Şuşanın əvvəlki görkəmdə bərpası üçün işlər sürətlə davam edir
Digərləri 11 Mar 2023 14:37:00 876 0
Şuşanın memarlıq abidələri Azərbaycanın digər şəhərlərindən yaxşı mənada çox fərqlənir. Şuşa şəhərində olan memarlıq abidələrinin özünəməxsusluğu həm də ondan ibarətdir ki, onların tikiliş üslubu, eyni zamanda onların üzərində olan daş kitabələri bu şəhərin qədim Azərbaycan şəhəri olmasını özündə ehtiva edir.
Bu xəbəri də oxu: Ramil Cəfərova Milli Məclisdə vəzifə verildi
Bunu Trend-ə Şuşa Şəhər Dövlət Qoruğu İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin aparıcı mütəxəssisi İsmayıl İsmayılov deyib.
O bildirib ki, hələ 1977-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə Azərbaycan SSR Nazirlər Sovetinin qərarı ilə Şuşa şəhərinin tarixi-memarlıq hissəsi qoruq elan edilmişdi.
"O zaman abidələrimiz əsaslı şəkildə, çox həssaslıqla bərpa edilib. Təəssüf ki, 1992-ci ilin may ayının 8-də mənfur düşmənlərimizin xarici qüvvələrin dəstəyi ilə şəhərə etdikləri hücum nəticəsində qeyri-bərabər döyüş şəraitində Şuşa şəhəri işğala məruz qaldı. Həmin gündən başlayaraq düşmən şəhərdə olan abidələrin hamısını məqsədyönlü şəkildə dağıtmağa başladı. Abidələri dağıtmaqda düşmənin əsas məqsədi o idi ki, Şuşanın Azərbaycana məxsus olmasının izlərini itirsinlər. İşğal dövründə bu proses dayanmadan davam etdirildi və nəticədə bu memarlıq incisi xarabalığa çevrildi.
Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi, uğurlu siyasəti və ordumuzun şücaəti nəticəsində 44 günlük Vətən müharibəsində tarixi Zəfər əldə etdik və yenidən Şuşa şəhərinə qovuşduq. 30 illik işğaldan sonra Şuşa şəhərini ziyarət edən zaman dağıntıların miqyasının daha böyük olmasına şahidlik etdik. Zədələnməmiş, dağılmamış tikili qalmamışdı. Yaşayış evlərindən tutmuş inzibati, ictimai binalara qədər hamısı dağıdılıb, yer üzündən silinib", - deyə İ.İsmayılov qeyd edib.
O vurğulayıb ki, Şuşa eyni zamanda Azərbaycanın ən çox sənədləşdirilmiş şəhərlərindən biridir.
"Yəni fotoşəkillərdən tutmuş arxiv məlumatlarına qədər kifayət qədər materiallar var və bütün bunlar şəhəri əvvəlki görkəmində bərpa etmək üçün geniş mənbədir. Bilirsiniz ki, qısa müddət ərzində işğaldan azad edilmiş ərazilərdə çox geniş miqyaslı işlər aparıldı və hazırda da davam etməkdədir.
Dövlətimiz paralel olaraq Şuşa şəhərinin əvvəlki görkəmdə bərpa olunması istiqamətində işlər görməyə başladı. Bu işlər Azərbaycan dövlətinin öz vəsaitləri hesabına həyata keçirilir. Abidələrin bərpası sürətlə aparılır və artıq bir neçə abidə təhvil verilib. Bura aid etmək olar Şuşa qala divarlarının böyük hissəsini, dahi Bülbülün ev muzeyini, Cıdır düzünə aparan tarixi daş döşəməli yolları, Molla Pənah Vaqifin məqbərəsini. Hazırda bərpası aparılan abidələrimizin də sayı çoxdur. Bura Aşağı Gövhər ağa məscidini, Yuxarı Gövhər ağa məscidini, Saatlı məscidini, Təzə məhəllə məscidini, Mamayı bulağını, Xoca Mərcanlı bulağını, Mehmandarovların malikanə kompleksini və digərlərini aid etmək olar. Bu işlər böyük sürətlə aparılır və işləri kənardan seyr etdikcə görürsən ki, ən qısa müddətdə şəhərimiz əvvəlki görkəmdə bərpa olunacaq və bütün dünyanı öz gözəlliyi ilə valeh edəcək", - deyə İ.İsmayılov vurğulayıb.
Şuşada yeni binaların tikilməsinə münasibət bildirən İ.İsmayılov vurğulayıb ki, yeni yaşayış binaları cari ilin sonuna qədər təhvil veriləcək və dövlət proqramına uyğun olaraq əhalinin köçürülməsi həyata keçiriləcək.
Sülh danışıqlarının bu qədər ümidverici həddə çatdığı bir məqamd
Martın 4-də saat 23 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ə
Dünən Bakının mərkəzində baş verən silahlı insidentlə bağlı saxlan�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Bolqarıs
Dünyaca məşhur müğənni Şakiranın keçmiş sevgilisi Jerard Pike evlənm�
Son.az Kulis.az-a istinadən Xalq artisti Ramiz Novruz haqqında maraqlı faktla
Son.az "Kaspi" qəzetinin hazırladığı məqaləni təqdim edir.
Rusiyanın Novosibirsk şəhərinin sakini marketə daxil olaraq alkoqol içkil
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası
Son zamanlar stili ilə gündəmdən düşməyən Xalq artisti Tünzalə Ağayev
Rusiyanın "RT" dövlət telekanalının baş redaktoru Marqarita Sim
Bakının Nizami rayonunda 1988-ci il təvəllüdlü Yaşar üç uşaq anası F�
Regionda sabitliyin pozulmasının səbəbi İrandır.