Oynadığı rola görə xəcalət çəkdi, dostları ona xəyanət etdi,
Kriminal 11 Mar 2023 14:00:00 325 0
Son.az Kulis.az-a istinadən Xalq artisti Ramiz Novruz haqqında maraqlı faktları təqdim edir.
Bu xəbəri də oxu: Məşhur azərbaycanlı tiktoker həbs olundu
Ramiz Qəvvam oğlu Novruzov 25 may 1955-ci ildə Biləsuvar rayonunun Səmədabad qəsəbəsində doğulub. 1974-cü ildə M.Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rejissor Adil İsgəndərovun rəhbərlik etdiyi kursda təhsil alaraq oranı 1978-ci ildə bitirib.
***
Təyinatla H. Ərəblinski adına Sumqayıt Dövlət Dram Teatrına göndərilib. Burada Knyaz Zvezdiç "Maskarad", Məsxərəçi "Muradın kələkləri", General Şıxlinski "Bütün Şərq bilsin" rollarını ifa edib.
O, 1981-ci ildə Azərbaycan Akademik Milli Dram Teatrının truppasına daxil olub. Elə ilk günlərdən kollektivdə hazırlanan tamaşalarda ona irihəcimli və mürəkkəb xarakterli rollar tapşırılıb. O, Akademik Milli Dram Teatrında aşağıdakı rollarda oynayıb:
"Xurşidbanu Natəvan", "Şeyx Xiyabani", "Mahnı dağlarda qaldı", "Sevgililərin cəhənnəmdə vüsalı", "Bizim qəribə taleyimiz", "Hökmdar və qızı", "Maqbet", "Kral Lir", "Medeya", "İblis", "Mənim sevimli dəlim", "Hələ "sevirəm" deməmişdilər...", "Xəcalət", "Silindr", "Müfəttiş", "Topal Teymur", "Kreyser sonatası", "Dodaqdan qəlbə", "Yad qızı" tamaşalarında aparıcı rollar ifa edib.
***
Ramiz Novruz həm də bir neçə pyes yazıb və bunlardan ikisi tamaşaya qoyulub. İlk pyesi olan "At ilinin birinci ayı" adlı 20 yanvar hadisələrindən bəhs edən pyes 1992-ci ildə Gəncə teatrında B. Osmanovun rejissorluğu ilə tamaşaya qoyulub. 1996-cı ildə yazdığı "Hələ sevirəm deməmişdilər" pyesi B. Osmanovun rejissorluğu ilə Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında 2002-ci ildə tamaşaya qoyulmuşdur. Bundan əlavə Eduardo de Filipponun "Silindr" əsərini rus dilindən Azərbaycan dilinə tərcümə etmiş və rejissor kimi tamaşaya qoymuş, həmçinin bu əsərdə Attillio rolunu ifa etmişdir.
Emosional, həssas təbiətə malik olan aktyor müəyyən dövrlərdə həmkarları ilə xoşagəlməz qalmaqallar da yaşayıb. Sənət dostu Ramiz Məliklə münaqişə yaşayır, onunla əlbəyaxa davaya çıxır. Ramiz Məlik onu polisə verib bildirir ki, Ramiz Novruz Akademik Milli Teatrının kollektivinin qarşısında ondan üzr istədiyi halda onu bağışlaya bilər. Ramiz müəllim isə öz tərəfindən açıqlama verərkən deyir:
"Məsələni həll etdik və artıq münasibətimiz yaxşıdır, barışmışıq. Bu məsələni ətrafda bəzi adamlar bilə-bilə şişirtdilər. Niyə belə etdilər, bilmirəm? Hüquq-mühafizə orqanlarına təqdim etdiyim birinci ərizəmdə də yazmışdım ki, etdiyim hərəkətə görə üzr istəyirəm. İnanın ki, avqust da daxil olmaqla son iki ayı öz yaradıcılığım ilə məşğul olmuşam. Heç düşünməzdim ki, belə bir hadisə yaşana bilər. İllərlə bir yerdə işləmişik".
Aktyor müsahibələrinin birində jurnalistin xəyanətlə bağlı sualına belə cavab verir:
"Xəyanət çox ciddi məsələdir. Xırda məsələlərə görə heç vaxt mübahisə etməmişəm. Amma bu yaxınlarda ağır xəyanətin işartılarını hiss elədim. Üstəlik, bu, dost bildiyim adamlardan gəldi. O insanlar, hətta polisdə üzümə durub məni tutdurmağa hazır idilər. Əlbəttə ki, özümə yaxın bildiyim adamların xəyanəti məni bir qədər sarsıtdı. Başıma gələnləri romanlarda oxusaydım, deyərdim ki, yazıçı hadisəni şişirdib. Bütün yaşananlar məni çaşdırsa da, onlara xüsusi reaksiya vermədim".
***
Çox erkən yaşda aktyor sevib seçdiyi Xoşavaz xanımla nişanlanır. Həyat yoldaşı kənddə yaşadığından Ramiz bəy universitetdə təhsil aldığı illərdə tez-tez nişanlısının yaşadığı kəndə gedir, onunla görüşə can atır. Belə günlərin birində kənddə nişanlısı ilə bağlı baş verən davaya qoşulur, hətta bu dava zamanı aktyoru bıçaqlayırlar da.
Təhsilini başa vurandan sonra onlar ailə qururlar. Ramiz Novruz hərbi xidmətə yollanır. Qızı Şəfəqin bir yaşı olanda, Ramiz müəllim hərbi xidmətdə olur. Sonra onların Cavidan adlı bir oğulları da dünyaya gəlir.
***
Son.az "Kaspi" qəzetinin hazırladığı məqaləni təqdim edir.
Rusiyanın Novosibirsk şəhərinin sakini marketə daxil olaraq alkoqol içkil
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası
Son zamanlar stili ilə gündəmdən düşməyən Xalq artisti Tünzalə Ağayev
Rusiyanın "RT" dövlət telekanalının baş redaktoru Marqarita Sim
Bakının Nizami rayonunda 1988-ci il təvəllüdlü Yaşar üç uşaq anası F�
Regionda sabitliyin pozulmasının səbəbi İrandır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Xorvatiya
Belçika Milli Təhlükəsizlik Şurası Çinin tətbiqi olan "TikTok"
Qlobal Bakı Forumu dünyamızda mühüm dəyişikliklərə səbəb ola biləcə
Ölkə sərhədini pozmağa cəhd göstərən dörd nəfər saxlanılıb, eyni z
"Keçən həftə özümdə yaxaladım ki, yaradana olan mahnı həmişə d
Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silah
Nyu-York polisi amerikalı məşhur aktrisa və model Culiya Foksun atasını v