Qarabağ savaşının SON RAUNDU BAŞLAYIR
Siyasət 11 Mar 2023 14:35:00 307 0
Sülh danışıqlarının bu qədər ümidverici həddə çatdığı bir məqamda Azərbaycana qarşı istər Qarabağda, istərsə də Ermənistan sərhəddində təxribatlar artıq seriya xarakteri almağa başlayıb. Bu detal isə bölgədə vəziyyətin yenidən eskalasiya həddinə qədər gərginləşməsinə səbəb ola bilər.
Bu xəbəri də oxu: İlham Əliyev Donald Trampa zəng edib
61 ölkədən 360-dək nümayəndənin iştirak etdiyi Qlobal Bakı Forumunun keçirildiyi bir vaxtda Azərbaycan-Ermənistan şərti sərhədində və Qarabağ iqtisadi rayonunda yerləşən mövqelərimiz ard-arda ermən silahlıları tərəfindən bir neçə dəfə atəşə məruz qaldı. Bu təxribatların eyni zamanda ABŞ Dövlət Departamentinin region üzrə yeni baş məsləhətçisi Luis Bononun regiona səfəri ərəfəsində baş verməsi insidentlərin hansı səbəbdən törədildiyinə aydınlıq gətirməkdə işimizi xeyli yüngülləşdirir.
Çünki Bono hələ martın 6-da Bakıda Prezident İlham Əliyevlə görüşdükdən sonra İrəvana gedib Nikol Paşinyanla fikir mübadiləsi apardı. Belə hallarda adətən bölgəyə səfər iki ölkəyə baş çəkməklə yekunlaşır. Ancaq amerikalı diplomat İrəvana getdikdən sonra yenidən Bakıya qayıtdı. Ümumiyyətlə Bononun region səfərini Bakı üçün də əlverişli hesab edə bilərik. Çünki ABŞ Dövlət Departamentinin region üzrə yeni baş məsləhətçisinin Bakı-İrəvan-Bakı marşrutu ilə bir troyektoriya cızması Azərbaycanı sülh istiqamətində bir qədər daha da ümidləndirir.
O səbəbdən deyə bilərik ki, Azərbaycan ilə Ermənistan arasında bu həftə sülh istiqamətində ciddi müzakirələr baş tutdu. Bu səfərlər deməyə tutarlı əsaslar yaradır ki, Luis Bono Azərbaycanın sülhlə bağlı çağırışlarını və yekun tələblərini rəsmi İrəvana çatdırıb. Nikol Paşinyan hakimiyyətindən isə Bakının mövqeyi ilə bağlı cavab alaraq yenidən Azərbaycanın paytaxtına üz tutub.
Bu da sülh müqaviləsinin qaralamasının bəzi hissələrinin razılaşdırıldığı ilə bağlı ehtimalları artırır. Vaşonqtonun sülh sazişi üzərində danışıqları intensivləşdirmək istəyi, bu fəallığı bəzi kənar qüvvələri olduqca narahat etməyə başlayıb.
Xankəndi-Xəlfəli-Turşsu torpaq yolunda baş vermiş insidentdən sonra ermənilərin eyni yoldan yenidən hərbi təyinatlı yükləri daşımağa davam etdiyini əks etdirən kadrların yayılması, özü də bu dəfə Rusiya sülhməramlılarının müşayiəti ilə bunu icra etməsi sülh danışıqlarında irəliyə doğru atılan addım hesab edilən bu təmasların əslində kimi narahat etdiyini açıq-aydın göstərir.
Təqdim olunan videogörüntülərdə Ermənistan silahlı qüvvələri bölmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin hərbi nəqliyyat vasitələrinin qeyd edilən marşrut üzrə hərəkətinin Rusiya sülhməramlı kontingentinə məxsus ZTR-82A döyüş maşını ilə müşayiət edilməsi və döyüş mövqeyinə gətirilən şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi aydın müşahidə olunur.
