Türkiyə F16ları Bakıya göndərə bilər
Siyasət 12 Mar 2023 19:57:00 314 0
"Döyüş təyyarələri qonşu ölkələrin sərhədini pozmadan ölkə daxilində müəyyən qaydalar çərçivəsində sərbəst uça bilər. Sərhəd pozulduğu təqdirdə isə ölkə başçısının, müdafiə naziri və komandanların əmri əsasında qırıcılar qaldırılır, lazımi cavab verilir".
Bu xəbəri də oxu: "COP29 inkişaf etməkdə olan kiçik ada dövlətlərə dəstək üçün təkan oldu"
Son.az xəbər verir ki, bu sözləri axar.az-a İranın döyüş təyyarəsinin Azərbaycanla sərhəd boyunca və onun üzərindən uçuş həyata keçirtməsi haqqında danışan Türkiyə Hava Qüvvələrinin istefada olan general-polkovniki (korgeneral) Ərdoğan Karakuş deyib.
General-polkovnik artıq Şuşa Bəyannaməsi əsasında müəyyən addımların atılmasının vaxtının çatdığını vurğulayıb:
"İran Rusiyanın bölgədə zəifləməsindən istifadə edib, Ermənistanda onun yerinə doldurmağa çalışır. Hətta may ayınadək 4000 terrorçunun Qarabağa daşınması planı ilə bağlı məlumatlar var.
Sözügedən məsələ ilə bağlı iki il öncə də danışmışdıq. Tehran İrəvanın neft və qaz, eyni zamanda digər ehtiyaclarını qarşılamaq yolu ilə dividentlər əldə etməyə çalışır. Paşinyan hakimiyyətinin artıq İrandan asılı olduğu məqamlar var. İran həm birbaşa, həm də Ermənistan üzərindən təxribatlar törədərək düşmənçiliyi artırır. ABŞ, Fransa, Rusiya da məlum olduğu kimi, Ermənistanı dəstəkləyir. Suriyada bu yaxınlarda İranla bağlı genişmiqyaslı toqquşma gözlənilir. Yaxın zamanda PKK, YPG və İrana bağlı silahlı qruplar arasında başlayan döyüşlərin şahidi olacağıq. Meydana gələn təxribat və hadisələr yalnız İran-Azərbaycan məsələsi deyil. Bölgədə artıq tərəflər bəllidir və onlar bir-biri ilə mübarizə aparır. Şuşa Bəyannaməsi açıq şəkildə ortadadır. Əgər ehtiyac yaransa, Türkiyə Silahlı Qüvvələri Azərbaycana dəvət ediləcək. Məsələn, Türkiyədən bir F-16 eskadronunun Azərbaycana göndərilməsi və onların mümkün təcavüzlərə lazımi cavabı verməsi mümkündür. Hazırda Türkiyə və Azərbaycan müdafiə sahəsində tək ölkə kimi hərəkət edir. Artıq Bəyannamə çərçivəsində bir sıra addımların atılmasının vaxtının çatdığını düşünürəm".
Qeyd edək ki, 11 martda İrana məxsus hərbi təyyarə saat 09:44-dən 10:26-dək fasiləsiz olaraq Azərbaycan-İran dövlət sərhədi boyunca, Zəngilan rayonu istiqamətindən Biləsuvar rayonu istiqamətinə və geriyə doğru uçuş həyata keçirib. İranın ölkəmizdəki səfiri Seyid Abbas Musəvi XİN-ə çağrılıb, ona müvafiq nota təqdim edilib.
Məşhur reper Orxan Zeynallının yeni duet ortağı bəlli olub.
Dietoloq Ponomareva gecələr yuxunu qaçırdan 4 qida və içkidən bəhs edib.
İranın Azərbaycan sərhədində döyüş təyyarəsi ilə törətdiyi təxrib
Aparıcı Zaur Baxşəliyev "Bizimləsən" verilişinə evlilik üçü
Həkim - diyetoloq Nuriyyə Dianova bildirib ki, bal qaraciyərdə problemi olan
Belarus prezidenti Aleksandr Lukaşenko yaxın bir saatda İrana rəsmi səfər�
Rusiyanın İran və Çinlə əməkdaşlıq edərək dron istehsal etmək üçü
Mikrodalğalı soba molekulları həddinən artıq fırladır, buna görə də m
Son sutkada Azərbaycanda yeni növ koronavirus (COVID-19) infeksiyasına 36 yol
Yəmən hökuməti və Husi üsyançıları arasında danışıqlar başlayıb.
Hər gün kifayət qədər yatmaq sağlamlıq üçün çox vacibdir. Bunu Norve�
"Yanvar-fevral aylarında daşınmaz əmlak bazarında təklifin sayı azal
Reper ProMetenin konsertində maraqlı hadisə yaşanıb.
ABŞ-da 13 yaşlı Culiya Çaves şiddətli qulaq ağrısından bir neçə saat
Müğənni Nigar Camal xarici görünüşünə görə dünya ulduzu Cennifer Lop