Qanunsuz işləyən obyektlərin fəaliyyəti dayandırıldı
Digərləri 11 Mar 2023 15:44:00 316 0
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti səlahiyyətlərinə uyğun olaraq, ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi istiqamətində müvafiq tədbirlərin görülməsini davam etdirir.
Bu xəbəri də oxu: Bakıda ər və arvad "iPhone" üstə BOŞANDILAR
FHN-dən Son.az-a verilən məlumata görə, bu çərçivədə, Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən aparılan monitorinqlər zamanı Qəbələ rayonu, Nic qəsəbəsi və Yengicə kəndi, həmçinin Şəki rayonu, Aşağı Göynük kəndi ərazilərində bağ və yaşayış sahələrinin yaxınlığında qeyri-qanuni yolla ağac kömürü istehsal edən dörd ocaqxana aşkar edilib.
Qanunsuz fəaliyyətlə məşğul olan işbazlar tərəfindən kustar üsülla düzəldilmiş, heç bir yanğın təhlükəsizliyi qaydalarının tələblərinə cavab verməyən ocaqxanaların istismar edilməsi ərazidə yanğın təhlükəsini yaratmaqla, baş verə biləcək yanğının qısa zamanda geniş əraziyə yayılmasına, eləcə də təbiətə, insan həyatı və sağlamlığına təhlükə riskinin artmasına münbit zəmin yaradır.
Qeyd olunanları nəzərə alaraq, qanunsuz çalışan ocaqxanaların fəaliyyəti dayandırılaraq, "Azərbaycan Respublikası meşələrində yanğın təhlükəsizliyi Qaydaları"nın 2.1.1-ci maddəsinin tələbinə zidd olaraq bağ və yaşayış evlərinin yaxınlığında ağac kömürü istehsal etmək üçün xüsusi ocaqxanalar təşkil etmiş şəxslər barəsində Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətində fakt rəsmiləşdirilib və qanunvericiliklə nəzərdə tutulmuş qaydada müvafiq tədbirlərin görülməsi üçün aidiyyəti dövlət qurumlarına rəsmi müraciətlər edilib.
Bakının mərkəzi prospektlərindən biri - paytaxtın Səbail rayonu ərazisi
"İki dövlət, bir millət olduğumuz üçün ağrı-acılarımız da eyni
Amerika Birləşmiş Ştatları Müdafiə Nazirliyi yeni maliyyə ilində satın
Aktrisa Pərvin Abıyeva sosial şəbəkədə ünvanına yazılan tənqidlərə
Mən Məmmədəliyeva Nurlan Rəşid qızı artıq ilk əməliyyatımdan 5 il ö
Mən şəxsən Prezident İlham Əliyev kimi liderə qarşı heyranlıq duyuram.
Nizami rayonunda, "Koroğlu" metrosu yaxınlığındakı ərazidə Eld
Şuşanın memarlıq abidələri Azərbaycanın digər şəhərlərindən yaxş�
Sülh danışıqlarının bu qədər ümidverici həddə çatdığı bir məqamd
Martın 4-də saat 23 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ə
Dünən Bakının mərkəzində baş verən silahlı insidentlə bağlı saxlan�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Bolqarıs
Dünyaca məşhur müğənni Şakiranın keçmiş sevgilisi Jerard Pike evlənm