Silahlı ermənilər növbəti dəfə XankəndiXəlfəliTurşsu torpaq yolu ilə hərəkət ediblər
Siyasət 11 Mar 2023 12:33:00 306 0
Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin şəxsi heyətini daşıyan hərbi nəqliyyat vasitələrinin Rusiya sülhməramlı kontingentinin müşayiəti altında növbəti dəfə Xankəndi-Xəlfəli-Turşsu torpaq yolu ilə hərəkəti bölmələrimizin texniki müşahidə vasitələri ilə qeydə alınıb.
Bu xəbəri də oxu: Bayden Azərbaycana təşəkkür etdi
Bu barədə Son.az-a Müdafiə Nazirliyindən bildirilib.
Təqdim olunan videogörüntülərdə Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd edilən marşrut üzrə hərəkətinin Rusiya sülhməramlı kontingentinə məxsus ZTR-82A döyüş maşını ilə müşayiət edilməsi və döyüş mövqeyinə gətirilən şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi aydın müşahidə olunur.
Bəyan edirik ki, Azərbaycanın Qarabağ iqtisadi rayonuna Ermənistandan hərbi yüklərin daşınması dərhal dayandırılmalı və qeyri-qanuni erməni silahlı dəstələrinin ən qısa müddətdə tərksilah edilərək ərazimizdən çıxarılması təmin edilməlidir.
Azərbaycan ərazisində müvəqqəti yerləşdirilmiş Rusiya sülhməramlı kontingentinin komandanlığı bu prosesdə öz məsuliyyətini dərk etməli və üzərinə düşən öhdəlikləri mütləq şəkildə icra etməlidir.
Mütəmadi baş verən bu kimi qeyri-qanuni fəaliyyətlər Laçın yolunun Azərbaycan-Ermənistan sərhədinin son nöqtəsində Azərbaycanın sərhəd-keçid və nəzarət məntəqəsinin qurulmasını zəruri edir.
Nyu-York polisi amerikalı məşhur aktrisa və model Culiya Foksun atasını v
Mərhum Xalq artisti Ramiz Novruzun teatrdakı son görüntüləri üzə çıxı
Martın 12-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağ�
Ermənistan hakimiyyətinin erməni mənşəli bir sıra Rusiya vətəndaşları
Heydər Əliyev Mərkəzi ziyarətçilərinə fərqli incəsənət nümunələri
Şuşada tikinti-quruculuq işləri davam etdirilir. Bu ilin sonuna qədər Şu�
İspaniya məhkəməsi yerli iş adamını keçmiş həyat yoldaşına 204 min a
Finlandiyanın Baş naziri Sanna Marin köhnə qırıcıların Ukraynaya verilm�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Bolqarıs
Hazırda Bakıda və Abşeron yarımadasında dumanlı hava şəraiti müşahid�
8 Mart Beynəlxalq Qadınlar Günündə İranda ən önəmli gündəm son vaxtla
Bu gün 10 Mart Milli Teatr Günü münasibəti ilə Azərbaycan Dövlət Gənc
Azərbaycan XİN Türkiyədə zəlzələdən zərər çəkmiş vətəndaşların
44 günlük Qarabağ müharibəsi ilə bölgədə geosiyasi reallıq dəyişdi.
Martın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi