Qlobal Bakı Forumu dünyada ən güclü müzakirə platformasına çevrilib
Siyasət 11 Mar 2023 10:38:00 371 0
Qlobal Bakı Forumu artıq dünyada ən güclü müzakirə platformasına çevrilib.
Bu xəbəri də oxu: COP29da Azərbaycana minnətdarlıq ifadə olunan qətnamə qəbul edilib
Bu barədə Trend-ə özəl açıqlamasında Bolqarıstanın sabiq prezidenti Petar Stoyanov deyib.
O qeyd edib ki, bu platforma fərqli ölkələrin prezidentlərini, nazirlərini, akademikləri, jurnalistləri bir araya toplayır.
"Onlar yalnız bir əsas məsələni yox, dünyanın üzləşdiyi bütün problemləri və çağırışları müzakirə edərək öz təcrübələrini bölüşürlər. Bu, çox önəmlidir. Hər il bu forumda müxtəlif vacib şəxslərin iştirak etdiyini görürəm. Bunu Azərbaycan bacarıb. Azərbaycan hazırda dünyada çox vacib bir mövqeyə sahibdir. Yalnız region və özü üçün yox, belə bir platforma yaradaraq, ev sahibliyi edərək dünyanın üzləşdiyi çağırışlara həll yolu tapmaq üçün şərait yaradır", - deyə o əlavə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə martın 9-da "Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal Bakı Forumu işə başlayıb.
Martın 11-dək davam edəcək Forumda yeni dünya nizamına təhdid yaradan amillərə, o cümlədən təhlükəsizlik məsələsinə və sülhün təmin olunması üçün perspektivlərə, bölünmüş dünyada dayanıqlılığın qurulmasına, onun qlobal sülhə təsirinə nəzər salınacaq, qarşıda duran çağırışların həlli yolları müzakirə olunacaq, dünyanı sarsıdan münaqişələrə, meqatəhdidlərə, o cümlədən iqlim, qida və nüvə təhlükəsizliyi məsələlərinə toxunulacaq, postpandemiya dövründə görüləcək işlərlə bağlı fikir mübadiləsi aparılacaq. Həmçinin qlobal yoxsulluğun, bərabərsizliyin, iqlim böhranının və münaqişələrin simptomu kimi miqrasiyanın qarşısının alınması üçün tədbirlər əsas müzakirə mövzularından olacaq. İştirakçılar Avropanın gələcəyi ilə bağlı təsəvvürlərini bölüşəcək, populizmin və ekstremizmin mənbəyini araşdıracaq, ona qarşı səmərəli mübarizə yollarını müəyyənləşdirəcəklər.
Azərbaycanın Tehrandakı səfirliyinə hücumu ilə bağlı yeni görüntülə
Azərbaycan Milli Geyim Mərkəzinin rəhbəri, Avrasiya Etnodizaynçılar Assos
"Çox təəssüf ki, son zamanlarda autizm, uşaq serebral iflici, daun sin
Ötən gün Bakıda baş verən silahlı insidentlə bağlı saxlanılanlardan b
Orta Dəhliz kimi də tanınan Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (T
Rusiyanın Kamçatka vilayətində "Lotu Quli"nin tərəfdarı olan &q
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdə fa
"Dünya bu gün: Çağırışlar və ümidlər" mövzusunda X Qlobal B
Qərbin sanksiyalar tətbiq etdiyi malların Türkiyə üzərindən Rusiyaya tə
Türkiyənin Manisa bölgəsinin Turqutlu rayonunda zəlzələ gözlənilir.
Baş DYP İdarəsi yollarda müşahidə edilən dumanlı hava ilə əlaqədar h�
"Mağazadan çıxırdım, qarşımda 40-45 yaşlarında kişi - "bəy&
Fevralın sonunda Antarktidada dəniz buzunun sahəsi 1,83 milyon kvadrat kilome
Hüquqşünas: "Dostlarından ona İstanbula gəlməsi üçün bilet almala