Rusiya hər vəchlə çalışır ki, forpostu olan Ermənistanı əlində tutmaqla regionda əsas aktorlardan biri kimi aktuallığını qoruyub saxlasın. Rusiyanın bu təxribatlara rəvac qərarları, hərbi kontingentinin erməni separatçılarına havadarlıq edib, onların toxunulmazlığını hər nə yolla olursa olsun təmin etməyə çalışması vəziyyəti hər ötən gün daha da gərginləşdirəcək kimi görünür.
Çünki Bakının Qarabağda, legitim ərazisində separatçıların bu özbaşınalığına seyirci qalacaq nə səbri var nə də zamanı. Daha doğrusu, İlham Əliyevin Ermənistana verdiyi zaman dolmaq üzrədir. Azərbaycan savaş, yeni bir müharibə istəmir. Azərbaycanın istəyi yeni geosiyasi reallıqda regional təhlükəsizliyi daha da gücləndirməkdir. Amma görünür, bu barədə tək Azərbaycanda düşünürlər.
Ancaq Bakı çağırışlarına nə yubanmaq fikrindədir, nə də yubananları gözləmək...
Belə görünür ki, Ermənistan artıq seçimini də edib. Ard-arda təxribatlar, Azərbaycanın xəbərdarlıqlarna məhəl qoymadan bunun daha da intensiv hal alması, növbəti dəfə Qarabağa qeyri-qanuni yollarla, gizli-saxta üsullarla silah daşımaları, Azərbaycan ərazisində Azərbaycan əsgərinə qarşı yeni mövqelər qurub, toplar, tanklar yerləşdirmələri seçimlərinin nədən ibarət olduğunu düşünməyə kifayət edir.
Qarabağdakı yerli ermənilər öz istəkləri ilə reinteqrasiyaya razılaşmayacaqları təqdirdə yenə Azərbaycan ordusunun gücünü, nəyə qadir olduğunu mütləq görəcəklər. "İlan ulduz görməsə ölməz" məsəli bu dəfə də reallaşmağa doğru irəliləyir.
Bütün bu son təxribatlar fonunda Müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə bu gün xidməti müşavirənin keçirilməsi və orada "Azərbaycan Ordusu istənilən təxribatın qarşısını almaq məqsədilə qəti zəruri addımlar atacaq" bəyanatı əslində istər erməni separatçılar üçün, istər Ermənistan, istərsə də onlara havadarlıq edən Rusiya, onun hərbi kontingenti və rəsmi Moskva kimi digər xarici dairələrə ünvanlanan bir mesajdır:
Azərbaycan çox xəbərdarlıq etdi, çox etirazını bildirdi, amma nə Ermənistan tərəfi insident yaradacaq manipulyasiyalara, silahlı toqquşmalara səbəb olacaq əməllərindən əl çəkdi, nə də rəsmi İrəvana bir beynəlxalq təşkilat, bir dövlət, bir dövlər başçısı "Dur!" dedi. Artıq günah bizdən keçdi. Çünki günah keçisi elə həmin güclərin təxribatlara rəvac verdikləri Ermənistandır.
Təhməz Əsədov Son.az
Martın 4-də saat 23 radələrində Xəzər rayonunun Şüvəlan qəsəbəsi ə
Dünən Bakının mərkəzində baş verən silahlı insidentlə bağlı saxlan�
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Bolqarıs
Dünyaca məşhur müğənni Şakiranın keçmiş sevgilisi Jerard Pike evlənm�
Son.az Kulis.az-a istinadən Xalq artisti Ramiz Novruz haqqında maraqlı faktla
Son.az "Kaspi" qəzetinin hazırladığı məqaləni təqdim edir.
Rusiyanın Novosibirsk şəhərinin sakini marketə daxil olaraq alkoqol içkil
Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının bi
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çin Xalq Respublikası
Son zamanlar stili ilə gündəmdən düşməyən Xalq artisti Tünzalə Ağayev
Rusiyanın "RT" dövlət telekanalının baş redaktoru Marqarita Sim
Bakının Nizami rayonunda 1988-ci il təvəllüdlü Yaşar üç uşaq anası F�
Regionda sabitliyin pozulmasının səbəbi İrandır.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 11-də Xorvatiya