İran höküməti qızların məktəbdən qorxmasını istəyir
Siyasət 11 Mar 2023 11:12:00 293 0
8 Mart Beynəlxalq Qadınlar Günündə İranda ən önəmli gündəm son vaxtlar qız məktəblərində baş verən kütləvi zəhərlənmə hadisələri idi.
Bu xəbəri də oxu: COP29un yekun plenar iclası keçirilir
Son.az amerikaninsesi-nə istinadən xəbər verir ki, hüquq müdafiəçisi Jalə Təbrizli Amerikanın Səsinə müsahibədə zəhərlənmə olaylarını İslam Respublikasının qadınlara qarşı tətbiq etdiyi növbəti repressiası olaraq dəyərləndirir.
İlk dəfə keçən noyabr ayında İranın dini təhsil mərkəzi olan Qum şəhərindəki qız məktəblərində baş verən zəhərlənmə hadisələri son həftələrdə artaraq ölkənin müxtəlif vilayətlərinə yayılıb. Zəhərlənmə olayları nəticəsində İran Azərbaycanı daxil olmaqla, müxtəlif şəhərlərdə çox sayda məktəbli qız xəstəxalanalara yerləşdirilib. Qum şəhərində zəhərlənmələr ilə əlaqədar bir məktəbli qızın öldüyünə dair xəbərlər yayılıb. İran Azərbaycanında məktəbli qızların zəhərlənməsi ilə əlaqədar keçirilən aksiyalarda həbslər baş verib
"Fikirləşirəm ki, bu zəhərlənmə olayları qadınlara qarşı yeni bir basqı planıdır. Bu günədək İranın 31 vilayətindən 28-də məktəblərdə zəhərlənmə baş verib. Mən deyə bilərəm ki, bu mütəşəkkil bir aktdır. Bu İslam Cümhuriyyəti tərəfindən qız uşaqlarına qarşı bir terror aktıdır," Jalə Təbrizi söyləyir.
İran höküməti martın 7-də zəhərlənmələrdə şüphəli bilinən bir neçə nəfərin həbs edildiyini açıqladı. Ölkənin ali lideri Seyyid Əli Xameneyi bu açıqlamadan bir gün öncə zəhərlənmələrdə əli olanların "ən ağır şəkildə cəzalandırılacağını" ifadə etmişdi.
Xameneyi məktəbli qızlar arasında şübhələnilən zəhərlənməni "bağışlanmayan cinayət" adlandırıb
Jalə Təbrizli deyir ki, "dörd ay əvvəl Qum şəhərində zəhərlənmələr oldu. Kəşfiyyat Nazirliyi dedi ki, səbəbini axtarırıq. 4 ay keçdi bir şey demədilər. Xameneyi bazar ertəsi günü dedi ki, bu işdə əli olanlar gərək ən ağır şəkildə cəzalandırıla və ondan sonra başladılar dedilər ki, bu işi görən bir sıra şəxsləri tutublar. Bunlar o qədər yalan danışıb ki, gözləyirik görək planları nə olacaq, kimləri bunun əsasında edam edəcəklər?"
Hüquq müdafiəçisi əlavə edir ki, "bu qızlar etirazlarda küçəyə çıxdılar. Etirazlarını bildirmək üçün baş örtülərini çıxardılar. İndi bir növ bunları evlərinə qaytarmaq istəyirlər. Bu qızların məktəbdən qorxmasını istəyirlər. O şey ki, Əfqanıstanda olur, istəyirlər bizim məmləkətdə də elə bir siyasət yürütsünlər".
Bu gün 10 Mart Milli Teatr Günü münasibəti ilə Azərbaycan Dövlət Gənc
Azərbaycan XİN Türkiyədə zəlzələdən zərər çəkmiş vətəndaşların
44 günlük Qarabağ müharibəsi ilə bölgədə geosiyasi reallıq dəyişdi.
Martın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi
Azərbaycan mühüm turizm ilinə hazırlaşır.
Martın 11-də müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi
Qlobal Bakı Forumu artıq dünyada ən güclü müzakirə platformasına çevri
Azərbaycanın Tehrandakı səfirliyinə hücumu ilə bağlı yeni görüntülə
Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assos
"Çox təəssüf ki, son zamanlarda autizm, uşaq serebral iflici, daun sin
Ötən gün Bakıda baş verən silahlı insidentlə bağlı saxlanılanlardan b
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (T
Rusiyanın Kamçatka vilayətində "Lotu Quli"nin tərəfdarı olan &q
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa