Bakı islamofobiya ilə mübarizəyə dair beynəlxalq konfransa ev sahibliyi edəcək
Siyasət 11 Mar 2023 17:37:00 312 0
Martın 15-16-da Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi (BBMM), Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi (BMTM) və G20 Dinlərarası Dialoq Forumu İslamofobiya ilə Beynəlxalq Mübarizə Gününə həsr olunan "İslamofobiya irqçiliyin və ayrı-seçkiliyin spesifik forması kimi: Yeni qlobal və transmilli çağırışlar" mövzusunda beynəlxalq konfrans keçirəcək.
Bu xəbəri də oxu: İlham Əliyev Donald Trampa zəng edib
Son.az AZƏRTAC-a istinadən bildirir ki, konfransın əsas məqsədi beynəlxalq və milli səviyyədə müsəlmanları və əhalisi müsəlman olan ölkələri hədəf alan həyəcanverici tendensiyaları müzakirə etmək üçün akademik platforma yaratmaqdır. Konfransda 32 ölkədən alimlər, beynəlxalq təşkilatların ekspertləri, din xadimləri və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak edəcək, islamofobiya ilə mübarizədə fərqli yanaşma, Avropanın bəzi ölkələrində islamofobiyanın təzahürləri, dünya mediasında islamofobiya mövzularında müzakirələr aparacaqlar.
Qeyd edək ki, 15 mart tarixinin İslamofobiya ilə Mübarizə Günü olması ilk dəfə 2020-ci il noyabrın 27-28-də İslam Əməkdaşlıq Təşkilatının Xarici İşlər Nazirləri Şurasının Niger Respublikasının Niamey şəhərindəki toplantısında elan edilib. Birləşmiş Millətlər Təşkilatının Baş Assambleyası 2022-ci ildə 15 mart tarixini İslamofobiya ilə Beynəlxalq Mübarizə Günü kimi qəbul edib.
Son.az
Qərbi Azərbaycan İcması Ermənistanın Baş naziri Nikol Paşinyana məktub
Müğənni Şəbnəm Tovuzlu və şairə Nazilə Səfərli ATV kanalında yay�
Kahramanmaraşdakı zəlzələlər zamanı evi dağılan ailə dağıntılar alt
Ötən gün Naxçıvan Universiteti "Həmsöhbət" layihəsinə start
Azərbaycan Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi
Lənkəranın Canəli Əzimov adına Viravul kənd 2 nömrəli tam orta məktəb
11 mart 2023-cü il tarixində İran İslam Respublikasına məxsus hərbi təyy
Baş rollarını Birkan Sokullu ilə Ebru Şahinin paylaşdığı "Yüz yı
20 ildir bu söhbətlər danışılır, hər dəfə motivasiyası və narahatlı
Son.az Kulis.az-a istinadən tanınan qarmon ifaçısı, Əməkdar artist Gövh�
Türk müğənni Haluk Levent növbəti xeyirxah addımı ilə diqqət çəkib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyy
Bakının mərkəzi prospektlərindən biri - paytaxtın Səbail rayonu ərazisi
"İki dövlət, bir millət olduğumuz üçün ağrı-acılarımız da eyni