Bizləri xərcə salan Novruz süfrəsi
Digərləri 11 Mar 2023 13:55:00 284 0
Son.az "Kaspi" qəzetinin hazırladığı məqaləni təqdim edir.
Bu xəbəri də oxu: Bu ərazilərdə sürüşmə ola bilər Sədr AÇIQLADI
Novruz bayramına sayılı günlər qalıb. Artıq həm marketlər, həm də səyyar satış məntəqələrində bayram bazarlığı məhsulları satışa çıxarılıb. Məhsul bol, qiymətlər isə...
Qarşıdan Novruz gəlir. Torpağın oyanışı, yazın başlanğıcının xəbərçisi. Novruz hər birimizin səbirsizliklə gözlədiyi, adət-ənənələri ilə ailəmizə sevinc bəxş edən ən qədim milli bayramlarımızdandır. Rəngarəng adət-ənənələrlə, folklorumuzun ən şirin deyimləriylə zəngin bu bayramın həm də özünəməxsus süfrə mədəniyyəti var. Bir-birindən fərqli və dadlı şirniyyatlar, yeməklər, çərəzlər... İndi bir çoxlarımızı, xüsusilə də valideynləri düşündürən ən mühüm sual uşaqlarımıza sonsuz sevinc yaşadan Novruz süfrəsinin neçəyə başa gələcəyidir. Biz də bayram bazarlığına çəkəcəyiniz xərcin nə qədər olacağını araşdırdıq.
Bazarda üzləşdiyimiz mənzərə
Bayram süfrələrinin olmazsa-olmazı çərəzlərdir: fındıq, qoz, püstə, badam, iydə, innab... Üstəlik içliyi fındıq və ya qozdan hazırlanan şəkərbura, paxlava, İrəvan kətəsi və s. həmişə Novruzun bəzəyi olub.
Gəlin birlikdə bu gözəl nemətlərin qiymətləri ilə tanış olaq. Bayram ərəfəsində piştaxtalarda olan qiymətlər təxminən belədir: fındıq (qabıqlı) - 6-8, fındıq ləpəsi - 13,50-30, qoz (qabıqlı) - 7-10, qoz ləpəsi 13-30, badam (qabıqlı) 6-8, badam ləpəsi 25-30, püstə 28-39, iydə və innab isə 8-10 manat civarındadır.
Novruz bayramının atributu sayılan səməninin də qiyməti boyundan, formasından, bəzəyindən asılı olaraq dəyişir. Ən sadə səmənini 2-3, bər-bəzəkli, xonça üstündə "qız evi"nə aparılan, ay, ulduz, buta formalı qablardakı səməninin qiyməti isə 25-30 manatdır.
Təəssüfləndirici məqam odur ki, indi səmənini hazır şəkildə pul verib alırıq. Amma əvvəllər hər bir ocaqda evin xanımı özü "Səməni, saxla məni, ildə cücərdərəm səni" deyib, buğda göyərdərdi. İnsanlar inanardı ki, səməni yaxşı cücərsə, həmin il onlar üçün ruzili-bərəkətli, xeyirli-uğurlu il olacaq.
Novruz süfrəsinin bəzəyi plov
Plov isə bizim bütün bayramlarımızın, xoş günlərimizin əvəzsiz təamıdır. Bir qazan turşu-qovurmalı plov üçün ərzaqların qiymətləri də dodaq uçuqladır. İndi bazarlarda müştərilərə təqdim olunan 1 kq ət 15-17, 1 kq düyü 3-6, kərə yağı 10-20, şabalıd 8-12, rəng və növlərindən asılı olaraq albuxara 6-13, ərik qurusu 13-25, kişmiş 6-12 manatdır. Belə olduğu halda 4-5 nəfərlik bir ailə üçün plovun hazırlanmasına təxminən 37-54 manat vəsait lazımdır.
Şəkərbura, paxlava bəzək verir xonçaya
Rusiyanın Novosibirsk şəhərinin sakini marketə daxil olaraq alkoqol içkil
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası
Son zamanlar stili ilə gündəmdən düşməyən Xalq artisti Tünzalə Ağayev
Rusiyanın "RT" dövlət telekanalının baş redaktoru Marqarita Sim
Bakının Nizami rayonunda 1988-ci il təvəllüdlü Yaşar üç uşaq anası F�
Regionda sabitliyin pozulmasının səbəbi İrandır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Xorvatiya
Belçika Milli Təhlükəsizlik Şurası Çinin tətbiqi olan "TikTok"
Qlobal Bakı Forumu dünyamızda mühüm dəyişikliklərə səbəb ola biləcə
Ölkə sərhədini pozmağa cəhd göstərən dörd nəfər saxlanılıb, eyni z
"Keçən həftə özümdə yaxaladım ki, yaradana olan mahnı həmişə d
Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silah
Nyu-York polisi amerikalı məşhur aktrisa və model Culiya Foksun atasını v
Mərhum Xalq artisti Ramiz Novruzun teatrdakı son görüntüləri üzə çıxı