Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə ASEAN PA arasında anlaşma memorandumu imzalanıb FOTO
Siyasət 12 Mar 2023 22:08:00 300 0
Milli Məclisin sədri Sahibə Qafarova Bəhreyn Krallığının paytaxtı Manama şəhərinə işgüzar səfəri çərçivəsində ASEAN Parlamentlərarası Assambleyanın (PA) Baş katibi Siti Rozaimeriyanti Dato Haji Abdul Rahman ilə görüşüb.
Bu xəbəri də oxu: Prezident: Gələn il və ondan sonrakı illərdə idmanın inkişafı üçün nə lazımdırsa, o da ediləcək
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən Son.az-a bildirilib ki, görüşdə Azərbaycan Milli Məclisi ilə ASEAN PA arasında əməkdaşlığın yüksək səviyyədə olması vurğulanıb. Xatırladılıb ki, ötən il Azərbaycan Milli Məclisi ASEAN Parlamentlərarası Assambleyasında müşahidəçi statusu alıb.
Spiker Sahibə Qafarova, həmçinin Qoşulmama Hərəkatının Parlament Şəbəkəsinin sədri kimi diqqətə çatdırıb ki, Parlament Şəbəkəsi ASEAN PA da daxil olmaqla digər parlament təşkilatları ilə fəal əlaqə qurmaqda maraqlıdır. Milli Məclisin sədri vurğulayıb ki, Prezident İlham Əliyevin Qoşulmama Hərəkatının sədri kimi mühüm təşəbbüsləri beynəlxalq birlik tərəfindən dəstəklənir. Dövlətimizin başçısının təşəbbüsü ilə yaradılan Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinə də beynəlxalq maraq getdikcə artır. O, Şəbəkənin sabah keçiriləcək ikinci konfransına hazırlıq məqsədilə görülən işlər barədə məlumat verib.
ASEAN Parlamentlərarası Assambleyanın Baş katibi Azərbaycanın Qoşulmama Hərəkatına uğurlu sədrliyini yüksək qiymətləndirərək, ölkəmizin Hərəkatın Parlament Şəbəkəsinin institusional inkişafı istiqamətində atdığı addımların beynəlxalq ictimaiyyət tərəfindən də təqdir olunduğunu bildirib.
Tərəflər qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.
Görüşün sonunda Qoşulmama Hərəkatı Parlament Şəbəkəsi ilə ASEAN Parlamentlərarası Assambleya arasında anlaşma memorandumu imzalanıb.
Göbələklə mübarizə üçün icad edilmiş yeni preparata Hollivud aktyoru K
Fransa məhkəməsi Korsika adasında dövlət müəssisələrində Korsika dili
"Zəng etdi, səsini eşidəndə telefonu bağladım. Ondan çəkdiyimi ç�
Diyetoloq, tibb elmləri namizədi həkim Yelena bildirib ki, atmosferdəki təz
ABŞ-ın İranla əsir mübadiləsinə dair razılığa gəlməsi barədə açı
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) Bakıdan bütün ölkələrə müraci�
Türkiyədə zəlzələdə həlak olanların sayı 48 min nəfərə çatıb.
Dietoloq Yelena Kalen müxtəlif çörək növlərinin istifadəsindən və hans
Mütəxəssislər kələm kimi, nazik, qat-qat geyinməyi tövsiyə edir.
İsrailin sabiq baş naziri Ehud Olmertin Bakıda jurnalistlərə açıqlamasın
Ermənistanda keçmiş deputat Gevork Petrosyan saxlanılıb.
Dərin vena trombozu, bir venada, adətən ayaqda olan, son dərəcə təhlükə
İsrailin baş nazirinin yaxın ətrafı hesab edir ki, İsraildə Benyamin Neta