himninin səsləndirilməsi ilə açıblar.
Onlar etirazlarını yüksək əhval-ruhiyyə ilə davam etdirirlər.
Eyni zamanda ekofəallar yolun hər iki tərəfində, hərəkətə maneə törətmədən üzərində Azərbaycan, rus və ingilis dillərində yazılmış plakatlar qaldırıb, şüarlar səsləndirirlər.
Aksiya iştirakçılarının tələbləri ilk gündən olduğu kimi, dəyişməz olaraq qalır.
Etirazçılar aksiyanın keçirildiyi ilk gündən etibarən dünya ictimaiyyətini ekologiyanı qorumağa çağırırlar.
Belə ki, ekofəallar və gənc könüllülər "Azərbaycan oyaqdır, sərvətinə dayaqdır!", "Azərbaycan vahiddir, sərvətinə sahibdir!", "Ekoloji cinayətə son!", "Stop ekoterror!", "Берегите природу!", "Экоциду нет! Мониторингу да!" şüarlarını səsləndirirlər.
Son.az
Fransa dünyada soyqırım cinayətlərini yayan irqçiliyi dövlət siyasətin�
Rusiyanın Su-27 qırıcısının ABŞ-ın kəşfiyyatçı "İHA MQ-9 Reape
Aparıcı Kamran Həsənli TV Müsavat-ın efirində "Kamranla 1" veri
Ekspert: "Bundan sonra bir sıra şirkətlərin də iflası mümkündür, l
Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi s
Böyük Britaniyanın Baş naziri Rişi Sunak və ailəsinə "Hayd Park&quo
Xocalı Rayon Polis Şöbəsinə rayon ərazisində yol-nəqliyyat hadisəsi ba�
Cəmiyyətdə bir hadisə nə qədər tez-tez baş verərsə, o şey insanlar ü
Rusiya bioloji silahlar haqqında Konvensiyaya baxmayaraq, bioloji silahın yara
İran adlanan ölkədə 4 aydan çoxdur xalqın kütləvi etirazları davam edir
Ukrayna Prezidenti Volodimir Zelenski əsas diqqətin hazırda qızğın döyü�
Son.az musavat.com-a istinadən bildirir ki,erməni Telegram kanalları Azərbay
Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi qeydə alınıb.